Nə keçmiş peşəsi, nə də şərəfli zabit forması çirkin əməlinə əngəl olmayan DSX mayoru... - VİDEO

Nə keçmiş peşəsi, nə də şərəfli zabit forması çirkin əməlinə əngəl olmayan DSX mayoru... - VİDEOÖtən gün bütün Azərbaycanın diqqəti Dövlət Sərhəd Xidmətinin helikopter qəzasında şəhid olan 14 hərbçisinin anım mərasiminə yönəlmişdi. Vətən uğrunda şərəfli xidmət yolu keçən hərbçilərimizin anım mərasimində hər kəsin vəzifəsi onları son mənzilə layiqincə yola salmaq, ehtiram və hörmət göstərmək idi.

Ancaq çox təəssüf ki, bu cür kədərli bir məqamda, xoşagəlməz bir hadisənin yaşanmasına əngəl olmaq mümkün olmadı. Dövlət Sərhəd Xidmətinin şəhid hərbçiləri ilə vida mərasimində şəhid hərbçilərimizlə eyni şərəfli formanı daşıyan Rövşən Cahangirovun vəzifəsinin icrası ilə məşğul olan jurnalistlərə hücum etməsi böyük qalmaqala çevrildi.

Cəmiyyəti maraqlandıran suallara cavab tapmaq istəyən həmkarlarımıza DSX-nın mayoru Rövşən Cahangirovun mane olmaq cəhdi, üstəlik bu cəhd zamanı zor tətbiq etməsi vida mərasimi zamanı ilk növbədə şəhidlərimizin müqəddəs xatirəsinə böyük hörmətsizlik oldu.

Məsələnin mənəvi tərəfini xatırlatdıqdan sonra keçək qanuni tərəfinə...

Azərbaycan Respublikasının Kütləvi informasiya vasitələri haqqında qanununda qeyd olunur ki, Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Qanunda da qeyd olunur ki, məlumat toplamaq hüququ dövlətimiz tərəfindən təminat altındadır. Yəni, jurnalistin fəaliyyətinə mane olmaq cəhdləri qanunla da qadağan edilir. Belə olan halda mayor Rövşən Cahangirovun hərəkəti qanunun kobud şəkildə pozulması anlamına gəlir.

Azərbaycanda dövlət səviyyəsində KİV-in inkişafına dəstək göstərilir, söz və mətbuat azadlığının qorunması ali hüquq kimi ilk növbədə dövlətin rəhbər şəxslərinin birbaşa nəzarətində saxlanılır.

Təkcə Azərbaycan Prezidenti İlham Əliyevin "jurnalistlər mənim dostumdur" ifadəsi belə ölkəmizdə jurnalist peşəsinə və fəaliyyətinə böyük ehtiram və dəstəyin ifadəsidir. Ümummilli lider Heydər Əliyevin jurnalistlərlə səmimi və mehriban dialoqları isə yəqin ki, hər birimizin xatirində qalmaqdadır...

Belə olan halda, Dövlət Sərhəd Xidmətinin mayor rütbəsinə gəlib çatmış zabiti Rövşən Cahangirovun xidmət başındakı "Baku TV" əməkdaşlarına qarşı etdiyi hərəkətə ad verməkdə çətinlik çəkirik. Ən sadə etik normaları, peşə etikasını ayaqlar altına alan bu hərəkət Rövşən Cahangirovun bütünlükdə ölkə ictimaiyyətinə, dövlətin ali qanunlarına və xidmət etdiyi quruma qarşı böyük hörmətsizlik və saymazlıq kimi qəbul edilməlidir.

Artıq məsələyə Azərbaycanın Mətbuat Şurası da münasibət bildirib:

"Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşayiət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır".

Təbii ki, bu cür hərəkət təəssüf doğurmaya bilməz. Azərbaycan xalqı üçün kədərli bir gündə, Vətənin 14 şəhidi ilə vida günündə üstəlik onlarla eyni şərəfli formanı daşıyan şəxsin bütün bunlara məhəl qoymadan tək qayəsi cəmiyyəti maraqlandıran suallara cavab axtarmaq olan jurnalistlərə qarşı zorakılıq etməsi sadəcə rüsvayçılıqdır. Rövşən Cahangirov bu əməli ilə şəhidlərimizin müqəddəs xatirəsinə hörmətsizlik edib, təmsil etdiyi qurumun adına layiq olmayan davranış nümayiş etdirib, ölkə qanunlarını, dövlətin təminatın altında olan məlumat toplamaq azadlığını özbaşınalıq edərək məhdudlaşdırmağa cəhd göstərib.

Görünür, DSX-nın mayoru təkcə zabit peşəsinə qarşı bu cür etinasız və layiqsiz davranış nümayiş etdirmir. Çünki media ictimaiyyətinə Rövşən Cahangirovun keçmiş fəaliyyəti də yaxşı tanışdır. O, uzun illər bu sahədə fəaliyyət göstərib, ötən gün əl qaldırmağa cürət etdiyi jurnalistlərlə çiyin-çiyinə çalışıb. Lakin nə keçmiş peşəsi, nə də hazırda üzərində daşıdığı Dövlət Sərhəd Xidmətinin zabitinin forması ona bu cür çirkin addım atmağa əngəl ola bilməyib...

Odur ki, sözügedən hadisənin bir daha təkrarlanmaması üçün tədbir görülməsi mütləqdir. Çünki məsələ təkcə "Baku TV" əməkdaşlarına zor tətbiq edilməsi deyil, sözügedən əməl təkcə jurnalistlərə hücum da deyil, ölkənin qanunlarına, dövlətin maraqlarına və cəmiyyətin prinsiplərə qəsddir. Cəmiyyətin bütün təbəqələrinə qarşı olan bu cür səriştəsiz davranış sərt şəkildə cəzalandırılmalı və gələcəkdə bu kimi halların təkrarlanmamasının qarşısı alınmalıdır.

Hər kəs bilməlidir ki, Azərbaycanda hətta dövlət başçısının belə özünə dost seçdiyi jurnalistlərə toxunmaq yolverilməzdir, onlara əl uzatmaq cəmiyyətin azadlığına qəsd anlamına gəlir və ən ağır şəkildə cəzalandırılmalıdır./Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 10260   Tarix: 02 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 236
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

18:18 0
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11:17 341
.

Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi

"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış

18:15 16
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

12:41 292
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 295
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11:14 262
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11:59 224
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:02 273
.