Azərbaycanda kişi "uşaq səndən deyil" sözünə görə hamilə arvadını dənizdə boğdu

Azərbaycanda kişi "uşaq səndən deyil" sözünə görə hamilə arvadını dənizdə boğdu2020-ci ilin avqustun 7-də 1986-cı il təvəllüdlü Anar Əhmədovun hamilə həyat yoldaşı Şəhanə Əhmədovanı dənizdə boğub öldürməsinin təfərrüatı məlum olub.

Cinayətin baş verməsinə səbəb olan motivləri təqdim edir.

Anarı cinayətə təhrik edən düşüncələrə keçməzdən öncə onun mərhum Şəhanə ilə ailə təməli qurmasına və sonrakı gedişatlara nəzər yetirək.

Anar hərbi xidmətdən qayıtdıqdan sonra, Ağdaşda təsərrüfat işləri ilə məşğul olub, gündəlik qayğılarını və ehtiyaclarını qarşılayır. Sakit, el dili ilə desək, heç kimlə işi olmayan Anar 2003-cü ildə Şəhanə ilə tanış olur, onlar arasında münasibətlər istiləşir və evlənmək qərarına gəlirlər. Dörd illik münasibətdən sonra onlar 2007-ci ilin mayında ailə həyatı qururlar. Ağdaşın Ərəbşəki kəndində yaşayırlar, ancaq ailənin ehtiyaclarını qarşılamaq çətinləşir, çünki rayonda ailəni dolandırmaq üçün normal maaşa iş tapmaq müşkülə çevrilir.

Anar və Şəhanə rayonlarda yaşayan bir çox cütlük kimi daha çox iş imkanı olan coğrafiyaya üz tuturlar, onlar evlilikdən 6 ay sonra Abşeron rayonunun Saray qəsəbəsinə, oradan da Sumqayıt şəhərinə köçürlər.

Onların bu nikahdan iki övladı dünyaya gəlir. Anar işləyir, qazanır, artıq özünə bir ev tikmək qərarına gəlir. 2010-cu ildə Sumqayıtın Xəzri yaşayış massivindən torpaq alaraq özünə ev tikir...

Eyni xarakterli adamlar

Ancaq sən demə bu evin bünövrəsi üzərində ucalan ev cütlüyün ailə təməllərini sarsıdan səbəblər sırasına əlavə olunur. Belə ki, Anar evinə anası və bacısını da köçürür, onlar birlikdə yaşayırlar. Bir müddətdən sonra Şəhanə etiraz edir, o, ailəsi ilə tək yaşamaq istədiyini dilə gətirir...

Əslində ailədə söz-söhbətlərin tarixi ev məsələsindən də əvvələ gedib çıxır. Ərlə arvadın ikisi də eyni düşüncədədir, onların ikisi də aşırı qısqancdır. Bir-birlərini qısqanırlar. Evləndikdən bir müddət sonra Şəhanənin qonşuluqlarında yaşayan bir qadınla mübahisəsi düşür. Çünki qonşuluqdakı qadınla Anar bir-birlərini gördükdə salamlaşır, hal-əhval tuturmuş. Şəhanə isə bunu düşüncələrinin həzminə verə bilmir, qısqanclığın yaratdığı hikkədən dolayı həmin qadına son sözünü deyir: "Bir də Anara salam vermə".

Anar da xarakterinə görə həyat yoldaşından geri qalmır. Qarşılıqlı qısqanclıq mübahisələri dərinləşdirir və bu, tərəflərin bir-birinə qarşılıqlı qadağa şərtləri ilə nəticələnir.

Hətta vəziyyət o həddə çatır ki, Şəhanə Qəbələdə bacısının toyunda olarkən Anar onu toy çadırına buraxmır, səbəb isə sadədir: Çadırda kişilər var!

Toy bitdikdən sonra Şəhanə valideynləri ilə danışır, Anarla dolana bilmədiyini deyir. Boşanmaq məsələsi ailənin müzakirəsinə çıxarılır, amma bu da var ki, qısqanclığın paralelində onların münasibətlərini soyuqlaşdıran Anarın anası və bacısı ilə birgə yaşamaq qərarından vaz keçməməsi dayanırdı...

Şəhanə boşanmaq qərarından vaz keçir, amma ər-arvad arasındakı münasibətlərdə buzlar ərimir.

Mübahisələr davam edir, artıq Anar Şəhanəyə əl qaldırır, istintaqa verilən ifadələrdən aydın olur ki, Anar Şəhanəni bir neçə dəfə vurub.

Şəhanə 2019-cu ildə atası evinə yollanır, 2020-ci ilin iyul ayına qədər orada qalır...

Ailənin arzusu suda boğuldu...

Anarla Şəhanənin nikahından iki qız övladı dünyaya gəlib, ailədə nə qədər mübahisələr olsa da, onlar oğlan övladlarının olmasını da arzulayıblar. Taleyin işinə bax ki, Şəhanə öldürülərkən hamilə imiş, özü də bətnindəki körpənin cinsiyyəti də oğlan imiş.

