8 il həbsdə yatan eks-nazir Fərhad Əliyev hazırda nə işlə məşğuldur?

8 il həbsdə yatan eks-nazir Fərhad Əliyev hazırda nə işlə məşğuldur?İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Azərbaycan Respublikasının sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevdən bəhs edəcəyik.

Fərhad Şövlət oğlu Əliyev 1963-cü ildə Cəlilabad rayonunda anadan olub. 7 yaşında ikən atası Şövlət Əliyev xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həyatını itirib. Bundan sonra ailənin bütün yükü anası Şövkət Əliyevanın üzərinə düşüb və o, himayəsindəki 8 uşağı təkbaşına böyüdüb.
Fərhad Əliyev 1970-80-ci illərdə Cəlilabadın Alar kəndindəki orta məktəbdə təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra o, 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (AzİMİ) daxil olub. 1985-ci ildə ali məktəbi bitirib. Həmin ildə Cəlilabad rayonunda əmək fəaliyyətinə başlayıb. 1985-87-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən əmək fəaliyyətini davam etdirib.

Fərhad Əliyev ali məktəbdə oxuduğu və orduda xidmət etdiyi zamanlarda ictimai işlərdə fəal iştirak edib. O, ADİMİ-nin Tələbə Həmkarlar Təşkilatının sədr müavini seçilib, orduda nümunəvi xidmətinə görə dəfələrlə mükafatlandırılıb.

F.Əliyev 1985-90-cı illərdə ictimai fəaliyyətlə yanaşı müxtəlif dövlət işlərində çalışıb. O zaman Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayan Azərbaycan Komsomol Təşkilatı Mərkəzi Komitəsinin təşkilat şöbəsində sektor müdiri vəzifəsinə qədər yüksəlib. Beynəlxalq "Sputnik" Səhmdar Cəmiyyətinin prezidenti olub.

1990-97-ci illərdə turizm, ticarət, inşaat, istehsalat sahəsində işləyən özəl şirkətlərə başçılıq edib. O, 1997-ci ildən əmək fəaliyyətini dövlət aparatında ticarət nazirinin müavini vəzifəsində davam etdirməyə başlayıb. Bir qədər sonra isə Fərhad Əliyev Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsinə təyin olunub. 1999-2001-ci illərdə Dövlət Əmlak Komitəsinin sədri vəzifəsində işləyib.

2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradılıb və Fərhad Əliyev nazirliyin başçısı təyin olunub.

2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində sabiq nazir Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib və bununla da vəzifəsindən azad olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. F.Əliyev Prezidentin 2013-cü ilin payızında - Qurban Bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Bir zamanlar mətbuatda yayılan məlumatlara görə, azadlığa çıxdıqdan qısa müddət sonra xaricə köçdüyü, Almaniyadan siyasi sığınacaq alıb Londona yerləşdiyi, qardaşı Rafiq Əliyevlə Böyük Britaniyada yaşadığı deyilirdi. Buna baxmayaraq, Fərhad Əliyev heç də Azərbaycandakı biznesini tamamilə dayandırmayıb, əksinə yeni böyük layihələrdə iştirak edib.
Belə layihələrdən biri də Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilən "Alco Lubricant Company" şirkətidir. Almaniya texnologiyası əsasında qurulan yeni zavodun ildə 30 min ton sürtgü yağı istehsal etməsi nəzərdə tutulur. Yayılan məlumatlara görə, zavodun investisiya dəyəri 10 milyon manatdır. 5 may 2016-cı il tarixində yaradılan şirkətə cəmi 45 gün sonra Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və investisiya təşviqi sənədi ilə təmin edilib. Bu sənədə görə, şirkət əmlak və torpaq vergisindən tam, mənfəət vergisindən əlli faiz azad olunub. Bundan əlavə şirkət xaricdən gətirəcəyi avadanlıq və istehsal təyinatlı texnologiyalara görə gömrük vergisindən də tam azaddır. 2018-ci ildə Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Alco" Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor təyin edib.

Ailəlidir. İki övladı var. 27 yaşlı oğlu Yusif Əliyev, İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2158   Tarix: 18 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11.11.2026 301
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11.11.2026 328
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11.11.2026 276
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11.11.2026 296
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 193
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11.11.2026 280
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.