Ocaq Necat Bakıda nə işlə məşğuldur?

Ocaq Necat Bakıda nə işlə məşğuldur?İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaq Necatın Bakıda fəaliyyət göstərən ofisi bağlanıb.

Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb.

Təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb.

Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb.

Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür.

Azərbaycan-İran münasibətlərində hər dəfə gərginlik yaşananda mediada, ictimaiyyət arasında bir ad da gündəmə gəlir: höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaq Necat.

Bu da təsadüfi deyil: adam İranın Azərbaycanda fəaliyyət göstərən ən "uzunömürlü" nümayəndəsidir. Ocaq Necat nə az, nə çox - düz 30 ildir Bakıdadır. Bunun özü çox müəmmalıdır və dolayısı ilə onun "xüsusi missiya"sından xəbər verir.

Bu illər ərzində İranın Azərbaycanda neçə səfiri dəyişib, Ocaq Necat isə "dəyişməz"dir. Çünki onun İran hakimiyyəti tərəfindən müəyyənləşdirilmiş vəzifəsi adi diplomatik fəaliyyətdən islam rejimi üçün daha önəmlidir, baxmayaraq ki, pərdələnmək naminə onun özü də diplomat statusu daşıyır.

Ocaq Necat onilliklərdir Azərbaycan Respublikasında İran tipli dövlətin qurulması, iranyönümlü sosial bazanın yaradılması və ölkədəki ictimai-siyasi proseslərə təsir olunması yönündə fəal iş aparır.

Bu iş açıq çıxışlar və dini təbliğatla yanaşı, geniş məxfi fəaliyyəti də ehtiva edə bilər.

İranın Azərbaycanda xüsusi "təsir kütləsi"nin formalaşdırılması, qatı və radikal iranpərəstlərin "beyin yuyulması" əməliyyatlarına məruz qoyulması, ideoloji təxribatlar, din pərdəsi ilə örtünməyə cəhd edən radikalların dəstəklənməsi - bütün bunlardan Ocaq Necatın xəbəri var, ya yox?

Ocaq Necat Bakıda nə işlə məşğuldur?"Yox" cavabı həddən ziyadə sadəlövh təsir bağışlayardı.

Azərbaycanda olduğu və çalışdığı müddətdə o, birmənalı olaraq rəsmi Tehranın ideologiyasının təbliğatı, ölkəmizdə "Hüseyniyyun" və ya "Hüseynçilər" adı ilə aşkar, qatı iranpərəstlərdən ibarət qrupun formalaşdırılmasına böyük "töhfə"lərini verib.

Onun dini və diplomatik statusa qətiyyən uyğun gəlməyən bu fəaliyyəti barədə zaman-zaman Azərbaycan mətbuatında yazılar və müsahibələr dərc olunub, İran casuslarının ifşası ilə bağlı işlərdə vaxtaşırı onun adı hallanıb.

Hətta illər öncə Amerikadakı İran müxalif qruplarına bağlı internet saytları Ocaq Necatın Azərbaycanda İslam inqilabını yaymaq missiyasına başçılıq etdiyini və İranın xüsusi xidmət və "Ettelaat" orqanları üçün agentlərin "verbovka"sı, yəni cəlb edilməsi ilə məşğul olduğunu yazmışdılar.

Təbii, bunlar iddialar olsa da, ciddi narahatlıq doğurmaya bilməz. Din xadiminin, xüsusilə də İranın mənəvi rəhbərinin təmsilçisinin adının belə işlərdə hallanması xoşagələn hal sayıla bilməz, sayılmamalıdır da.

2011-ci ildə Azərbaycan təhlükəsizlik orqanlarının məsuliyyətə cəlb etdiyi "Cəfəri" adlı radikal dini qrup üzvlərinin İran İslam Respublikasının Azərbaycanda fəaliyyət göstərən dini nümayəndəliyi tərəfindən maliyyələşdirildiyi və İran Mədəniyyət Mərkəzinin əməkdaşları ilə sıx əlaqədə olduğu açıqlanmışdı. Hər iki qurum Ocaq Necatın rəhbərliyi altında fəaliyyət göstərirdi.

Ocaq Necatın "Cəfəri"lərlə əlaqəsinin olduğunu əsla iddia etmirik, amma yenə də, adın hallanması faktı ortadadır.