Anar və Şəhanə nə qədər mübahisə etsələr də, bir-birlərindən ayrıla da bilmirlər, Şəhanə 2020-ci ilin iyul ayında Anara zəng edərək onunla danışır və onlar yenidən bir yerdə yaşayırlar. Amma bu zəng sən demə Şəhanə üçün çalınan "əcəl zəngi"nin müqəddiməsi imiş.

Necəsə, ailə 2020-ci ilin avqustun 7-də Novxanı çimərliyinə gedirlər. Ancaq çimərlikdə də ər-arvad arasında mübahisə yaranır, yenidən boşanmaq məsələsi onların danışıqlarında qırmızı xətt kimi keçir.

Şəhanə boşanacaqları halda uşaqların onda qalacağını bildirir, bu barədə övladlarının da fikirlərinə müraciət edirlər.

Qız övladları ataları ilə qalmaq istədiklərini bildirir, Şəhanə isə bundan hiddətlənir və hədə-qorxu gəlməyə başlayır. O, uşaqların atası ilə qalacağı təqdirdə övladlarını öldürəcəyini bildirir.

İstintaqa əsasən, ərlə-arvad arasında emosiyalar soyuyandan sonra onlar axşam saat 9-da dənizə girirlər. Az sonra isə ər dənizdən qayıdır, övladlarından analarının yerini soruşur.

Uşaqlar bilmədiklərini deyir, Anar isə bu zaman arvadının dənizdə boğulduğunu uca səslə bildirir. Hadisə uşaqlara pis təsir edir, çünki onlar "anamızın qarnındakı uşaq da öldü?" deyə sual edirlər.

Polisə məlumat verilir, sahə rəisi əraziyə gəlir. Söhbət zamanı Anar arvadı Şəhanəyə üzməyi öyrətdiyini, qaranlıq vaxtı dənizə girdiklərini və bir müddət sonra sonuncunu yuyunub hazırlanması üçün uşaqlarının yanına göndərdiyini özünün isə suda qaldığını deyir.

Lakin polis Anarın ziddiyyətli danışdığını o dəqiqə anlayır.

Polis əməkdaşı Anara deyir:

"Əgər arvadın üzə bilmirsə nə üçün onu geriyə tək göndərmisən və niyə qaranlıq vaxtı dənizə girmisiz?" - 1-0 polisin xeyrinə, çünki Anar bu suallara cavab verməkdə çətinlik çəkir.

Polis 2-ci "qolu" da vurur. Belə ki, Anarı işıqlı yerə çəkəndə onun sifətinin sol nahiyəsində, qollarında cırmaq izləri görür.

O, Anardan həmin xəsarətlər barədə soruşduqda o, uşaqlarını dənizdə çimizdirərkən həmin xəsarətlərin uşaqları tərəfindən yetirildiyini deyir. Polis isə soyuqqanlılığını itirmədən qətiyyətlə Anara "Sənin sifətində, qollarında olan cızıqlar çox dərindir uşaqlar tərəfindən yetirilməsi qeyri-mümkündür" deyərək sonuncuya üzərində olan köynəyi çıxartmağı təklif edir.

Anar köynəyini çıxartdıqdan sonra polis onun boğazında, sinəsində, belində, qarın nahiyələrində dərin və çoxsaylı cırmaq izlərinin olduğunu görür.

Polisin sualları intensivləşir, cavab verə bilməyən Anar isə törətdiyi cinayəti etiraf edir...

İstintaq materiallarına əsasən, cinayətin baş vermə anını təsvir etməyə çalışaq. Anar Şəhanəni dənizdə üzmək adı ilə qaranlıqda gözlə görünə bilən ərazidən uzaqlaşdırır.

Ər vəziyyətdən istifadə edir, Şəhanənin suda boğulması fəaliyyətinə başlayır. Şəhanə bir neçə dəfə sudan çıxmaq istəsə də, o sonuncunun boyun və başından tutaraq yenidən suya salır. Anar Şəhanəni təxminən 10 dəqiqə suyun altında saxlayır.

O, Şəhanənin sudan çıxmadığını və müqavimət göstərmədiyini görüb öldüyünə əmin olur.

Anar istintaqa ifadəsində yoldaşının hamilə olduğundan xəbərsiz olduğunu desə də, onun yalan danışdığı aydın olur.

Anar arvadının hamilə olmasından əvvəldən məlumatlı idi, bunu sübut edən məqamları istintaq müəyyənləşdirir.

Artıq bunu bilən Anar ifadələrinin mətnində dəyişiklik edir. O sonrakı ifadələrində bildirir: "Arvadım mənə dedi ki, bətnimdəki oğlan uşağı səndən deyil. Mənim onu öldürməyimə səbəb bu ifadə idi".

Məhkəmə Anarın dediyi həmin dialoqun baş verib-verməməsini nə təkzib, nə də təsdiq edib.

Məhkəmənin hökmü ilə Anar Cinayət Məcəlləsinin 120.2.8-ci maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.

///Oxu.Az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2692   Tarix: 14 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.