Laçın azad edilməklə dövlət sərhədlərimizin tam bərpası təmin edildi
Ötən il dekabrın 1-də xalqımız daha bir möhtəşəm qələbə günü yaşadı. Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu 28 illik işğaldan azad olundu və bütün laçınlıların uzun illərdir çəkdiyi yurd-yuva həsrətinə son qoyuldu. Bu böyük qələbəyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun rəşadəti sayəsində nail olundu.
Laçının işğaldan azad edilməsi Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb edən bir gün kimi yadda qalacaq. Çünki Laçının azad olunması ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin tam bərpası təmin edilmiş oldu, erməni işğalına son qoyuldu, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında göstərdiyi rəşadət özünün yekun nəticəsini verdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci ilnoyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan üçün strateji baxımdan əhəmiyyət kəsb edən Laçın rayonu Ağdam və Kəlbəcər rayonları kimi bir güllə də atılmadan Azəbaycana verildi.
1992-ci il mayın 18-də Laçını işğal etdikdən sonra ermənilər orada qeyri-qanuni məskunlaşma aparmşdılar, Laçında daim yaşayacaqları barədə xülyalar qurmuşdular. Nəhayət 27 sentyabrdan başlayan müharibə cəmi 44 gün ərzində Ermənistanın acı məğlubiyyəti ilə nəticələndi. Əli hər yerdən üzülən, çarəsiz və aciz durumda qalan Ermənistan acı məğlubiyyəti qəbul etmək və kapitulyasiya ilə razılaşmaq məcburiyyətində qaldı, Prezident İlham Əliyevin şərtlərini qəbul etməyə vadar oldu.
Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətin nəticəsidir. İstər ölkə daxilində aparılan siyasət, iqtisadi gücümüzün və müstəqilliyimizin təmin edilməsi, istər diplomatik müstəvidə ölkə Prezidentinin apardığı çoxşaxəli fəaliyyət və əldə edilən uğurlar bugünkü böyük qələbəmizi təmin etdi.
Köçəri Rüstəmov – Laçın sakini, şəhid ailəsinin üzvü, müharibə veteranı
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 676 Tarix: 24 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
12:32 238 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc
18:22 0 Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir
10:43 263 Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı
Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt
19:30 1 Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər
Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər
10:58 260 "Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı
Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb
19:15 0 Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
10:26 234 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 253 "Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi
Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr
10:20 194