"Öz ərazimizdə lazım bildiyimiz işləri görürük və bunun heç bir ölkəyə dəxli yoxdur"- Deputat

"Öz ərazimizdə lazım bildiyimiz işləri görürük və bunun heç bir ölkəyə dəxli yoxdur"- DeputatSon günlər İranın Azərbaycana qarşı münasibətində dəyişikliklər olması xoşagələn hal deyil. Təəssüf ki, qardaş münasibətdə olan iki ölkənin arasında soyuqluq hiss olunmağa başlayıb.

Məsələ ilə bağlı Sonxeber.az-a deputat Vüqar İskəndərov açıqlama verib.

O, cənab Prezidentin mövzuyla əlaqədar gözəl çıxış etdiyini vurğulayıb:

"Hər halda, İran bizim yaxın qonşumuzdur. Bu vaxta qədər İranla çox normal qonşuluq və dostluq əlaqələrimiz olub. Hətta torpaqlarımız işğalda olan zaman İran tərəfindən Ermənistana edilən yardımları da bilmişik. Bununla bağlı suallar verilib. Lakin hər şeyə rəğmən, həmişə iki ölkə arasındakı dostluq münasibətləri qalıb.

Son vaxtlar biz də İranın dini şəxslərinin hətta ölkə rəhbərliyi səviyyəsində edilən, bizə xoş olmayan fikirlərini eşitdik. Əlbəttə, bunların hər birinə gözəl cavabı Prezidentimiz verdi.

Burada ən önəmlisi odur ki, öz sərhədlərimizdəyik, öz ərazimizdə lazım bildiyimiz işləri görürük və bunun heç bir ölkəyə dəxli yoxdur.

Biz hər zaman qonşularımızla çox yaxşı münasibətlərdə olmuşuq. Bölgədə, Ermənistandan başqa, heç bir qonşu ölkəylə problemimiz olmayıb və kiminsə bizimlə probleminin olmasını arzulamırıq, heç vaxt da belə bir şərait yaratmamışıq.

Son vaxtlar İran siyasilərinin də məsələyə bir az qəribə yanaşması və bir neçə fikir söyləməsinə cənab Prezident çox kəskin formada, məntiqli cavab verib. Əgər söhbət İsraildən gedirsə, burada hansı faktlar var?! Bunun məsələyə nə dəxli var?! Hər bir ölkənin öz maraqları, xarici siyasətində nəzərdə tutduğu proseslər mövcuddur.

Biz heç vaxt İranın işlərinə qarışmamışıq, kiminlə dostluq edir, kiminlə münasibətləri normal deyil - bu bizim onlarla münasibətimizə heç vaxt təsir göstərməyib. Hətta çox bildirmişik ki, "hörmətli İran, ermənilər İslamı təhqir edir, məscidlərimizi dağıdır, içində donuz saxlayır, İslam ənənələrini təhqir edirlər". Amma yenə də onların münasibətinin pozulmasını tələb etməmişik və bu gün də buna maraqlı deyilik.

Bir daha qeyd edirəm ki, cənab Prezident lazımi cavabı verib, mənim əlavə fikir söyləməyimə ehtiyac yoxdur.

Son olaraq, sadəcə onu bildirim ki, bizim münasibətlərimiz pis olmayıb və arzulayırıq ki, Ermənistan da daxil olmaqla, qonşu olan bütün ölkələrlə həm ikitərəfli, həm çoxtərəfli münasibətimiz daim yaxşı olsun".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 997   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11.11.2026 206
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11.11.2026 328
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

11.11.2026 240
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

11.11.2026 186
.

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı

11.11.2026 147
.

Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın

Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa

11.11.2026 200
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

11.11.2026 279
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.