Nə üçün 3-cü doza vaksin vacibdir?

Nə üçün 3-cü doza vaksin vacibdir?Havaların soyuması səbəbindən mövsümi xəstəliklərin çoxalması immun sistemimizin zəifləməsinə gətirib çıxarır. Bu, koronavirusa qarşı immun sisteminin müqavimətini gücləndirməyi zəruri edir.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, Azərbaycanda oktyabrın 5-nə qədər olan məlumata görə, 8,7 milyondan çox insan COVİD-19 əleyhinə vaksinasiya olunub. Onlardan 4,8 milyondan çoxu vaksinin birinci dozasını, 3,9 milyondan çoxu isə hər iki dozanı qəbul edib. Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə hesabatında da bildirilib ki, Azərbaycanda koronavirusa qarşı tam vaksinasiya sayı dünya üzrə ortalama göstəricidən çoxdur.

Mütəxəssislər hesab edir ki, havaların soyuq keçməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Həmçinin koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılması zəruri edir. Hazırda dünyanın qabaqcıl ölkələrində yeni dalğaların yaranmasının və virusun yayılmasınıbn qarşısının alınması üçün vaksinin üçüncü dozasının vurulmasına başlanılıb.

Üçüncü doza vaksinin nə qədər önəmli olduğunu göstərən faktlardan biri də İsraildə baş verənlər oldu. İsrail əhalisinin 50%-dən çoxu tam vaksinləndiyindən karantin tələbləri yumşaldıldı. İyulda qeydə alınan ilk delta variantı bir ayın içərisində infeksiya sayını 4 rəqəmli ədədə çevirdi, daha sonra isə say 10 minə çatdı.

Bunlar onu göstərir ki, COVID-19 əleyhinə tam effektiv vasitə tapılana qədər mütəmadi peyvəndlənmə yeganə çıxış yoludur. Yoluxmanın bu ölçüdə artması İsrail hökumətini 3-cü (buster) doza vaksinlərin vurulmasına istiqamətləndirdi. Hazırda 3-cü mərhələ vaksinasiyanın köməyi ilə İsraildə pandemiya şəraiti yenidən nəzarət altına alınıb.

2021-ci ilin İyul-Avqust aylarında İsraildə 1 milyon 114 min insan arasında tədqiqat aparılıb. Aparılan tədqiqatlar zamanı müəyyən edilib ki, gücləndirici (buster) doza infeksiyanın yayılma riskini 11,4 dəfə azaldır, həmçinin xəstəliyin ağır keçməsinin qarşısını 10 dəfədən çox alır.

Digər tərəfdən koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığı da araşdırmalarla sübuta yetirilib. "Pfizer" şirkətinin apardığı tədqiqatlara görə, vaksinin effektivliyi ikinci dozadan 6-8 ay sonra zəifləyir və xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Gücləndirici doza isə immuniteti 2-ci doza ilə müqayisədə 3-5 dəfə artırır.

Peyvəndin gücləndirici dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.

Böyük Britaniya rəsmiləri 2021-ci il sentyabrın 14-də bütün həssas əhali qruplarının, "önxətt"də çalışan səhiyyə işçilərinin və 50 yaşından yuxarı şəxslərin gücləndirici vaksin vurdurmasını tövsiyə ediblər.

Almaniyada isə ötən aydan yaşlılara və zəif immun sistemi olan şəxslərə 3-cü doza vaksin vurulmağa başlanılıb. Həmçinin Fransada da 65 yaşdan yuxarı şəxslərə, xüsusi sağlamlıq vəziyyəti olan şəxslərə, habelə qocalar evlərinin əməkdaşlarına 3-cü doza vaksinlər təklif edilməyə başlanılıb. Kanada isə immun zəifliyi olun şəxslərə 3-cü doza vaksinin vurulmasını təsdiqləyib.

3-cü gücləndirici doza vaksinasiyaya ən geniş şəkildə başlayan dövlətlərdən biri də ABŞ-dır. ABŞ-da yeni yoluxma dalğasının müşahidə olunması ilə əlaqədar sentyabrın 22-dən 65 yaşdan yuxarı şəxslər, ağır xəstəliklərlə bağlı risk qrupunu daxil olanlar və virusa yoluxma ehtimalı yüksək olan şəxslərə 3-cü doza vaksin təklif olunur.

Bundan əlavə Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də 3-cü gücləndirici doza vaksinasiya start verilib.

Bu gün Azərbaycanda da üçüncü dozanın qəbul edilməsi üçün kifayət qədər vaksin ehtiyatı var. Yeni dalğaların yayılması fonunda yoluxmaların və ölənlərin sayının artması da dünyanın ağuşuna alan bəlaya qarşı daha ciddi tədbirlər görməli olduğumuzdan xəbər verir. Ölkədə üçüncü doza ilə peyvəndlənmə 2 doza vaksin almış bütün tibb işçilərinə, yaşı 60-dan yuxarı olanlara və immun sistemi zəif olan şəxslərə tövsiyə edilir. Üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.

Qeyd edək ki, hazırda ölkədə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilir. Bunlar "Pfizer", "AstraZeneca", "Sinovac" və "Sputnik V" vaksinləridir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1300   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın

Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa

11.11.2026 200
.

"Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb

11.11.2026 247
.

Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu

Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir

11.11.2026 159
.

DYP adından SMS göndərib kart məlumatlarını ələ keçirirlər - XƏBƏRDARLIQ

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur. Bu barədə -a agentlikdən məlumat verilib. Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılmas

11.11.2026 181
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 258
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

11.11.2026 230
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 193
.