Sürücülərin nəzərinə: Bu avtomobillərə yeni cihazlar quraşdırılacaq - VİDEO
Xüsusən də sərnişin avtobusu və yük avtomobillərinin iştrakı ilə baş verə biləcək ağır qəzaların qarşısını almaq məqsədi ilə, üç il əvvəl ''yol hərəkətinin təhlükəsizliyi'' nə dair dövlət proqramı hazırlandı.
Konkret olaraq proqramda göstərilirdi ki, bu tip nəqliyyat vasitəsinin sürücülərinə nəzarət etmək üçün avtomobillərə ''taxoqraf'' cihazı qurulsun. Yəni onların hərəkəti və neçə saat sükan arxasında olmasına adıçəkilən cihaz vasitəsi ilə nəzarət ediləcəkdi. Amma görünən odur ki, bu proqram tam olaraq icra edilmir.
Buna səbəb nədir? Sualımıza aidiyyəti qurumdan cavab öyrənmişik.
BiG.AZ Xezerxeber.az-a istinadla xəbər verir ki, son günlər sərnişin avtobusu və yük avtomobillərinin iştrakı ilə baş vermiş qəzalar həmin nəqliyyat vasitələrinin sürücülərinə nəzarətin ciddi olmamasını göstərir.
Hansı ki, 2019-2023-cü illəri əhatə edən ''Yol Hərəkətinin Təhlükəsizliyi''nə dair dövlət proqramında da var ki, bu tip nəqliyyat vasitələrinə ''taxoqraf'' cihazı qurulmalı idi. Bu cihazla sürücünün hərəkəti həm izlənir, həm də onun sükan arxasında nə qədər olduğu müəyyən edilir. Başqa sözlə desək bu növ nəqliyyat vasitələrinin sürücülərinə ciddi nəzarət edilir. Amma bir neçə gündə həm avtobus həm də yük avtomobilinin sürücülərinin törətdikləri qəzalar onu deməyə əsas verir ki, hələ də dövlət proqramında göstərilənlər sadəcə sənəd üzərindədir.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, yük avtomobilləri və sərnişin avtobuslarının sürücülərinin törətdikləri qəzaları təhlil edərkən müəyyən olur ki, sürücü sükan arxasında ya yuxlayıb, ya da yorğun olub. Ekspert deyir ki, yük maşınlarına və avtobuslara ''taxoqraf'' cihazı quraşdırılmalıdır. Qanunda bu barədə yazılıb, onu gerçəkləşdirmək mütləqdir.
''Taxoqraf'' hər şeyi qeydə aldığından, yol polisi sürücünün 4 saatdan artıq avtomobil idarə etdiyini aşkar edərsə dərhal onun hərəkəti dayandırılmalıdır. Sürücü ən azı 45 dəqiqə dincələndən sonra hərəkətə davam edə bilər. Yük avtomobillərinə və sərnişin avtobuslarına ''taxoqraf'' cihazının quraşdırılması Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həyata keçirilməldir. Sözügedən qurumun rəsmisi Günay Əliyeva deyir ki, ''taxoqraf'' cihazı beynəlxalq yük və sərnişindaşımada olan nəqliyyat vasitələrində var. Bəs şəhərlərarası yük və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində bu cihaz niyə yoxdur?
Günay Əliyeva deyir ki, ''taxoqraf'' cihazı gizli şəkildə fəliyyat göstərən sürücülərin avtomobilinə quraşdırılmayacaq. Bu yalnız Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı və qanuni icazə vərəqəsi alan sürücülərin avtomobillərinə quraşdırılaraq onlara nəzarət ediləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1551 Tarix: 19 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11.11.2026 301 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11.11.2026 328 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11.11.2026 276 Prezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
11.11.2026 296 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11.11.2026 445 Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək
"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər
11.11.2026 193 Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11.11.2026 280 Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı
Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt
11.11.2026 200 Xankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11.11.2026 317