ABŞ-ın böyük texnoloji şirkətlərinə qarşı YENİ QANUN
ABŞ-ın iki əsas partiyasını təmsil edən təmsilçilər senatorlar Amy Klobuchar və Chuck Grassley-in rəhbərlikləri altında yeni qanun layihəsini təqdim etməyi planlaşdırırlar.
BiG.AZ Technote.az-a istinadən xəbər verir ki, planlaşdırılan yeni qanun layihəsi Amazon və Alphabet (Google şirkətinin sahibi) kimi böyük texnoloji şirkətlərin öz platformalarında fərdi servislərə və məhsullara üstünlük vermələrini qadağan etmək üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlum oldu ki, Amazon şirkəti öz platformasında kənar satıcıların statistikalarından istifadə edib. Məqsəd isə həmin satıcıların təklif etdikləri məhsulların daha ucuz versiyalarını istehsal etmək və daha sonra axtarış nəticələrini manipulyasiya etməklə istehsal edilmiş məhsulları irəli çəkmək olub.
Bu prosesin Amazon-un Hindistan üçün olan versiyasında reallaşdırılması şirkətin daxili sənədləri hesabına təsdiq olunmuşdu. Planlaşdırılan yeni qanun layihəsi ABŞ parlamentinin indiki tərkibinin ilk təşəbbüsü deyil. Belə ki, ABŞ-ın iki əsas partiyasını təmsil edənlər artıq uzun müddətdir ki, Amazon, Apple, Facebook və Alphabet kimi şirkətlərin fəaliyyətlərinin məhdudlaşdırılması üçün çalışırlar. Lakin bu məsələ ilə bağlı heç bir təşəbbüs indiyənə kimi qanun səviyyəsində qəbul edilməyib. Hazırlanan yeni qanun layihəsi gələn həftənin əvvəlində təqdim olunacaq. Onun qəbul edilməsi üçün ABŞ Konqressinin hər iki palatası onu təsdiqləməlidir.
Yeni qanun layihəsinə əsasən böyük şirkətlər öz platformalarında fəaliyyət göstərən digər şirkətlərə fərdi məhsulları və xidmətləri məcburi şəkildə qəbul etdirməməlidirlər. Bundan əlavə olaraq yeni qanun layihəsi sözügedən platformalardakı fərdi məhsulların və xidmətlərin irəli çəkilməsi yolunda kənar satıcıların məhsullarının axtarış nəticələrində göstəricilərinin aşağı salınmasını da qadağan edir. "Yüksək üstünlüklərə sahib rəqəmsal platformaların böyük şirkətlər olmaları səbəbilə onlar daha çox öz məhsulları ilə xidmətlərinə üstünlük verirlər. Biz elə bir siyasət yaratmalıyıq ki, o, sahibkarlara və kiçik müəssisələrə rəqəmsal platformalarda uğur qazanmaları üçün şərait yaratsın" - deyə senator Amy Klobuchar qeyd edib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1014 Tarix: 15 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür
Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri
08.11.2026 482 Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
07.11.2026 317 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1645 Payızda yarpaqların rəngini dəyişən görünməz proses
Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni
06.11.2026 461 Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
07.11.2026 336 "ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu
ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen
01.11.2026 709 Masaj hansı problemlər zamanı tətbiq edilir?
Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə
11.11.2026 149 "Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10.11.2026 227 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
08.11.2026 292