Hesablama Palatası: "Kənd təsərrüfatında kredit faizlərinin yüksək olması ümidverici deyil"
Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən həyata keçirilən "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsi üzrə auditə əsasən müvəkkil banklar üçün kredit xətlərinin açılmasının nəticəliliyi aşağı səviyyədə olub.
"Report" bu barədə Hesablama Palatasına istinadən xəbər verir.
Sənədə əsasən, layihə çərçivəsində kənd təsərrüfatı sahəsinin kreditləşməsində innovativ maliyyə dəstəyinin tətbiq olunmaması, həmçinin eyni təyinatlı kredit məhsulları üzrə təklifin alternativlərinin daha əlverişli olması bu istiqamət üzrə nəticəliliyə mənfi təsir edib. Ölkədə kənd təsərrüfatı sahəsinin güzəştli (layihədən daha aşağı faizlərlə) kreditlərlə maliyyələşdirilməsini həyata keçirən Sahibkarlığın İnkişaf Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kimi digər dövlət qurumları mövcuddur.
Palata hesab edir ki, həyata keçirilmiş tədbirlərin maliyyə institutlarının potensialının gücləndirilməsinə töhfəsi əhəmiyyətli olmayıb:
"Ölkənin bank sektorunun fəaliyyəti üzrə, o cümlədən, kredit müddətlərinin uzunmüddətli olması, kommersiya kredit faizlərinin həddindən artıq yüksək olması, banklarda müvafiq sahə üzrə dar ixtisaslaşmış kadrların çatışmazlığı, fiziki şəxslərin gəlirləri üzrə hesabatlılığın olmaması, fermerlərin təşkilatlanma (birləşməyə və ya birgə fəaliyyət göstərməyə) meylinin zəif olması, fermerlərin istehsal etdiyi məhsulların satış bazarlarına çıxarılması və satışına banklar tərəfindən əməkdaşlıq edərək dəstək verilməməsi, ölkənin kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübələrə əsaslanaraq, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə biznesin maliyyələşdirməsi, kreditləşmə üzrə risklərin minumuma endirilməsi, etibarlı, güvənli bank-sahibkar mühitinin yaradılması, inkişaf etdirilməsi, bankların likvidliyinin daha etibarlı təmin edilməsi, bu proseslərə aktiv qoşulması və dəstək göstərməsi yaxın dövrdə kifayət qədər ümidverici görsənmədiyini deməyə əsas verib".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 678 Tarix: 17 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi" - Video
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkimin əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 i
15:50 139 İran Cənubi Koreyaya xəbərdarlıq edib ki, Hörmüzdəki mövcudluğu ABŞ-a dəstək kimi qəbul ediləcək və bunun "nəticələri" olacaq
İran Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi günü X/Twitter-də paylaşım edərək bildirib ki, Cənubi Koreyanın Hörmüz körfəzi və boğazındakı əməliyyatlarda hərbi iştirakı və ya iştirakı ABŞ-ın "təcavüzünə" dəstək kimi qiymətləndiriləcək və ciddi nəticələrə səbəb olacaq. BİG.AZ The Jerusale
12:27 165 "AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
"AzerGold" QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə (Zod) istismar işlərinin növbəti mərhələsinə keçib. Mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib. İlk süxur partlayışı təsdiq edilmiş texniki layihə və təhlükəsizlik tələblərin
13:27 174 Ermənistana xəbərdarlıq: Rusiya ilə viza rejimi tətbiq edilərsə...
Rusiya ilə Ermənistan arasında viza rejiminin tətbiqi İrəvan üçün ağır zərbə ola bilər. xəbər verir ki, Ermənistanın keçmiş Milli Məclis üzvü Arman Abovyan "nsn.fm"ə müsahibəsində viza rejiminin tətbiqinin mümkün risklərini açıqlayıb. "Əgər iqtisadi əlaqələrin dağılmasından sonra turis
11:03 157 İndoneziyada vulkan püskürməsi: 170 min sərnişin hava limanlarında qalıb
İndoneziyada Anak Krakatau vulkanının püskürməsi nəticəsində ölkənin bir neçə hava limanında uçuşlar dayandırılıb, minlərlə sərnişin səfərlərini təxirə salmalı olub. The Guardianın məlumatına görə, vulkanın yaydığı kül buludu Cakartanın əsas beynəlxalq hava limanı da daxil olmaqla bir neçə hava limanınd
13:12 169 Bu ərazilərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlarda yağış yağır, şimşək çaxır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntını
11:02 162 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb
Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Son iki həftə ərzində Ukrayn
06.09.2026 230 Yaponiyada şirniyyat mağazasında faciə: Üç nəfər həlak oldu
Yaponiyanın Qifu prefekturasının Motosu şəhərindəki şirniyyat mağazasında bıçaqlanma və yanğın hadisəsi baş verib. Nəticədə azı üç nəfər həlak olub. bu barədə "Jiji" agentliyinə istinadən xəbər verir. Polisin məlumatına görə, insident zamanı mağazada 11 nəfər olub. Həmin vaxt obyekt ziyarətçilə
06.09.2026 231 Prezident Əziz Səncəri təltif etdi
Kimya üzrə Nobel mükafatçısı Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə gör
14:54 142