"Delta plyus" ikiqat mutasiya olunub, daha tez yayılır - TƏBİB-dən XƏBƏRDARLIQ
Yeni mutant kimi qələmə verilən AY.4.2 ştamı əslində yeni deyil, iyulda identifikasiya olunub.
Bunu Publika.az-a TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.
Mütəxəssis xatırladıb ki, buna əvvəllər "delta plyus" ştamı deyilirdi: "Delta plyus" ştamının əsas xüsusiyyətləri olaraq buna ikiqat mutasiya demişdik. İkiqat mutasiya ondan ibarətdir ki, virus daha tez yayılır və orqanizmdə anticisimlərə qarşı müəyyən rezistentlik göstərir. Bu ştamların yayılmasına ən çox böyük Britaniyada rast gəlinib və 6 faizi identifikasiya olunub. "Delta plyus" ştamları COVID-19 virusunun mutasiya edilmiş formasıdır. Bundan sonra da yeni mutasiyalar gözləyə bilərik".
Akif Qurbanov xatırladıb ki, COVID-19 virusları mutasiyaya meyilli virusdur. Xəstəliyin sürətlə yayılması və daha çox uşaqlarda olması, həmçinin xəstəlik simptomları, ağırlıq dərəcəsi haqqında müzakirələr aparılır və bu barədə təsdiqlənmiş elmi məlumat yoxdur.
"Onu da vurğulayım ki, istər müalicə, istər profilaktika tədbirləri eynidir. Və ən əsası ekspertlərin gəldiyi qənaət budur ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya "delta plyus" ştamına qarşı effektivliyini qorumaqdadır," – deyə həkim bildirib.
Xatırladaq ki, bir sıra ölkələrdə, o cümlədən region ölkəsi olan Rusiyada COVID -19 virusunun yeni mutasiyası - AY.4.2 yayılmağa başlayıb. Onun hətta "delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir nəfərin təxminən 9 nəfəri yoluxdura bilməsi barədə məlumatlar var. Bildirilir ki, yeni mutasiya daha çox kontakta meyllidir, onun simptomları daha qısa zaman kəsiyində özünü büruzə verir.
AY.4.2-yə yoluxmuş şəxslərin xəstəliyi ağır və çox ağır keçirməsi, hətta uşaqların da yoluxması halları müşahidə olunur. Mütəxəssislər hesab edirlər ki, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasıyanın sürətləndirilməsi zəruridir. Yaşadığımız pandemiya dövründə insanların gigiyena qaydalarına riayət etməsi, sosial məsafə saxlanılması, qapalı məkanlarda maskadan istifadə olunmasi vacibdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1168 Tarix: 24 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRodriqes: Venesuela artıq beynəlxalq enerji təhlükəsizliyini təmin edir
Rəsmi Karakas tərəfindən ABŞ və digər ölkələrlə imzalanan müqavilələr həm venesuelalılar, həm də dünya iqtisadiyyatı üçün faydalıdır. "Report"un məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bunu ölkənin dövlət televiziyasının efirində bildirib. "Biz təkcə Venesuel
06.09.2026 180 Uruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi
Uruqvayda ev quşlarında quş qripi virusunun aşkar edilməsindən sonra ölkə miqyasında fövqəladə vəziyyət elan olunub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Uruqvayın Heyvandarlıq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi məlumat yayıb. Məlumatda ölkənin cənub-qərbində yerləşən Koloniy
06.09.2026 159 3 aylıq körpə anasının qucağından yıxılıb öldü
Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsind
10:26 48 Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs
10:20 64 Berlin Senatına böyük KİBERHÜCUM: Məxfi sənədlər internetə sızdırıldı
Berlin Senatının şəbəkələrini kiberhücuma məruz qoyan hakerlər darknetdə təxminən 1,4 milyon məlumatı, o cümlədən xasiyyətnamələri, tender sənədlərini və əməkdaşların şəxsi işlərini yerləşdiriblər. bu barədə RBB radiosuna istinadən xəbər verir. Daha əvvəl "Rhysida" haker qruplaşması şəhər hakimiyyətində
06.09.2026 171 Almaniya PUA və kiberhücumlara qarşı mübarizə planı hazırlayıb
Almaniyanın Daxili İşlər Nazirliyi naməlum pilotsuz uçuş aparatlarına (PUA) və kiberhücumlara qarşı mübarizə tədbirləri üzrə plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Plana əsasən, federal polisin dronlarla mübarizə üzrə mobil bölmələrinin stratej
06.09.2026 203 Ata oğlunu və gəlinini GÜLLƏLƏDİ
Türkiyədə kişi oğlunu və gəlinini güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərinin Buldan rayonunda baş verib. Ailə üzvləri arasında yaranan mübahisə böyüdükdən sonra psixi xəstəliyi olan ata 90 yaşlı Süleyman U. tüfəngə əl atıb və oğlu 65 yaşlı İsmayıl ilə gəlini Sultana atə
06.09.2026 222 Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir - VİDEO
Azərbaycanda toy mərasimlərinə marağın azalması şadlıq evlərinin fəaliyyətinə də təsir göstərir. Əvvəllər, demək olar ki, hər gün toy mərasimləri keçirilən məkanlarda indi boş günlərin sayının artdığı bildirilir. Baku TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, böyük toy mərasimləri əvəzin
06.09.2026 282 İlham Əliyev: "Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb"
Prezident İlham Əliyev Esvatininin Kralı Əlahəzrət II Msvatiniyə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Esvatini Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız
06.09.2026 179