Sumqayıtda 2 yaşlı uşağı qonşuya verən valideynlər tapıldı, görün nə dedilər
Sumqayıt şəhərində müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynləri tapılıb.
Bu barədə BiG.AZ-a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
Onun sözlərinə görə, azyaşlının atası övladına sahib çıxmaq üçün onun yerləşdirildiyi sığınacağa müraciət edib və bundan sonra o, Dövlət Komitəsinə yönləndirilib.
Dövlət Komitəsinə dəvət olunan valideynin izahatı alınıb və onunla psixoloji söhbət aparılıb. O, övladına sahib çıxmaq niyyətində olduğunu bildirib və bir daha oxşar hadisənin baş verməyəcəyinə təminat verib.
Dövlət Komitəsinin müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən atanın ailə vəziyyəti ilə bağlı araşdırmaların aparılmasına başlanılıb.
Araşdırmaların nəticəsinə uyğun olaraq azyaşlının atasına təhvil verilib-verilməyəcəyi ilə bağlı qərar qəbul ediləcək.
"Hətta azyaşlı atasına təhvil verilsə də, ailə Dövlət Komitəsinin nəzarətində olacaq. Ümid edirik ki, gələcəkdə bu kimi hallar baş verməyəcək".
Xatırladaq ki, bir neçə gün öncə 2 yaşlı uşağın valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verildiyi barədə məlumatlar yayılıb. Qeyd olunub ki, sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib. Məsələ ilə bağlı Dövlət Komitəsi digər aidiyyəti qurumlarla birlikdə araşdırma aparırdı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2227 Tarix: 06 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah 16° isti olacaq
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ
11.11.2026 293 Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın
Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa
11.11.2026 200 "Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı
Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb
11.11.2026 247 Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu
Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir
11.11.2026 159 DYP adından SMS göndərib kart məlumatlarını ələ keçirirlər - XƏBƏRDARLIQ
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur. Bu barədə -a agentlikdən məlumat verilib. Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılmas
11.11.2026 181 Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
11.11.2026 258 Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə
11.11.2026 229 Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır
Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər
11.11.2026 230 Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək
"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər
11.11.2026 193