Azərbaycan-İtaliya münasibətləri hazırda heç zaman olmadığı qədər möhkəmdir
Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır və iki ölkə arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə dinamik inkişaf edir. Azərbaycan və İtaliya münasibətləri hazırda heç zaman olmadığı qədər möhkəmdir.
Azərbaycan yenidən müstəqilliyini qazandıqdan sonra İtaliya ilə çox səmərəli münasibətlər qurub və indiyə qədər dövlətlər arasında tərəfdaşlıq böyük inkişaf yolu keçib. Azərbaycan və İtaliya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formalaşıb. 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı da İtaliya beynəlxalq qanunlara əsaslanaraq ədalətli mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Məhz bu dostluğun nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir.
İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində mühüm yer tutur. Cari ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz məhsullarının ixracında İtaliya ilk yerdə qərarlaşıb.
Azərbaycanla İtaliya arasında əməkdaşlıq təkcə iqtisadi və siyasi deyil, eyni zamanda, bu əlaqələri daha da möhkəmləndirən güclü humanitar komponent üzrə aparılır. Əminik ki, geniş əməkdaşlıq əlaqələrinin məhz bu formada davam etdirilməsi gələcəkdə daha effektiv nəticələr verəcək.
Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq xüsusi anlam daşıyır. Bu istiqamətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da misilsiz xidmətləri vardır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Sebastian katakombaları, Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa olunub və görülən bu işlərə görə Azərbaycanın Birinci vitse-prezidentinə böyük minnətdarlıq ifadə olunub.
Əməkdaşlıq çərçivəsində İtaliya universitetinin yaradılması, o cümlədən, İtaliya ilə Azərbaycan arasında tələbə mübadiləsinin həyata keçirilməsi kimi planlar təhsil sahəsində əlaqələri gücləndirəcək.
Bütün bu işlər Azərbaycan və İtaliya xalqlarının yaxınlaşması, bir-birini daha yaxından tanıması və gələcəkdə daha geniş tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin qurulması üçün çox vacib addımlardır. Ümumilikdə, humanitar istiqaməti əsas götürərək, xüsusilə, İtaliya və Azərbaycan arasında turizm, tələbə mübadiləsi, elm,mədəniyyət sahəsində əməkdaşlıq siyasi və iqtisadi sahələrdə münasibətlərimizin daha da dərinləşməsinə gətirib çıxara bilər.
Muxtar Nağıyev
YAP Səbail rayon təşkilatının sədri
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 739 Tarix: 16 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11.11.2026 445 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11.11.2026 302 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11.11.2026 276 Məktəblər üçün texniki dəstək xətti açıldı
Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt
11.11.2026 180 Xankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11.11.2026 317 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
11.11.2026 283 Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
11.11.2026 274 Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi
"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış
11.11.2026 218 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11.11.2026 422