Kadırovun nazir təyin etdiyi azərbaycanlı Elxan Süleymanov KİMDİR? - DOSYE

Kadırovun nazir təyin etdiyi azərbaycanlı Elxan Süleymanov KİMDİR? - DOSYEElxan Süleymanov Çeçenistanın səhiyyə naziri və baş onkoloqudur. Azərbaycan Tibb Universitetini bitirib. Bir müddət Bakıda Onkoloji Elmi Mərkəzində işləyib. Moskvada işlədiyi vaxt Çeçenistan Prezidenti Ramzan Kadırovun dəvəti ilə Çeçenistana gəlib və Qroznı Onkoloji Dispanserinin rəhbəri vəzifəsinə təyin olunub. 2016-cı il Kadırovun sərəncamı ilə Çeçenistanın səhiyyə naziridir.

BiG.AZ teleqraf.com-a istinadla onun haqqında olan dosyeni təqdim edir.

Qusarlı həkim

Elxan Süleymanov 1974-cü il iyulun 15-də Azərbaycanın Qusar rayonunun Həzrə kəndində anadan olub. Milliyyətcə ləzgidir.

Bakıda 245 nömrəli orta məktəbi bitirib. Azərbaycan Tibb Universitetindən fərqlənmə diplomu ilə məzun olub. Ali məktəbi bitirdikdən sonra, 1998-1999-cu illərdə Bakı Xərçəng Araşdırmaları Mərkəzində işləyib.

Moskvada Rusiya N.N.Bloxin adına Onkologiya Mərkəzinin aspiranturasını bitirib. Həmin dövrdə elmi işini müdafiə edərək tibb elmləri namizədi olub. Bundan sonra Rusiyanın paytaxtında Uşaq Xəstəlikləri Elmi Mərkəzində aparıcı elmi işçi kimi işləyib.

2012-2014-cü illərdə Moskvada G.N.Speranski adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda aparıcı elmi işçi olaraq işləyib. Bundan sonra ABŞ-da dünyanın ən böyük onkoloji xəstəxanasında – M.D.Anderson adına Xərçəng Mərkəzi və Almaniyada təcrübə keçib.

Kadırovun sürprizi

2014-cü ildə Çeçenistan başçısı Ramzan Kadırovun dəvəti ilə Moskvadan Qroznıya gəlib. Kadırovun Elxan Süleymanova ilk təklifi Çeçenistan Onkoloji Dispanserin rəhbəri postu olub.

Özünün dediyinə görə, Ramzan Kadırovla uzunmüddətli dostluq münasibətlərinə baxmayaraq, Qroznıya gələndə ondan belə bir təklifin olacağını gözləməyib. Bundan sonra da ona yüksək vəzifələrin təklif edilməsi əsl sürpriz olub.

"Ramzan Axmatoviçi təxminən on ildən çoxdur bacarıqlı, qayğıkeş lider kimi tanıyıram. Onun Qroznıya köçmək dəvəti mənim tərəfimdən tapşırıq olaraq qəbul edildi, bu, mənim çox hörmət etdiyim bir adamın xahişi idi, buna görə də imtina etməyi düşünmədim. Bundan sonra dərhal Çeçenistana gəlmək və onun rəhbərliyi altında işləmək qərarına gəldim", - Elxan Süleymanov deyib.

Çeçenistanın azərbaycanlı naziri

2014-cü il martın 17-də Çeçenistan Prezidenti Ramzan Kadırovun səhiyyə məsələləri üzrə müşaviri, Qroznıdakı Respublika Onkoloji Dispanserinin baş həkimi təyin edilib. Bir il sonra isə Çeçenistan səhiyyə nazirinin birinci müavini vəzifəsinə göndərilib.

2016-cı il aprelin 28-də Ramzan Kadırov azərbaycanlıya başqa bir sürpriz edir. Elxan Süleymanov onun sərəncamı ilə Çeçenistan Respublikasının səhiyyə naziri təyin olunur.

Dediyinə görə, nazir postuna təyin edilməsi də dostu Kadırovun ona başqa bir sürprizi olub: "Bunu gözləmirdim. Çünki mənə tapşırılan iş və vəzifəm respublikanın onkoloji xidmətini inkişaf etdirmək və respublika başçısının səhiyyə məsələlərində müşaviri olmaq idi".

Bakıya bağlılıq

Müsahibələrindən birində Moskvada yaşayan və oxuyan azərbaycanlı tələbələr üçün Çeçenistanda işləmək imkanı yaratdığını da deyir.

Elxan Süleymanov doğulduğu vətəninə - Azərbaycana bağlı olduğunu, vaxt tapan kimi buranı görməyə gəldiyini söyləyir:

"Mən Azərbaycanda, Qusar rayonunun Həzrə kəndində anadan olmuşam. Məni Azərbaycana çox şey bağlayır - bura mənim vətənimdir. Orada uşaqlıq, məktəb və tələbəlik illərimi keçirmişəm. Azərbaycanda Tibb Universitetində oxumuşam, orada qohumlarım, dostlarım, tələbə yoldaşlarım var. İlk iş yerimlə, keçmiş həmkarlarımla hələ də əlaqə saxlayıram. Üstəlik, valideynlərim Bakıda yaşayırlar, onlar doğma şəhərlərini başqa yerlə əvəz etmək istəmirlər. İki bacım Moskvadadır, həyat yoldaşım və üç uşağım yanımda – Qroznıdadır".

Dediyinə görə, ildə bir neçə dəfə yaxınları və dostlarını görmək üçün Bakıya gəlir:

"İldə bir neçə dəfə Bakıya gəlirəm, valideynlərim oradadır. Bundan başqa, bir çox şey məni bu şəhərə bağlayır. Övladlarım da tez-tez nənə və babalarının yanında qalırlar. Doğulduğum kəndə də baş çəkirəm, orada məni görəndə çox sevinən yaxınlarım çoxdur".

Poliqlot və cərrah

Elxan Süleymanov yüksək vəzifədə olmasına baxmayaraq, həkim kimi xəstəxandakı işini davam etdirir, hazırda Çeçenistan və Rusiyanın onkolji xəstəliklər üzrə təcrübəli cərrahlarından biridir.

Azərbaycan, ingilis, çeçen və rus dili ilə yanaşı, daha bir neçə xarici dil bilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2169   Tarix: 12 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.