Azərbaycanda maraqlı statistika: Ağbirçək yaşda ərə gedənlər, ağsaqqal yaşda evlənənlər… - VİDEO

Azərbaycanda maraqlı statistika: Ağbirçək yaşda ərə gedənlər, ağsaqqal yaşda evlənənlər… - VİDEOAzərbaycanda nikaha daxil olan insanlar arasında bəzi məqamlar olur ki, diqqət çəkir. Məsələn, 18 və ya daha az yaşı olan bir qız özündən 18, 20 yaş böyük kişi ilə ailə qurur. Və yaxud da əksinə, 60 yaş və daha yuxarı qadınlar da var ki, onlar 40-45 yaşlı bəylərlə izdivaca girirlər. Bu kimi ailələr necə qurulur? Bu, həmin insanların öz seçimləridir, yoxsa kənar amillər rol oynayır? Cəmiyyətdə belə nikahlara münasibət necədir?

60 yaşdan sonra ərə gedən qadınlar, cavan qızlarla ailə quran yaşlı kişilər…

Azərbaycanda qeydə alınan nikahların statistikasında maraqlı məqamlar var. Dövlət Statistika Komitəsindən verilən məlumata göərə, ötən il 18 yaşına qədər ailə quran 165 xanımdan 18 nəfəri 30-34 yaşlı kişiyə ərə gedib. 18-19 yaşında olan 4 xanım isə 40-44 yaşlı kişilərlə ailə qurublar. Hətta 25 yaşlı bir xanım 60 yaşlı kişiylə rəsmi nikaha girib. Yaşı 60-dan çox olan 3 qadın isə 40-44 yaşlı kişi ilə ailə qurub. 50-54 yaş aralığında olan 14 xanım da özündən 10 yaş kiçik bəylə izdivaca girib. 60 yaşını keçən bir qadın isə 30 yaşlı kişi ilə rəsmi nikah bağlayıb. Ümumiyyətlə isə ötən il yaşı 60-ı ötmüş 155 nəfər qadın rəsmi nikaha girib. Sosioloqların sözlərinə görə, bu cür ailələrin qurulmasına müxtəlif amillər səbəb olur. Burada ailə dəyərləri ilə yanaşı maddiyət, fərdi istəklər də mühüm rol oynayır.

Sosioloqlar deyir ki, bu cütlüklər gələcəkdə bir çox problemlərlə qarşılaşırlar və boşanmalar da ən çox belə ailələrdə qeydə alınır. Cəmiyyətdə də bu cür nikahlara münasibət birmənalı deyil.

Qeyd edək ki, son illər Azərbaycanda nikaha daxil olan kişilərin orta yaşı 27-28, qadınların isə 23-24-dür. (xəzərxəbər)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1301   Tarix: 03 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.