Şəhid xanımının ölümünə səbəb olan qəza ilə bağlı cinayət işi açıldı - FOTO
Kürdəmir rayonunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, hadisə oktyabrın 21-də Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Ford" markalı minik avtomobili hərəkətdə olarkən sürücü anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı avtomobilin sürücüsü, 38 yaşlı Tağıyev Emin Ağamir oğlu və sərnişini, 35 yaşlı Ələsgərova Günel İnqilab qızı hadisə yerindəcə dünyasını dəyişib. G.Ələsgərovanın oğlu isə xəsarət alıb.
Xatırladaq ki, qəza zamanı ölən G.Ələsgərova Vətən müharibəsi şəhidi, "Qarabağ" ordenli mayor Rəhim Hüseynovun həyat yoldaşıdır. O, Bakıdan rayona şəhid R.Hüseynovun anım mərasiminə gedirmiş.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2584 Tarix: 22 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan tomat ixracından gəlirini 5 %-dən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 97 min 927 ton tomat ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 119,8 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6 milyon dollar (5,2 %) çox, həcm baxımında
27.06.2026 132 Çimərliyə getmək istəyənlər bunu oxusun
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, iyunun 27-si şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran
27.06.2026 183 Almaniyada evlərin cəmi 6%-ində kondisioner var
Avropa ölkələrində, xüsusilə şimal regionlarında kondisionerlər uzun müddət zəruri hesab edilməsə də, son illərdə artan ekstremal istilər səbəbindən onlara tələbat sürətlə yüksəlir. xəbər verir ki, Almaniyada 2019-2024-cü illərdə kondisionerlərə tələbat 75% artsa da, mənzillərin cəmi 6%-i bu sistemlərl
27.06.2026 157 Paşinyanın yeni mətbuat katibi kim olacaq? - FOTO
Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidmətinə 26 yaşlı Melanya Harutyunyan rəhbərlik edəcək. xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat dərc edib. Nəşr yazır ki, Melanya Harutyunyan, hakim "Vətəndaş Sazişi" partiyasının Gənclər Strukturu Şurasının katibidir v
27.06.2026 178 Avropada anomal istilər: Parisdə morqlar dolub
"Fransada hökm sürən anomal istilər ölüm hallarının fəlakətli şəkildə artmasına səbəb olub. Parisdə morqlar tam dolub, krematoriyalar isə gələn həftə böyük yüklənməyə hazırlaşır". xəbər verir ki, bu barədə BFMTV telekanalına müsahibəsində "Family Obsèques" dəfn bürosunun direktor
00:31 106 İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib
İsrail Livanla qoşunların mərhələli şəkildə çıxarılmasına başlanması barədə çərçivə sazişi imzaladıqdan bir gün sonra ölkənin cənubundakı Nəbatiyə rayonuna hücum edib. "Report" "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu barədə Livanın dövlət informasiya agentliyi məluma
27.06.2026 146 Ad günü məclisində faciə: İki yeniyetmə öldü, altı nəfər xəstəxanalıq oldu
Rusiyanın Solneçnoqorsk şəhərində baş tutan yığıncaqda gənclərin mefedron qəbul etməsi nəticəsində iki nəfər həyatını itirib. -ın məlumatına görə, bu barədə TASS-a təcili yardım xidmətindən bildiriblər. "İlkin məlumata görə, mefedronla kəskin zəhərlənmə nəticəsində iki nəfər həyatını itirib, dah
27.06.2026 185 Ukrayna Rusiyanın "Transneft" obyektinə təkrar zərbə endirildiyini bildirib
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Vladimir vilayətindəki "Transneft-Verxnyaya Volqa" SC-nin "Vtorovo" neft stansiyasına pilotsuz uçuş aparatları (PUA) ilə təkrar zərbə endirildiyini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna mediası Təhlükəsizlik Xidmətindək
27.06.2026 169 Finlandiya nüvə silahı ilə bağlı qadağanı ləğv etdi
Finlandiya Prezidenti Aleksandr Stubb nüvə enerjisi haqqında qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər ölkə ərazisinə nüvə silahının gətirilməsinə və tranzitinə tətbiq olunan uzunmüddətli qadağanı ləğv edir. xəbər verir ki, bu barədə Finlandiya parlamentinin rəsmi saytında dərc olunan məlumatd
27.06.2026 128