"Anadolu"nun baş direktoru: "Azərbaycanın Qarabağdakı qələbəsi fundamental hadisədir"
"Qarabağdakı qələbə türk dünyasının son illərdəki ən böyük uğurlarından biridir".
"Report" xəbər verir ki, bunu "Anadolu" agentliyinin (AA) İdarə Heyətinin rəhbəri və baş direktoru Sərdar Karagöz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu çərçivəsində təşkil olunan "Türk dünyasının simasında gələcəyi qur" panelində çıxışında deyib.
Karagöz türk dünyasının Qarabağ mövzusunda ideoloji və praktiki baxımdan birlik nümayiş etdirdiyini qeyd edib: "Biz bəyanatlarımızda maksimum birlik nümayiş etdirməyə çalışdıq. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini əsas hesab edirəm. Bu, birlik yaratmaq üçün atılan bir addımdır və bizim üçün yeni qapılar açır".
Agentlik rəsmisi vurğulayıb ki, Qarabağdakı qələbə təkcə hərbi zəfər deyil, türk dünyasını birləşdirən möhtəşəm və əsaslı qalibiyyətdir: "İkinci Qarabağ müharibəsi 44 gün davam etdi. Lakin münaqişənin bütün dövrünü, hətta hərbi əməliyyatlar başlamazdan əvvəlki tarixləri də nəzərə alsaq, görərik ki, dünya Azərbaycanın haqsızlıqdan əziyyət çəkdiyini heç vaxt tanımayıb, başqalarının da tanımasına imkan verməyib. Azərbaycan torpaqlarının işğalı ilə bağlı Qərb və Şərq mediasında geniş məqalələr, analitiklər və bəyanatlar olmayıb. Yalnız Türkiyə və Azərbaycanda, bütövlükdə türk dünyasında torpaqların işğalı faktı israrla söylənilib".
Karagözün sözlərinə görə, uzun illər Azərbaycan guya Ermənistana təzyiq edirmiş kimi görünüb:
"Bu, münaqişənin ilk günündən zəfər gününə qədər davam etdi. Lakin siyasi gücümüz və nüfuzumuz qlobal rəqabət fonunda güclənməyə başladı. Hərbi baxımdan güclü olmaq kifayət deyil. Siyasi baxımdan iki ölkənin güclü liderləri - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev ciddi iradə nümayiş etdirdilər".
Baş direktor əlavə edib ki, erməni diasporunun əsas mərkəzi Kaliforniyadadır. İkinci mərkəz Fransada yerləşir. Bu iki mərkəz beynəlxalq mediaya müqavimət göstərməyə başladı. Amma bölgəyə gələn xarici jurnalistlər reallıqları öz gözləri ilə gördülər. Ermənistanın törətdiyi zorakılığı gördülər, işğal olunmuş torpaqlarda baş verən dağıntıları, həm dinc əhaliyə, həm də tarixi irsə qarşı törədilən cinayətləri fotoşəkillərlə çəkdilər. Nəticədə 44 gündən sonra, qələbə günündə güclü erməni lobbisinin cəhdlərinə baxmayaraq, dünya ictimaiyyətindən heç bir mənfi reaksiya olmadı. Qələbə təkcə döyüş meydanında deyil, həm də informasiya sahəsində qazanıldı".
Karagözün fikrincə, media Qarabağdakı qələbənin informasiya tərəfini həmişə nəzərə almalı və başqa nə edilə biləcəyini düşünməlidir: "İnanıram ki, Qarabağdakı zəfər sayəsində türk dünyasının əldə etdiyi uğurlar qarşıdakı dövrlərdə də yeni qələbələrin, nailiyyətlərin qapılarını açacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 541 Tarix: 24 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109