Deputat: "Prezidentin yeni sərəncamı əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edir"

Deputat: "Prezidentin yeni sərəncamı əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edir""Bu gün Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncama əsasən əməkhaqlarının, pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması üçün atılacaq addımlar əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan ciddi qərarlardan biridir".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, 2019-cu ildən başlayaraq koronavirus pandemiyasının dünyaya, o cümlədən Azərbaycan iqtisadiyyatına vurduğu zərərin vətəndaşların həyat tərzində hiss edilməməsi üçün Azərbaycan dövləti bu müddət ərzində çox böyük işlər görüb: "Eyni zamanda, məhdudiyyətlər, məcburiyyətdən müəyyən iş yerlərinin bağlanması əhalinin bir hissəsinin əmək haqlarından və gəlirlərindən məhrum olmasına gətirib çıxardırdı. Dövlət tərəfindən həmin şəxslərə müəyyən yardımlar göstərildi, bununla belə dünya bazarına müəyyən məhsulların qiymətinin artması Azərbaycanda da müəyyən istehlak məhsullarının qiymətinin müəyyən qədər artmasına, əhalinin təlabatının genişlənməsi faktoru da bu gün müəyyən qədər rol oynayır. Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev Nazirlər Kabinetinə gələn ilin büdcəsindən əhalinin əhəmiyyətli bir hissəsinin əmək haqlarının, pensiyalarının artırılması ilə bağlı tapşırıqlar verib. 2022-ci ilə olan büdcə lahiyəsi yaxın günlərdə parlamentin müzakirəsinə çıxarılacaq və Prezidentin tapşırığına uyğun olaraq həmin büdcə layihəsində müəyyən dəyişiklər ediləcək".

A.Mirzəzadə bildirib ki, ölkə başçısının yeni sərəncamı 2 milyona yaxın vətəndaşın rifahının daha da yaxşılaşmasına xidmət edəcək: "Yeni sərəncam həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətdir. Sərəncam bir daha göstərdi ki, əhalinin sosial vəziyyətinin yüksək səviyyədə olması hər zaman dövlətin və ölkə başçısının diqqətindədir. Bu istiqamətdə atılmış bu, heç də sonuncu addım deyil. Bundan sonra da əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən ciddi tədbirlər görüləcək. Manatın dəyəri qorunub-saxlanılır, yeni iş yerləri yaradılır, biznes mühitinin yaxşılaşdırılması üçün ciddi addımlar atılır. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yaradılması, bu ilin sonuna qədər məcburi köçkünlərin dədə-baba yurduna qayıtması təbii ki, əhalinin sosial vəziyyətin yaxşılaşmasına ciddi təsirini göstərəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1231   Tarix: 16 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11.11.2026 291
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

11.11.2026 274
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

11.11.2026 180
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 408
.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

11.11.2026 179
.

Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır

Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih

11.11.2026 115
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.