"Azərişıq"dan elektrik enerjisinin qiymətilə bağlı AÇIQLAMA

"Azərişıq"dan elektrik enerjisinin qiymətilə bağlı AÇIQLAMAPandemiyaya görə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi iqtisadi aktivliyin sürətli canlanmasına səbəb olub. Bunun nəticəsində elektrik enerjisinə tələbat artıb. Odur ki, qeyri-əhali sektorunda da topdan satış qiymətinin artması nəticəsində ölkədə tarif tənzimlənməsi həyata keçirilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.

O bildirib ki, tariflərin dəyişdirilməsi ilə qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığının tədricən azalması nəzərdə tutulub. Bununla da büdcə vəsaiti sosialyönümlü tədbirlərə yönləndiriləcək. Digər tərəfdən, tarif tənzimlənməsi Azərbaycanda alternativ enerji istehsalına əlverişli şərait yaradacaq. Bu sektorun inkişafı təbii qaz sərfiyyatının, qaz əsaslı enerji istehlakının azalmasına səbəb olar, iqtisadiyyatda yeni xidmət sahələri inkişaf etdikcə, daha da ucuzlaşa biləcək alternativ mənbələr yarana bilər".

"Azərenerji" ASC-yə verilən təbii qazın tariflərinin artırılması ilə əlaqədar elektrik enerjisi üçün topdan və pərakəndə tariflərin tənzimlənməsi zərurəti yaranıb. Elektrik enerjisinin topdan satışının tarifinin artırılması nəticəsində "Azərişıq" üzrə yaranan əlavə xərclər bütün istehlakçılar üzrə paylanıb. Yəni əhali, sənaye, nəqliyyat, kənd təsərrüfatı, ticarət və xidmət üzrə bölüşdürülüb. Əvvəlki tarif əhali üçün güzəştli idi, yəni 300 kilovat/saata qədər 7 qəpik, 300 kilovat/saatdan yuxarı isə 11 qəpik təşkil edirdi. Diferensial tarif sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini hazırda da qoruyub saxlamış olur. Belə ki, istehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kilovat/saatdırsa, orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınanda güzəştli tariflər aylıq istehlakın 200 kilovat/saatına tətbiq ediləcək. Yəni, 200 kilovat/saata qədər yenə də güzəşt tətbiq olunur, 7 qəpikdən 8 qəpiyə qalxır, 200 kilovat/saatla 300 kilovat/saat arasında istifadə edən abonentlərin tarif qiyməti 9 qəpikdir, 300 kilovat/saatdan çox istifadə edən abonentlərin isə tarif qiyməti 1 kilovat/saat üçün 13 qəpik müəyyənləşib. Ayrıca qeyri-əhali abonentləri iki kateqoriyaya ayrılıb: ticarət, xidmət və digər. Ticarət və xidmət abonentlərinin tarifi 9 qəpikdən 11 qəpiyə, digər bütün qeyri-əhali abonentlərin tarifi isə bir qəpik artırılaraq 9 qəpikdən 10 qəpiyə qalxıb".

V.Nəbibəyli qeyd edib ki, elektrik enerjisi üzrə mövcud tariflər 2016-cı il dekabrın 1-dən tətbiq olunub. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və abonentlərin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq məqsədilə enerjinin tarif tənzimlənməsi qaçınılmaz idi. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehlakı üçün istifadə olunan xammalın 50 faizdən çoxunu təbii qaz təşkil edir. Təbii qazın qiymətinin artmağı elektrik enerjisi üçün topdan satış qiymətinin də artırılmasına zərurət yaratdı. "Azərenerji" ASC-dən alınan topdan satış elektrik enerjisinin qiyməti 5,7 qəpikdən 6,6 qəpiyə artırılaraq belə bir müəyyənləşmə aparıldı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2221   Tarix: 16 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11.11.2026 291
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

11.11.2026 274
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

11.11.2026 180
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 408
.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

11.11.2026 179
.

Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır

Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih

11.11.2026 115
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.