Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır

Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdırPrezident İlham Əliyev son günlər nüfuzlu beynəlxalq media orqanlarına müsahibələr verərək dünyaya, beynəlxalq qurumlara mesajlar verir, bir çox məsələlərə aydınlıq gətirərərək dövlətimizin mövqeyini ortaya qoyur.
Dövlət başçımız 2 oktyabr tarixində İspaniyanın EFE informasiya agentliyinə müsahibə vermişdir. Fransanın "France-24" telekanalına verilən müsahibə ilə EFE-dəki müsahibəni birləşdirən nöqtə isə İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüş imkanlarının dəyərləndirilməsidir. Azərbaycanın qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazır olduğunu bəyan edən cənab Prezident məsələ ilə bağlı fikirlərini blə ifadə etmişdir: "Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyindədir. Dövlətimiz sərhədlərin delimitasiyasına və dərhal sonra demarkasiyasına başlamağa hazırdır. Gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa da hazırıq. Bütün bu təşəbbüslər dövlətimiz tərəfimdən dəfələrlə vurğulanmışdır. Lakin Ermənistan hələ də müsbət cavab verməyib".
İkinci Qarabağ müharibəsi başladığı ilk saatlardan etibarən Azərbaycan istiqamətində öz qəti mövqeyini bəyan edən Türkiyə Respublikasının istər rəsmi dairələri, istərsə də Türkiyə ictimaiyyəti siyasi və diplomatik dəstəyini davam etdirmişdir. Türkiyənin media qurumlarının o günlərdə Azərbaycana birmənalı dəstəyi, daim yanımızda dayanması, operativliyi, obyektivliyi peşəkarlığı, xalqımızın 30 illik Qarabağ savaşı və Vətən müharibəsi həqiqətlərini dünyaya yayması isə bir daha "iki dövlət – bir millət" olmanın əyani ifadəsinə, birlik və bərabərliyimizin təntənəsinə çevrildi.
Rusiya 10 noyabrda üçtərəfli bəyanatın imzalanması ilə Qarabağda öz sülhməramlılarını yerləşdirərək bölgədə sülhün təmin olunmasına köməklik göstərir.
Müsahibədə bu mövzuya da toxunan cənab Prezident İlham Əliyev bildirmişdir: "Türkiyə müharibənin ilk günlərindən etibarən Azərbaycana siyasi və mənəvi dəstək göstərib. Müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayır. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər.Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar".
Məlum olduğu kimi, müharibənin bitməsindən sonra qalib ölkə olaraq Azərbaycanın öhdəliyinə düşən ən mühüm məsələ işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Əlbəttə, II Qarabağ savaşının ardından ortaya çıxan, işğaldan azad edilmiş ərazilərdəki mövcud mənzərə ölkəmiz üçün böyük çətinlik yaratdı. Burada infrastruktur tamamilə məhv edilib, binalar sökülüb. Postmüharibə döv¬rünün başlaması ilə həmin ərazilərdə Azərbaycan vətəndaşlarının normal yaşayışını bərpa etmək üçün in¬tensiv işlər başlanıb və bu gün də sürətlə davam etdirilir. Bu mənada qarşımızdakı yeganə əngəl ərazilərin pərakəndə şəkildə minalanmasıdır. Təbii ki, ilk növbədə işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri aparılmalı, təhlükəsizlik təmin edilməlidir. Vaxt itirilmədən respubli¬kamızda minatəmizləmə əməliyyatları üzrə milli standartlar müəyyən edildi. Bu prosesin dünya standartların¬da həyata keçirilməsi üçün lazımi tədbirlər görülür.
Ermənistan isə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bu ərazilərin mina xəritələrini verməkdən boyun qaçırır.Prezident İlham Əliyev müsahibə zamanı mövzuya toxunaraq dünya ictimaiyyətinə bir daha düşmənin məkrli fəaliyyətindən söz açmışdır: "Azad olunmuş ərazilərdə yüz minlərlə mina basdırılıb. İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Təqdim olunmuş bəzi xəritələrin dəqiqliyi yalnız 25 faizdir".
Bu gün regionda yaranan vəziyyəti strateji olaraq qiymətləndirsək, görərik ki, Azərbaycan istər diplomatik, istər informasiya, istər iqtisadi, istər hərbi cəhətdən özünü dünyaya sübut etmiş ölkədir. Ermənistan isə artıq başa düşməlidir ki, ölkədə davam edən böhran vəziyyətindən çıxmaq üçün Azərbaycanın şərtlərini qəbul etməlidir.

Aysel Mənsimova – YAP üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 825   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11.11.2026 206
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11.11.2026 328
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

11.11.2026 240
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

11.11.2026 186
.

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı

11.11.2026 147
.

Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın

Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa

11.11.2026 200
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

11.11.2026 279
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.