FHN-in xilasedicisi: "Gəncədə baş verən partlayış zamanı südəmər uşağı anasının qucağından çıxarmışıq" - FOTO
"Biz 2020-ci il 17 oktyabrda Gəncədə baş verən partlayış zamanı hadisə yerinə çatanda barıtın iyindən və toz-dumandan demək olar ki, heç nə görmürdük. Sadəcə qışqırıqlar, haraylar, bəzi yerlərdə sıxışıb qalmış insanların səsi eşidilirdi".
Bunu Oxu.Az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional mərkəzində xüsusi xilasetmə hissəsinin xilasedicisi Mərdan Şirinov bildirib.
Onun sözlərinə görə, partlayış baş verən anda Fövqəladə Hallar Nazirliyi tərəfindən əraziyə çıxmaq üçün həyəcan siqnalı verilib:
"Partlayışdan sonra qalıqlar altından bir neçə şəxs xilas edilib. Onlar arasında körpələr də vardı. Təəssüf ki, həlak olanlar da var idi. Bir evin eyvanı salamat qalmışdı. Oradan balaca bir qızı xilas etdim və aidiyyəti üzrə təhvil verdik. Daha sonra iş yoldaşlarımla ər, arvad və uşağını xilas etdik".
O deyir ki, ötən il Gəncədə apardığı xilasetmə işi ömrünün sonuna qədər acı bir xatirə kimi yaddaşında qalacaq:
"Hadisə zamanı südəmər uşağı anasının qucağından çıxarmışıq. Onun isti bədənini hiss etdim. Bu, mənim üçün ən çətin və təsirli idi. Mən nə qədər soyuqqanlı olmaq istəsəm də, bir il əvvəl yaşanan hadisədən sonra həyata tam başqa cür baxıram. Bir neçə ay gecələr elə bilirdim ki, həmin uşaqlarla birlikdə yatıram. Əraziyə yığılan torpaq, dəmir, taxta parçalarını heç bir texnika işlətmədən təmizlədik ki, sağ qalanlara və meyitlərə zərər verməyək".
Qeyd edək ki, Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından bir il ötür. 2020-ci ilin oktyabrın 17-də gecə saat 1 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SKAD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutmuşdu.
Nəticədə 14 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1011 Tarix: 17 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281