Böyük Qələbəmizin unudulmaz tarixi

Böyük Qələbəmizin unudulmaz tarixiOktyabrın 3-də ölkə Prezidenti İlham Əliyevin Bərdə və Tərtər rayonlarına, onun ardınca ayın 4-də Cəbrayıla səfərlər etdi. Bu tarixlər Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin, eyni zamanda, Cəbrayıl şəhərinin işğaldan azad edildiyi günlərdir. Bu gün böyük qürur hissi keçiririk ki, dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu torpaqlarımızın işğal deyil, işğaldan azad edildikdəri tarixi qeyd etməyin sevincini bizlərə yaşatdı.
"Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi" söyləyən cənab İlham Əliyev bildirir ki, çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu, ordumuza əlavə güc verdi, əminlik yaratdı. Bu Qələbədən sonra şanlı ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etdilər.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə cəbrayıllılarla qəhrəman Ordumuzun Qələbəsindən sonra ilk görüşü olduğunu, bu görüşün məhz oktyabrın 4-də keçirilməsinin xüsusi məna daşıdığını önə çəkərək bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün cəbrayıllıları öz yurduna, vətəninə dəvət etdiyini bildirmişdir. Cənab İlham Əliyev "Cəbrayıla xoş gəlmisiniz" müraciətinin ardınca bu əminliyi ifadə etmişdir ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə "Xoş gəlmisiniz, cənab Prezident" deyəcəklər.
İkinci Qarabağ müharibəsinin hər günündə cəbhədən gələn qələbə xəbərləri sabaha ümidləri artırır, soydaşlarımız torpaq həsrətlərinə son qoyulacağını böyük səbirsizliklə gözləyirdilər. Torpaqlarımız biri-birinin ardınca işğaldan azad edildikcə 30 ilə yaxın dövrdə qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın dilindən səslənən fikirlər öncə bu oldu: Artıq biz qaçqın deyilik. Torpaqlarımız işğaldan azad edilib, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşduqdan sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə davamlı səfərləri hər birimizdə böyük qürur hissi yaratdı.
Bu istəyin reallığa çevrilməsi üçün ciddi addımlar atılır. Təkcə cənab İlham Əliyevin bu səfəri çərçivəsində açılışı və təməlqoyma mərasimi keçirilən obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Cəbrayıl şəhərinin baş planı təqdim edildi. Dövlət başçısının məlum səfəri çərçivəsində Cəbrayılda "KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının təməli qoyuldu. 110/35/10 kV-luq "Cəbrayıl" yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı oldu. Həmçinin Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyuldu. Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu. Atılan bu addımlar bir məqsədə xidmət edir - Cəbrayılı qısa müddətdə bərpa etmək, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmalarına nail olmaq.
İşğalçı dövlət bir daha Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunun, ən əsası sərsəm bəyanatları ilə Ordumuz haqqında yaratdıqları fikirlərin yanlışlığının şahidi oldular. Rəsmi Bakı daim ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyi şəksizdir. Onda Ermənistan və onun havadarları Azərbaycanın bu bəyanatını sülh danıqlarından imtina kimi dəyərləndirirdilər. Dövlətimizin qətiyyəti, xalqın iradəsi, Ordumuzun gücü, qüdrəti sayəsində işğalçı Ermənistana yeri göstərildi, işğal altında olan torpaqlarımız azad olundu, düşmənin hərbi texnikası məhv edildi və qənimət kimi götürüldü.
Reallıq budur ki, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edərək, bizim bütün tarixi, dini, mədəni abidələrimizi dağıdıblar. Biz bu gün Böyük Qayıdışın astanasındayıq.
Azərbaycan Ordusu yeni tarix yazmaqla, eyni zamanda, ermənilər tərəfindən tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmağa, xalqımızın tarixi-mədəni irsini silmək cəhdlərinə son qoydu. Yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcək. Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan, Xocavənd rayonunun Vəng kəndinin Çinarlı, Noraşen kəndinin Günəşli adlandırılması da bu tərkibdəndir.
Cəbrayılın azad olunması artıq beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı oldu. "Bizim "Böyük Qayıdış"ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır" bildirən cənab İlham Əliyev qeyd etmişdir ki, bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Bizim planlarımız bundan ibarətdir. Biz müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də Zəfərlə başlamışıq, Zəfərlə başa vuracağıq.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Böyük Qələbəmizin unudulmaz tarixiBöyük Qələbəmizin unudulmaz tarixi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 761   Tarix: 08 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 195
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.

Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi

"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış

11.11.2026 218
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 258
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

11.11.2026 240
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

11.11.2026 186
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.

Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır

Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih

11.11.2026 115
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11.11.2026 296
.