DYP-dən vətəndaşlara MÜRACİƏT: "Vəziyyət olduqca ciddidir"
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi yol-nəqliyyat hadisələri ilə bağlı ictimaiyyətə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərlinin verdiyi məlumata görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində son illər ərzində paytaxt ərazisində xeyli işlər görülsə də, yol-nəqliyyat hadisələrinin statistikası üzərində aparılan təhlillər onu göstərir ki, vəziyyət ürəkaçan deyil:
"Hətta olduqca ciddidir. Belə ki, 2021-ci ilin doqquz ayı üzrə paytaxt ərazisində qeydə alınan 354 yol-nəqliyyat hadisəsində 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunan ümumi hadisələrin 57,1 faizi isə məhz piyada vurma hallarıdır.
Yəni paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır. Piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib. Piyada səhlənkarlığı və sürücü diqqətsizliyi hər il ağır yol-nəqliyyat hadisələrinin baş verməsi və insan ölümü ilə nəticələnir.
Aparılan nəzarət-profilaktik, eləcə də hərəkətin təhlükəsizliyinin təbliğinə yönəlmiş tədbirlərin daha səmərəli və təsiredici olması məqsədi ilə bütün kütləvi informasiya vasitələrinə, ictimai nüfuzlu şəxslərə, müxtəlif sosial şəbəkə platformasında aktiv olan vətəndaşlarımıza, blogerlərə, xüsusi ilə piyada təhlükəsizliyi ilə bağlı təbliğat işlərində bizə dəstək olmalarını, daha fərqli və təsiredici metodlarla cəmiyyətin hər bir üzvünün diqqətinin bu məsələlərə çəkməklə dəstək olmalarını xahiş edirik. Hər birimiz yol hərəkətinin iştirakçısıyıq. Yol hərəkəti təhlükəsizliyinin təminatı aidiyyəti qurumların fəaliyyət istiqaməti olmaqla yanaşı, cəmiyyətin bütün üzvlərinin həyatının bir hissəsidir".
"Gəlin, bir-birimizə qarşı laqeyd olmayaq, yol hərəkəti təhlükəsizliyi marafonuna qoşulaq! Bütün gücümüzü səfərbər etməklə həmrəylik nümayiş etdirək. Dövlət Yol Polisi hərəkətin təhlükəsizliyinə dair istənilən təbliğat-təşviqat xarakterli təşəbbüsü öz səlahiyyətləri və imkanları çərçivəsində dəstəkləyir və bu sahədə ictimai məsuliyyət hissinin formalaşdırılmasına töhfə vermək istəyən hər bir şəxsə tam dəstəyini verməyə hazırdı", - deyə o vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1936 Tarix: 12 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788