"Xalam oğlu mənə təcavüz edib" - Fuad Qəhrəmanlının qızı
Tanınmış siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.
"Qafqazinfo" xəbər verir ki, S.Qəhrəmanlı hadisənin 1 il əvvəl baş verdiyini yazıb. O, hadisədən iki gün sonra polisə şikayət etdiyini bildirib:
"İstintaq ərzində sübutların toplanılması üçün bütün lazımi addımları atmışam. 2020-ci il 24 avqust tarixində vəkilim Zibeydə Sadıqova ilə görüşdüyüm üçün evə bir qədər gec qaldım. Anamla danışanda mənə evə gəlmək əvəzinə xalam Sürəyya Ağayevanın evinə getməyimi xahiş etdi. Bunun səbəbi onların şəhərin mərkəzində yaşaması və olduğum yerin onların evinə çox yaxın olması idi. Xalamgil həftənin bəzi günləri Bakıda, bəzi günləri isə Beyləqanda olur. Mən onlara gedəndə yalnız xalam oğlu evdə idi".
S.Qəhrəmanlının iddiasına görə, xalasıoğlu ona tərkibi bəlli olmayan içki içirdib və daha sonra təcavüz edib: "Mənə stəkanda içki uzadıb "bunun dadına bax. Mənim xoşuma gəlmədi bu. Səncə, necədir?" kimi bir cümlə qurub içməyi təklif etdi. Sadəcə bir-iki qurtum alıb dadına baxdım və ondan sonra tamamilə boşluqdur. Yalnız qırıq-qırıq, aydın olmayan bəzi epizodlar xatırlayıram. Səhər özümə gəldim və başımı çevirdikdə yanımda Əsgər var idi. O gün ilə bağlı xatırladığım ağrı və qandır. Davamlı mənə heç nə olmadığını, mənim qusduğumu, paltarlarımı mənə kömək etmək üçün çıxardığını deyirdi".
Sənay Qəhrəmanlı xalası oğlunun törətdiyi əməli etiraf etdiyini qeyd edib: "Sadəcə həqiqəti bilmək üçün ona yalandan hər şeyi xatırladığımı deyib sıxışdırdım. Nəhayət, özü hər şeyi mənə danışdı (onda da yalan dediyi nöqtələr var idi). Verdiyi tək açıqlama isə "mən düşündüm ki, yəqin sən də istəyərsən" oldu".
Yasamal Rayon Prokurorluğunda cinayət işinə iki dəfə "kifayət qədər sübut olmadığı" iddiası ilə xitam verildi. Halbuki cinayət işi materiallarında şəxsin cinayəti törətdiyini sübut edən ən az 3 tibbi ekspertiza rəyi var. Nəhayət, iki gün əvvəl olan Apellyasiya Məhkəməsində iş araşdırılmağa geri göndərilib".
Qeyd edək ki, Sənay Qəhrəmanlının 18 yaşı tamam olmayıb. Zərərçəkmiş Sənay Yağmur məsələni özü sosial şəbəkədə ictimailəşdirdiyi üçün ad-soyad və şəklini açıq yayımlamışıq. Həmçinin əlavə edək ki, o, bir neçə il əvvəl intihar edən məktəbli Elina Hacıyeva ilə bağlı təşkil edilən aksiyalarda fəal iştirak edib. S. Yağmur hazırda Riqada yaşayır və həmin şəhərdəki hüquq məktəbində təhsil alır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 8413 Tarix: 12 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788