Ocaq Necat Azərbaycanda İran Mədəniyyət Mərkəzinin faktiki olaraq yaradıcısı və ilk sədri olub. 1996-cı ildə isə ayətullah Əhməd Sabiri Həmədanidən sonra o, İranın ali rəhbəri ayətullah Xameneyinin Azərbaycandakı nümayəndəsi təyin edilib. Onun bu statusu daim Azərbaycan cəmiyyətində suallar doğurub.

Ümumiyyətlə, sual yaranır: İran İslam Respublikasının ölkəmizdə bu formatda və formada dini təmsilçiliyi niyə olmalıdır? Azərbaycanın İranda analoji də olmasa, fəaliyyət müstəvisi baxımından oxşar nümayəndəliyi yoxdur.

"Vilayəti-fəqih" sistemi ilə idarə edilən İrandan fərqli olaraq, Azərbaycan dünyəvi, multikultural və tolerant dövlətdir. Ölkəmizdə din dövlətdən ayrıdır, vətəndaşların vicdan azadlığı tam təmin olunur, dinlə dövlət arasındakı münasibətləri isə müvafiq rəsmi qurumlar, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi təmin edir.

Tehranla Bakı arasındakı əlaqələr isə ölkələrimizin paytaxtlarında fəaliyyət göstərən səfirliklər vasitəsilə gerçəkləşqdirilir.

Situasiya belədirsə, İranın Azərbaycanda əlahiddə dini nümayəndəsinə zərurət varmı? Üstəlik, həmin nümayəndəliyin rəhbərinin sırf mədəni və ruhani fəaliyyət hüdudlarını aşan siyasi, habelə ideoloji fəaliyyət göstərdiyi iddia olunursa?

Təbii, Azərbaycanın təhlükəsizlik və hüquq mühafizə orqanları cənab Ocaq Necatın ölkədəki fəaliyyətindən yaxşı xəbərdardırlar. Lakin İranın dövlət quruluşunun xüsusiyyətini nəzərə alaraq, ikitərəfli əlaqələrə xələl gətirməmək naminə ona qarşı hər hansı formada sərt sayıla biləcək tədbir görmək indiyədək məqsədəuyğun sayılmayıb.

Azərbaycan İranla sadəcə, qonşu dövlət və həmsərhəd ölkə yox, həm də bir sıra strateji, siyasi, iqtisadi və s. layihələrdə tərəfdaşdır.

Ocaq Necat Bakıda nə işlə məşğuldur?Əfsuslar olsun ki, İran hakimiyyətindəki bəlli qüvvələr və hətta yüksək rütbəli hərbçilər son günlər sanki isteriyaya qapılmış kimi davranır, ölkəmizin ünvanına hədələr və ultimativ bəyanatlar səsləndirir, aşkar şəkildə Bakını hədələyirlər.

Belə şəraitdə Ocaq Necatın yaranmış gərginliyin çözülməsi istiqamətində hər hansı addım atmaması, susması da təbii ki, qəbuledilməzdir.

Bakıda "Hüseyniyyə məscidi" adlı ibadət məkanını idarə etmək adı ilə İranın "vilayəti-fəqih" ideologiyasını təbliğ etmək, Azərbaycanda İrandakı teokratiyaya rəğbət bəsləyən kütlə formalaşdırmaq yönündəki fəaliyyət məqbul sayıla bilməz.

Sadalanan məqamlar artıq yüksək səlahiyyətinə rəğmən da, statusu xadimi olan şəxsin fəaliyyət müstəvisi kimi bəlirlənmiş müstəvidən kənara çıxaraq aşkar propaqanda, təhrik, sövqetmə və daxili işlərə müdaxilədir.

Dini təhsil və qiraətlərə gəldikdə isə, İran mollaları ümumiyyətlə, Azərbaycanda vətəndaşlarımıza nə öyrədə bilər?

Sual ritorik təsir bağışlayır, çünki onların Azərbaycandakı fəaliyyətini hətta siyasətdən və mediadan çox uzaq olan adi vətəndaşlar da bilirlər.

Bütün hallarda İranın Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin qarşısı ən sərt şəkildə alınmalı, müvafiq tədbirlər görülməlidir.

Milli.Az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2622   Tarix: 05 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11.11.2026 206
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11.11.2026 328
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

11.11.2026 240
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

11.11.2026 186
.

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı

11.11.2026 147
.

Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın

Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa

11.11.2026 200
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

11.11.2026 279
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.