Respublika Gününün adı bu səbəbdən dəyişdirilir
Xəbər verdiyimiz ki, "Müstəqillik Günü haqqında" qanun layihəsinə təklif edilən dəyişikliyə görə, bundan sonra mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin bərpası Günü kimi ölkədə qeyd ediləcək.
BiG.AZ xəbər verir ki, təqdim edilən layihədə bayram günlərinin adlarının dəyişdirilməsinin səbəbi izah edilib.
Bildirilir ki, 1918- ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqiliyyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti hökuməti yaradılıb, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş və diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb.
1991- ci lin oktyabrın 18-də "Azərbaycanın Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918- cil 28 May tarixli İstiqlal Bəyannaməsinin və "Azərbaycanın Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Ali Sovetin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit olunub. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.
2021-ci ilin oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqliyyinin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Azərbaycan xalqı ötən əsrin əvvəllərində respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 May Azərbaycanda Müstəqillik Günü, 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə müstəqilliyin bərpası günü hesab olunmalıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2065 Tarix: 06 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş1,8 kilometrdə 200 min insan - Dünyanın ən izdihamlı çimərliyi
Çində yerləşən Dameyşa çimərliyi dünyanın ən izdihamlı çimərliklərindən biri hesab olunur. Bəzi günlər burada insanların sayı o qədər çox olur ki, istirahət edənlər nəinki qum üzərində boş yer tapmaqda, hətta dənizə çatmaqda belə çətinlik çəkirlər. xarici mediaya istinadla xəbər verir ki, Şençjen şəhərind
07.09.2026 189 Nemo nöqtəsi: Yerin ən ucqar yeri haradır?
Cənub Sakit okeanında qurudan o qədər uzaq bir ərazi var ki, bəzən buraya ən yaxın insanlar Yer orbitində olan Beynəlxalq Kosmik Stansiyanın (BKS) astronavtları olur. Qaynarinfo xəbər verir ki, söhbət məşhur Nemo nöqtəsindən - okeanın əlçatmazlıq qütbündən gedir. "Mirror"un yazdığına görə
07.09.2026 116 Kişilər niyə pivəni bu qədər sevirlər? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Bir çox kişi üçün bir stəkan pivə sadəcə içki deyil - bu, dostlarla görüşmək, futbol izləmək, işdən sonra dincəlmək və ya hətta kişi mədəniyyətinin bir hissəsidir. Bununla belə, gəlin pivənin niyə belə bir ehtiras oyatdığını və elmin bu barədə nə dediyini araşdıraq. Pivə sevgisi çox vaxt bizə adi bi
07.09.2026 188 "Mənə bacı deməyin" - Bülent Ersoydan estetik əməliyyat açıqlaması
Türkiyə musiqisinin divası hesab edilən Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü ilə gündəmə gəlib. yerli mediaya istinadən xəbər verir ki, 74 yaşlı sənətçinin üzündəki dəyişiklik izləyicilər tərəfindən diqqət çəkib. "Üzümü lolita kimi etdirdim. Mənə bacı deməyin", - o bildirib
07.09.2026 247 Qayğının, həmrəyliyin və qadın həmrəyliyinin ünvanı - QHT sədrləri "LOQOS" Qadın Uzunömürlük Rezidensiyasında
Cəmiyyətin inkişafı yalnız iqtisadi göstəricilər və yeni layihələrlə ölçülmür. Əsl inkişaf insanın həyatının müxtəlif mərhələlərində özünü nə qədər güvənli, dəyərli və qayğı ilə əhatə olunmuş hiss etməsi ilə də müəyyənləşir. Xüsusilə yaşlı insanların sosial həyata inteqrasiyası, onların ləyaqətli v
07.09.2026 154 Müasir insan niyə daim TƏLƏSİR ? - AÇIQLAMA
Müasir insanın həyatı texnologiyanın inkişafı ilə asanlaşsa da, paradoksal olaraq vaxt çatışmazlığı hissi daha da artıb. İnsanlar səhərdən axşama qədər işə, mesajlara, sosial şəbəkələrə, görüşlərə və gündəlik öhdəliklərə çatmağa çalışır. Bəs bizi daim tələsdirən nədir? Sürətli həyatın görünməyən yükündə
07.09.2026 233 Qızıl almaq istəyənlərin nəzərinə
Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır. 1 unsiya qızılın qiyməti 7 605,49 manat təşkil edi
07.09.2026 140 "44" filminin premyera tarixi açıqlandı
Çoxdan gözlənilən "44" bədii filminin premyera tarixi açıqlanıb. Axşam.az xəbər verir ki, filmin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Bu Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında məlumat verib. Bildirili
07.09.2026 189 Sahibkarların ən çox etdiyi vergi səhvləri: Hansı yanlışlıqlar cəriməyə səbəb ola bilər?
"Sahibkarlıq fəaliyyətində gəlir əldə etmək qədər vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsi də mühüm əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, bəzi sahibkarlar vergi qanunvericiliyinin tələblərini kifayət qədər bilmədikləri, mühasibat uçotuna lazımi diqqət yetirmədikləri və ya sənədləşm
07.09.2026 238