COVİD-19 virusu ilə mübarizədə vaksinasiyanın əhəmiyyəti

COVİD-19 virusu ilə mübarizədə vaksinasiyanın əhəmiyyəti2019-ci ilin dekabr ayından Çində yayılan yeni növ koronavirus - COVID-19 xəstəliyi artıq 3 ilə yaxın bir dövrdürki bütün dünyanı yeni reallıqlarla yaşamağa məcbur edir. 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunduğu zamandan bu günə kimi demək olar ki, əksər dünya ölkələrində karantin rejimi tətbiq olundu. Bütün dünya COVİD-19-la mübarizəyə başladı. Bütün bu tədbirlərə baxmayaraq bu virus qısa bir müddətdə dünyanın demək olarki bütün ölkələrinə yayıldı və milyonlarla insan bu xəstəlikdən həyatını itirdi. Dünyanı bu bəladan xilas etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı və ayrı-ayrı ölkələr virus əleyhinə vaksin hazırlanması üçün fəaliyyətə başladılar. Artıq bu gün COVİD-19 əleyhinə effektivliyi təstiq olunmuş bir neçə vaksin xəstəliklə mübarizədə istifadə olunur.
Bütün pandemiyalarda olduğu kimi, COVİD- 19 pandemiyası ilə mübarizədə də ən effektivli üsul əhalinin böyük əksəriyyətinin peyvənd olunmasıdır. Artıq bir çox inkişaf etmiş dünya ölkələri öz əhalisinin böyük əksəriyyətinin vaksinasiya olunmasını təmin etmiş və bunun sayəsində əhalisi arasında xəstəliyə yoluxma saylarının və yoluxmuş insanlar arasında ölüm faizinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə nail olmuşdur. Bu gün ölkəmizdə də əhalinin vaksinasiya olunması mütəşəkkil surətdə davam etdirilir. Hər bir vətəndaşımızın virus əleyhinə effektivliyi təstiq olunmuş "Sinovak", "AstraZeneca", "Pfizer" və "Sputnik" vaksinlərindən istifadə edərək virus əleyhinə peyvənd olunmaq imkanı var.
Ölkəmizdə aparılan peyvənd kampaniyasında əsas risk qrupları nəzərə alınmaqla ardıcıl olaraq əhalinin peyvənd olunması həyata keçirilir. Xüsusilə yaşlıların, xroniki və yanaşı xəstəlikləri olan insanların bu xəstəliyi ağır keçirdiklərini nəzərə alaraq hər bir vətəndaşımız bu məsələdə məsuliyyətli olmalı və vətəndaş mövqeyi nümayiş etdirməlidir.Mövcud pandemiya şəraiti bütün dünya iqtisadiyyatına, bütün insanların yaşayış və həyat tərzinə ciddi təsirini göstərir. Bu vəziyyətdən çıxış yolu bütün dünyada əhalinin peyvənd olunmasıdır. Ölkəmizdə peyvəndləmə kampaniyası kütləviləşdikdən sonra müəyyən dərəcədə karantin rejimində yumuşalmalara gedild, təhsil ocaqları öz fəaliyyətini bərpa etdi,müəyyən kütləvi tədbirlərin keçirilməsinə icazə verildi. Həyataz da olsa əvvəlki axarına qayıtdı. Ancaq hər birimiz məsuliyyətimizi dərk etməli vaksin olunmadan ictimai məkanlara, kütləvi tədbirlərə qatilmamalıyıq.
Bu gün artıq olkəmizdə iki doza vaksin olunduqdan sonra vaksinin üçüncü qüvvətləndirici (Buster) dozası təklif olunur. Buster doza immunitet reaksiyasını yenidən gücləndirir və bununla da peyvəndin effektivliyini artırır. Koronavirusun mutasiyası nəticəsində yeni "Delta" variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3-cü peyvənd dozası – buster dozasınin vurulması məqsədəuyğun hesab olunur.

Könül Əfəndiyeva – YAP üzvü, sosioloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1072   Tarix: 15 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11.11.2026 302
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11.11.2026 276
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

11.11.2026 180
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

11.11.2026 283
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

11.11.2026 274
.

Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi

"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış

11.11.2026 218
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.