Həlak olan polkovnik-leytenantın qardaşı: "Ən böyük arzusu..."
Xızıdakı Qaraheybət aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 hərbçidən 11-i II Şəhidlər xiyabanında, üçü isə doğulduğu bölgədə torpağa tapşırıldı.
Şəhid olan 14 hərbçidən biri polkovnik-leytenant Emil Nəzirovdur.
Əslən Lənkəran rayonunun Veravul kəndindən olan Emil Nəzirovun qardaşı Abbas Nəzirov şəhidimiz haqqında qısa olaraq Modern.az-a danışıb.
A.Nəzərov qardaşının işini nə qədər sevdiyini, ailəsinə bağlı olduğunu, övladları ilə bağlı sonsuz arzuları olduğunu dilə gətirib.
Qardaşı deyib ki, hadisə baş verən gün Emil Nəzərov evdən həmişəki qaydada çıxıb:
"Həmişəki kimi səhər saatlarında ailəsi ilə sağollaşıb evdən çıxıb işə yollanıb. Qəzanın baş verdiyini, şəhid olduğunu yayılan xəbərlərdən bildik. Təbii ki, çox ağır oldu. Ailəndən, canından olan biri barədə mətbuatdan xəbər almaq dəhşətlidir. Əlin çatmır, ünün yetmir, o an yaşanan hisləri heç kimə arzulamıram".
Onun sözlərinə görə, qardaşı həm 90-cı illərin Qarabağ, həm də Vətən müharibəsində ön sıralarda olub:
"1992-1994-cü illərdə Kəlbəcərdə, Füzulidə, Şuşada xidmət edib. 44 günlük müharibədə də əlindən gələn qədər vətənin keşiyində dayanıb. Xətai rayonu Polad Həşimov küçəsində yaşayırdılar. Həddi-büluğ yaşına çatmış üç qız övladı var".
Qardaşı Emil Nəzərovun arzularından da danışıb:
1987-ci ildə hərbi məktəbə qəbul olub, uşaqlıqdan hərbi sahəyə marağı böyük idi. Qardaşımın ən böyük arzusu şəhid olmaq olub. Özündən kiçik iş yoldaşları şəhid olanda, o qədər heyfsilənirdi ki, "biz qocalar qalmışıq, onlar şəhid olur" deyirdi həmişə. Hər ata kimi övladları ilə bağlı onun da sonsuz arzuları var idi. Çox heyf, yarımçıq qaldı".
Qeyd edək ki, helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1314 Tarix: 02 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11:48 236 Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını
18:18 0 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11:17 341 Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi
"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış
18:15 16 Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
12:41 292 Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
10:48 295 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11:14 262 Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11:59 224 Xankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:02 273