Azərbaycanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZALAR - SİYAHI

Azərbaycanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZALAR - SİYAHIAvtomobil qəzaları, xüsusən yük maşını və avtobusların törətdiyi qəzalar dəhşətli hal almağa başlayıb.

Sonxeber.az son bir ayda Azərbaycanda baş verən yük maşını və avtobus qəzalarının siyahısını təqdim edir.

27 Sentyabr 2021
Dərnəgüldə "KamAZ" və "Opel" toqquşub. Hadisə Nərimanov rayonunda qeydə alınıb.

Ziya Bünyadov prospektində "KamAZ" markalı yük avtomobili ilə "Opel" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində "Opel" markalı avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Camalzadə Nicat Əvəz oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması və bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozları qoyulub.

28 Sentyabr 2021
"KamAZ" sürücüsü faciəli şəkildə ölüb. Goranboyda yol kənarında "KamAZ" markalı yük maşınının sürücüsü avtomobilinin təkərini dəyişərkən hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.

Hadisə Dəliməmmədli şəhəri yaxınlığında baş verib. "KamAZ" sürücüsü, Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Əsgərov Fikrət İsa oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

29 Sentyabr 2021
Bakıda mikroavtobus piyadanı vurub. hadisə Heydər Əliyev prospektində baş verib. 1978-ci il təvəllüdlü Qasımov Ramiz Vahid oğlu prospektin əks tərəfinə keçərkən onu "Mercedes" markalı mikroavtobus vurub. Qəza nəticəsində bir nəfər yaralanıb.

30 Sentyabr 2021
Bakıda minik avtomobili yük avtomobili ilə toqquşub.

Hadisə sentyabrın 30-da günorta saatlarında paytaxtın kənar dairəvi yolunda, "Sədərək" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.
Hadisə nəticəsində ölən və yaralanan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

1 Oktyabr 2021
Gəncədə yük maşını motosikletlə toqquşub. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan "Ford Tranzit" markalı yük maşını ilə motosiklet toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanların motosikletin sürücüsü və onun yanında olan həyat yoldaşı olduğu bildirilir.

2 Oktyabr 2021
Hacıqabulda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İritutumlu sərnişin avtobusu asfaltbasan maşın və daşla dolu avtomobillə toqquşub. Qəza nəticəsində 10 nəfər yaralanıb.

2 Oktyabr 2021
Bakı şəhər Yasamal rayonu ərazisində minik avtomobili ilə marşrut avtobusu toqquşub.

Məhəmməd Xiyabani küçəsində "Bolt" şirkətinin loqosu altında fəaliyyət göstərən taksi ilə 194 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobus toqquşub. Nəticədə minik avtomobili tamamilə yararsız vəziyyətə düşüb, maşında olan şəxslər xəsarət alıblar.

2 Oktyabr 2021
Biləsuvar şəhərində "Ford" markalı yük avtomobili Biləsuvar şəhər sakini, 1963-cü il təvəllüdlü Hüseynov Akif Hidayət oğlunu vurub. Yaralı piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

5 Oktyabr 2021
Sumqayıt şəhərində "LADA" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

6 Oktyabr 2021
Bakı-Quba yolunun Sumqayıtın Yaşma yaşayış massivindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Yolu keçmək istəyən piyada 1990-cı il təvəllüdlü Qəniyev Vüsal Tofiq oğlunu yük maşını vurub. Ağır bədən xəsarətləri alan 31 yaşlı piyada ölüb.

8 Oktyabr 2021
Şəkidə yük maşını aşıb. Hadisə oktyabrın 7-dən 8-ə keçən gecə Şəki-Qax avtomobil yolunun 6-cı kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

1990-cı il təvəllüdlü Bakı şəhər sakini Alim Babaş oğlu Xələfovun idarə etdiyi "Shacman" markalı, "99 BL 468" dövlət nömrə nişanlı iritutumlu yük maşını idarəetmənin itməsi səbəbindən yolun kənarındakı çökəkliyə aşıb. Qəza zamanı A. Xələfov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3746   Tarix: 13 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.