"Oğlanların universitet bitirdikdən sonra əsgərliyə aparılması düzgün deyil"

"Oğlanların universitet bitirdikdən sonra əsgərliyə aparılması düzgün deyil""Müstəqil Azərbaycanın son illərdə davamlı tərəqqi və yüksəliş dövrünü yaşaması, elmi təmələ söykənən iqtisadi siyasət nəticəsində keçid dövrünü inamla başa vurması Ulu öndərimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ardıcıl və tarazlı tərəqqinin təmin edilməsi üçün elmin və təhsilin rolunu yüksək dəyərləndirməsi və bu sahəyə xüsusi qayğı göstərməsi nəticəsində mümkün olub. Elmə, təhsilə yüksək dəyər verən, bu sahələrin saflığını təmin edən, ziyalı, alim adının ucalığını saxlamaq üçün qətiyyətli addımlar atan Heydər Əliyev respublikanın elmi prinsiplər üzərində inkişafının təməlini qoyub, yeni-yeni ali məktəblər, elmi-tədqiqat institutları açıb, ali məktəblərə qəbul prosesində şəffaflığı və obyektivliyi təmin edib, gələcək naminə azərbaycanlı kadrların hazırlanması üçün minlərlə gənci xarici ölkələrin aparıcı mərkəzlərində təhsil almağa göndərib".

Bu sözləri Sonxeber.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, cəmiyyətdə elmin dəyəri düzgün qiymətləndirilməlidir:

"Qeyd etmək istəyirəm ki, elmi faydalı hala gətirmək üçün alim əməyi layiqincə qiymətləndirilməlidir. Belə olsa, gənclər də elmin ardınca gedərlər. Alimin qədrini bilmək üçün elmin cəmiyyətdə yeri düzgün dəyərləndirilməlidir.

Təəsüf ki, dediyim kimi, bu gün gənclər elm arxasınca getməkdə o qədər də maraqlı deyillər. Bunun bir neçə obyektiv və subyektiv səbəbləri var. Əlbəttə ki, ilk səbəb elmi fəaliyyətə görə verilən əmək haqqının aşağı olmağıdırsa, sonrakı yerdə institutlarda, elmi mərkəzlərdə gənclər üçün ciddi maneələrin olması ilə bağlıdır.

Dünya ölkələrində elmin tarixi göstərir ki, dəyərli kəşflər və ixtiraların çoxunun müəlliflərinin yaşı 30 ətrafındadır. Belə yaşda gənclər özlərini elmə tam həsr edə bilirlər. Bu yaşdan sonra həyat öz şərtini diktə edir. Ailə, uşaq qayğısı əlavə vaxt tələb edir. Ölkəmizdə isə bu, mümkün deyil. Bizdə elmi dərəcə alanların, kəşflərdə adı olanların yaşı 40-50-dən yuxarıdır. Çünki bu yaşa qədər onlar öz sosial problemlərini həll etməklə məşğul olurlar.

Məsələn, bizim gənclərin maqistraturadan, həm də doktoranturadan əsgərliyə aparılmasını müdrik addım hesab etmək olmaz. İsrail kimi bəzi ölkələrdə gəncləri əsgərliyə orta məktəbdən sonra, yəni unversitetdən qabaq aparırlar. Bu, sonrakı təhsil trayektoriyasının sınmaması üçün edilir.

Qeyd etmək lazımdır ki, inkişaf etmiş dövlətlərdə gənclərin 80 faizindən çoxu universitetlərdə oxuyur. Ancaq bu göstərici bizdə 20%-dən azdır. Alim olmaq Vətənə daha yüksək səviyyədə qulluq etmək deməkdir".

Ekspertin sözlərinə görə, alimin təqaüdə çıxma yaşı da müzakirəyə ehtiyacı olan məsələlərdəndir:

"Bu gün gənclərin elmlə məşğul olması, elmi ad alması müşkül məsələdir. Amma deputatlar, icra başçıları bu adı "növbədən kənar" rahatlıqla ala bilirlər.

Bazar iqtisadiyyatı şəraitində dayanıqlı iqtisadi inkişafın təminatı, ilk növbədə, elmin müasir tələblərə uyğun inkişaf etdirilməsini tələb edir. İqtisadi sahədə yeniliklərə (innovasiyaya) əsaslanan inkişaf istiqamətlərinin müəyyən edilməsi, insan kapitalının formalaşması, intellektual potensialdan səmərəli istifadə, elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi bilik toplumunun inkişafında ən önəmli amildir. Hazırda Azərbaycan iqtisadi islahatları uğurla davam etdirərək keyfiyyətcə yeni dönəmə - bilik və texnologiyaya əsaslanan iqtisadi oriyentirə doğru irəliləyir. Bu oriyentirin əsas məqsədi isə iqtisadiyyatın ən müasir elmi biliklərə əsaslanan nailiyyətlərindən istifadə etməkdir. Məhz buna görə də milli strategiya Azərbaycan elminin intellektual potensialının gücləndirilməsinə dair müvafiq tədbirlərin gerçəkləşdirilməsini tələb edir və elmin son nailiyyətlərinin ali məktəblərin tədris proqramlarına daxil edilməsi tələbini qəti şəkildə ortaya qoyur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1831   Tarix: 08 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 195
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.

Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi

"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış

11.11.2026 218
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 258
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

11.11.2026 240
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

11.11.2026 186
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.

Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır

Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih

11.11.2026 115
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11.11.2026 296
.