Arvadını öldürən polislə bağlı yeni təfərrüat - O qətldən sonra...

Arvadını öldürən polislə bağlı yeni təfərrüat - O qətldən sonra..."Sentyabrın 29-da İsmayıl mənə zəng etdi ki, Xanım evdə yoxdur. Xanım da qorxusundan mənə demişdi ki, onun yerini heç kimə deməyək".

Bu sözləri Oxu.Az-a açıqlamasında sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirdiyi həyat yoldaşı Xanım Məmmədovanın anası Yetər Əliyeva deyib.

Onun sözlərinə görə, qızının şiddət gördüyünü oğlanın ailəsi bilsə də onu müdafiə etməyib:

"Qayınanası da oğlunun xasiyyətinə görə, onun öhdəsindən gələ bilmirdi. Qızım deyirdi ki, İsmayıl qoymurdu ki, pəncərədən paltar asım. Deyirdi ki, səhər sübh tezdən hava işıqlanmamış paltarı as, bir də gecə qaranlıq düşsün yığarsan. Xanım bunları mənə deyirdi, amma imkan vermirdi qarışmağa. Qızım bizdən nəyi necə istəyib, biz elə etmişik. İstəmirdi ailəsi dağılsın, uşaqları atasız qalsın. Deyirdi düzələcək.

Qızım savadlı idi, amma qoymurdular işləməyə. Düşünürdülər ki, qızımın öz qazancı olsa, sözə baxmaz. 42 il müəllim işləmişəm, yoldaşım icra hakimiyyətində müavin işləyib. Bizim necə ailə olduğumuzu hamı bilir. İsmayıl özü mənimlə danışanda deyirdi ki, Yetər xala sizin ailə çox yaxşıdır".

Y.Əliyeva deyir ki, İsmayıl Məmmədov kənarda heç vaxt bu cür xasiyyətlərini göstərməyib:

"Biz sonra bilmişik ki, nişanlı vaxtı da Xanımı döyüb. Amma bir-birlərini çox sevirdilər deyə, heç biri əl çəkmirdi. Düşünürdü ki, xasiyyəti dəyişər. Heç vaxt Xanımı qınamamışıq ki, özün seçdin, ailə qurdun. Heç vaxt üz döndərməmişik qızımdan.

İsmayıl onu tez-tez döyürmüş, amma Xanım çox bərk döyüləndə əlacsız qalıb deyirdi. Bir dəfə uşaqları Xanımın əlindən almaqla təhdid ediblər. Xanım da uşaqlarsız qala bilmərəm dedi və barışdı".

İ.Məmmədovun atasının Xocalıda şəhid olmasından travma yaşaması və bu travmanın məlum hadisələrə gətirib çıxarmasına dair səsləndirilən fikirlərə münasibət bildirən Y.Əliyeva iddia edir ki, onlar Xocalı faciəsi zamanı kənddə olmayıblar:

"İsmayılın anası Elmira xanım özü danışırdı ki, yoldaşı həmin ərəfədə ailəsini bir ay qabaq Ağdama aparıb. Xocalıda özü tək qalıb. Ona görə də uşaqlar Xocalı faciəsinə şahid olmayıblar.

Buna baxmayaraq, mən o ailəyə hörmət etmişəm, şəhid ailəsidir, qəlbləri sınıqdır, tək başına yeddi uşaq böyüdüb deyirdim, sözlərini çevirmirdik. Oğlanın bacıları da qızımı çox istəyirdilər. Həmişə qardaşlarının Xanımı döyməsinə qarşı çıxırdılar. Həmişə deyirdik ki, İsmayıl, qadına, qıza vurmaq olmaz. Hirslənərlər, bir şillə vurarlar başa düşmək olar. Amma bu dərəcədə döyüb-öldürmək olmaz".

Y.Əliyeva deyir ki, hadisə baş verən gün İ.Məmmədov ona telefonla zəng edib:

"İşdən evə gələndə Xanımı görməyib. Mənə sentyabrın 29-da zəng elədi ki, Xanım haradadır? Mən də demədim haradadır. Xanım demişdi ki, ana, qurban olum, yerimi deməyin.

Digər baş verənləri də bilirsiniz. İsmayıl hadisədən sonra deyib ki, Xanımı vurandan sonra güllələrin yarısını da özünə vuracaqdı. Təhqiqatçı onu tutub saxlayıb ki, hadisənin qabağını alsın. Amma saxlaya bilməyib".

İ.Məmmədovun bacıları da qardaşlarının hərəkətindən peşmanlıq duyurdular, amma bacıdırlar, onları da başa düşdüyünü deyən Y.Əliyeva ona bu faciəni yaşadanları unutmayacağını deyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7823   Tarix: 12 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.