Vətən həsrətinə son qoyuldu

Vətən həsrətinə son qoyuldu27 sentyabr 2020-ci il Azərbaycan tarixinə yazılmış şanlı bir gün oldu. Artıq 30 ilə yaxın bir dövrdə Erməni işğalı altında qalan torpaqlarımızın azad olunması üçün müzəffər ordumuz əkshücüm əməliyyatına başladı. Vətən Müharibəsinin ilk günü işğaldan azad olunan bir neçə yaşayış məntəqəsi arasında döğulub boya başa çatdığım, uşaqlığımın girov qaldığı, həyatımın ən qayğısız və xoşbəxt illərini yaşadığım döğma kəndimin də adını eşidəndə yaşadığım sevinc, həyacan, xoşbəxtlik hissini başqa heç bir hislə müqayisə etmək mümkün deyildi.
Neçə illər boyu xəyalını qurduğumuz, həsrətini çəkdiyimiz gün gəlib çatmışdı. Doğma elimiiz düşmən tapdağından azad olunmuşdu. Artıq zəfər yolçuluğumuz başlamışdı. Mənfur qonşular tərəfindən işğal olunan torpaqlarımız qarış-qarış, kənd-kənd Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və şanlı ordumuzun qəhrəman oğulları tərəfindən işğaldan azad olunur, düşmən ağır itgilər verərək tutduğu mövqeləri qoyub qaçmağa məcbur olurdu.
Keçən hər gün bizi Böyük Qələbəyə bir az daha yaxınlaşdırırdı. Neçə illər boyu işğala, təcavüzə, təhqirə məruz qalmış xalqımız bir yumruq kimi Ali Baş Komandanın və Şanlı Ordumuzun ətrafında birləşərək düşmənə göz dağı verirdi. Minlərlə Azərbaycan oğlu vətənin azad olunması üçün könüllü olaraq döyüşlərə gedirdi. Düşmənin 30 il boyunca qurduğu istehkamlar, müdafiə qurğuları belə koməklərinə çata bilmədi. Bir-birinin ardınca qəsəbələr, kəndlər şəhərlər işğaldan azad olundu.
Həmin günlər Azərbaycan xalqı tarixinin ən şanlı, ən qürurlü günlərini yaşayırdı. Hər gün Ali Baş Komandanın xalqa müraciətləri, beynəlxalq mətbuatlara verdiyi müsahibələri, qətiyyətli çıxışları və düzgün verdiyi qərarlar xalqda və orduda ruh yüksəkliyi yaradır və qələbəyə olan inamı daha da artırıdı.
17 oktyabr 2020-ci il tarixi Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazıldı. Düşmənin ən çox müdafiə olunduğu, ən güclü istehkamlar qurduğu Füzuli rayonu düşmən tapdağından azad olundu. Füzulinin azad olunması İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun ən əhəmiyyətli və qanlı döyüşlərindən biri oldu və növbəti qələbələrə yol açdı. Şanlı ordumuzun qəhrəmanlığı və Ali baş Komandanın qətiyyəti Azərbaycan xalqına növbəti bir qələbəni yaşatdı. Azərbaycan ordusu şəhidlər verərək, qan tokərək,qəhrəmanlıq göstərərək düşməni müqəddəs torpaqlarımızdan təmizlədi. Bu tarix bütün Azərbaycan xalqının və xüsusilədə 30 ilə yaxındır oz ata-baba yurdundan didərgin düşmüş on minlərlə füzulilinin həyatında dönüş günü oldu. Artıq onlar özlərini oz vətənlərində vətənsiz, qaçqın, köçkün, didərgin kimi hiss etməyəcəkdilər. Artıq onlar məğlub bir xalqın köçkün vətəndaşları deyil, qalib bir xalqın qürurlü vətəndaşları idilər.

Könül Əfəndiyeva – YAP üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1148   Tarix: 14 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.