"İran müharibədə Azərbaycanın qalib gəlməsini gözləmirdi" - Politoloq
Son günlər İranın Azərbaycana qarşı münasibətində dəyişikliklər olması xoşagələn hal deyil. Təəssüf ki, qardaş münasibətdə olan iki ölkənin arasında soyuqluq hiss olunmağa başlayıb.
Sonxeber.az məsələ ilə bağlı politoloq Əziz Əlibəylidən münasibət öyrənib.
O bildirib ki, biz müstəqilik, güclüyük və hər bir aqressiya hərəkətinə qarşı ciddi cavab verə bilərik:
"Cənab Prezident bütövlükdə İrana qarşı münasibətdə çox dəqiq bir xətt seçmişdi. İran üçün müharibə bitən kimi "3+3" formatı elan etdi, yəni Qafqazın 3 ölkəsi, üstəgəl 3 qonşu ölkənin də faydalanacağı platforma təklif etdi. İran bundan da çox faydalana bilərdi. Amma müharibə bitdikdən sonra, görürsünüz ki, İranın Azərbaycana münasibəti artıq başqa formalara keçdi. Bu da onunla əlaqədardır ki, İran müharibədə Azərbaycanın qalib gəlməsini gözləmirdi. Çünki birinci müharibənin nəticəsindən 30 il keçmişdi və bunlar elə hesab edirdilər ki, həm narkoticarət, həm də silah qaçaqmalçılığı üçün Azərbaycanın işğal altında olan torpaqlarından keçən yoldan istifadə edəcəklər. Torpaqlar işğaldan azad olunandan sonra bunlar artıq Azərbaycana qarşı çıxmağa başladılar.
Nəhayət, mən bir şeyi də qeyd edim ki, cənab Prezidentin məhz Zəngilana, Cəbrayıla gedib o cür mesajlar verməsi iki vacib məqsədlə yadda qaldı. Birincisi, "Harop"larla mesaj verdi ki, biz müstəqilik, güclüyük və hər bir aqressiya hərəkətinə qarşı cidd cavab verə bilərik. İkincisi, "Araz Vadisi İqtisadi Zonası"nı yaratdı və bununla da İranın faydalanması üçün hər bir şərait inşa etdi.
Bu baxımdan, İranın bu gün hərbi təyyarələr üçün sərhədi bağlaması, paralel şəkildə Azərbaycanın da Bakıdakı həmin nümayəndəliyi qapatması qarşılıqlı mesajlardır. Azərbaycan tərəfi öz ərazisindən İran əleyhinə istifadə etmir, Qoşulmama Hərəkatının sədri kimi, bloklara imkan da vermir ki, İrana qarşı hansısa üçüncü ölkə gəlsin Azərbaycandan yararlansın. Amma bunu İran tərəfi qiymətləndirməlidir və başa düşməlidir ki, orada Güney Azərbaycan məsələsi var.
Bütövlükdə isə, müharibə İlham Əliyevi bütün dünya azərbaycanlılarının liderinə çevirib. Yəni bu cür ciddi nüanslar "bozqurd" işarəsi ilə axırıncı təlimdə də yadda qaldı".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 955 Tarix: 05 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11.11.2026 445 Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını
11.11.2026 206 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11.11.2026 328 Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video
Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on
11.11.2026 240 Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə
11.11.2026 186 Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?
Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı
11.11.2026 147 Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın
Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa
11.11.2026 200 Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?
Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy
11.11.2026 279 Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı
Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt
11.11.2026 200