Əməliyyatdan sonra ölən körpənin ailəsi FAKTLARI AÇDI - FOTO/VİDEO

Əməliyyatdan sonra ölən körpənin ailəsi FAKTLARI AÇDI - FOTO/VİDEOBir neçə gün əvvəl M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 1 yaşlı Səyyad Bayramovun əməliyyatdan sonra ölməsi ilə bağlı xəbər yaymışdıq.

Lent.az xatırladır ki, körpənin ölümü ilə bağlı əməliyyatı edən həkim Elnur Həsənov saytımıza açıqlamasında 1 yaşlı Səyyad Bayramlının xəstəliyinin Volf-Parkinson-Uayt (WPW) sindromu olduğunu bildirmişdi. Həkimin dediyinə görə, onun əsas kriteriyası bundan ibarətdir ki, istənilən an tam rahat ölüm baş verə bilər: "Əməliyyatdan bir gün sonra, 5 gün sonra, bir il sonra - hər an uşaq ölə bilər. Bu həkimdən asılı olan məsələ deyil. Valideynlər bunu əməliyyatdan əvvəl bilir və imza atır. Heç bir həkim bunu izah etmədən, əməliyyat edə bilməz. Mən 100 % sağaldacam deməmişəm".

Vəfat edən körpənin ailəsi isə Lent.az-a müraciət edərək bildirib ki, Elnur Həsənovun körpədə olduğunu iddia etdiyi "Volf-Parkinson-Vayt" sindromu özünün müayinə etdiyi sənəddə yer almayıb: "Həkimin açıqlamasına inana bilmədik. Necə ola bilər ki, öz səhvini ört-basdır etmək üçün bu cür açıqlama verə. Əgər belə haqlısınızsa, reanimasiyadan və şöbədən olan kamera görüntülərini yayın. Deyin ki, "siz iftira atırsınız". Deyin ki, "uşağı 1 gün sonra ağır vəziyyətdə reanimasiyadan palataya biz düşürtməmişik". Deyin ki, "biz sizdən 5300 manat almamışıq".

Əməliyyatdan sonra ölən körpənin ailəsi FAKTLARI AÇDI - FOTO/VİDEOAilə əlavə edib ki, E.Həsənov Səyyadın əməliyyatını sığorta qarşılamır deyərək, onlara bir sənəd verib: "Sonra isə xəstəxananın açıqlamasında bildirildi ki, əməliyyatı sığorta qarşılayıb. Halbuki bizdən əməliyyat üçün 5 300 manat alınıb. Bundan başqa həkim mediaya açıqlama verərək bildirir ki, uşaq ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ancaq uşaq sağlam idi. Uşağın bir gün əvvəl videosunu da çəkmişdik".

Əməliyyatdan sonra ölən körpənin ailəsi FAKTLARI AÇDI - FOTO/VİDEOBununla yanaşı, ailə həkimin "valideynlər riski bilirdi və buna imza atmışdılar" açıqlamasına da cavab verib:

"Verilən sənəddə ölüm və ya risklə bağlı heçnə yazılmamışdı. Həmçinin bu vərəqdə boş xanalar vardı. Belə güman edirik ki, imza atdıqdan sonra həmin boş hissələr istədikləri formada doldurulub".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2172   Tarix: 19 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11.11.2026 301
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11.11.2026 328
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11.11.2026 276
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11.11.2026 296
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 193
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11.11.2026 280
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.