"Elə oğullar şəhid verdik ki, analarının əllərindən öpürəm" - Tehran Mənsimov - Video

"Elə oğullar şəhid verdik ki, analarının əllərindən öpürəm" - Tehran Mənsimov - Video"Bir Azərbaycan zabiti olaraq demək istəyirəm ki, Azərbaycanın qazandığı qələbənin böyük payı Ali Baş Komandana düşür".

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu polkovnik, Vıətən Müharibəsindəki xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni, "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuş Tehran Mənsimov Vətən Müharibəsindən danışarkən deyib.

"Niyə? Çünki onun bizə inamı, bizim ona inamımız və o verib o əmri... O, əmr verməsəydi, bu olmazdı. Çünki biz əmrə tabeyik.

Hər kəs deyir, "mən qəhrəmanam". Amma mən sizə deyim, ən böyük qəhrəman odur. Çünki o cəsarət, o inam onda var. O, bizə inanmasaydı, əmri verməzdi.

Eyni zamanda, şəhidlərin qanı ilə alınıb bu torpaqlar. Çox şükür ki, biz elə uşaqlar gördük, elə oğullar gördük, Vətən Müharibəsində elə oğullar şəhid verdik ki, onları dünyaya gətirən bütün anaların əllərindən öpürəm.

O analar, atalar, valideynlər üçün bu gün, həqiqətən, ağırdır. Hə, hər kəs deyə bilər bu ifadəni, "Vətən sağ olsun". O qədər də rahat deyilir ki o ifadə...

Amma o valideyn bilir ki, dünyaya gətirdiyi övlad, boya-başa çatdırdığı. əmək sərf etdiyi övlad onun üçün kim idi. Necə onu bu dövlət, Vətən üçün hazırlayıb, ya zabit, ya əsgər kimi yola salıb. Haqqını halal edib.

O da əlindən gələni edib, bu Vətən yolunda şəhid olub. Onların haqqına heç kim girə bilməz. Girməməlidir.

Çox təəssüf ki, bu gün bizim içimizdə "mən-mən" deyənlər qalıb. "Mən aldım", "Mən tutdum", "Mən tarix yazdım"...

Cənab Ali Baş Komandan belə ifadəsində deyir ki, "Biz tarix yazdıq. Biz qələbə qazandıq". O, "biz" deyəndə Azərbaycanı, Azərbaycan xalqını nəzərdə tutur. O, o qədər humanist insandır ki, elə adamları da bağışlayır. Çünki heç kim heç kimin haqqına girməməlidir", - polkovnik bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1892   Tarix: 07 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 195
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.

Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi

"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış

11.11.2026 218
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 258
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

11.11.2026 240
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

11.11.2026 186
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.

Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır

Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih

11.11.2026 115
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11.11.2026 296
.