Bakının abad məhəllələrində "Böyük Zəfər" məhəllələrarası mini futbol yarışlarına start verildi
Azərbaycan xalqı Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Şanlı Qələbə qazanmışdır.
Böyüməkdə olan gənc nəslə bu şanlı qələbənin təbliği, doğma vətənə sevgi və məhəbbət hisslərinin aşılanması, eyni zamanda yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın birgə təşkilatçılığı ilə Bakı şəhərinin bütün rayonlarını əhatə edən 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında "Böyük Zəfər" məhəllələrarası mini futbol turnirinə start verilib. 2 mərhələdən ibarət olan futbol yarışmasında ümumilikdə 1056 gənc idmançının yer aldığı 88 komanda iştirak edəcəkdir. Olimpia sistemi üzrə keçirilən yarışda iştirakçı komandalar Şanlı Qələbəmizin şərəfinə "Zəfər", "Qələbə", "Qarabağ", "Şuşa", "Vətən", "Zəngəzur", "Dəmir yumruq" və s. bu kimi vətənpərvər ruhlu adlar daşıyırlar.
Yarışlar paytaxtın qəsəbə və yaşayış məntəqələrində əsaslı təmir olunan və sakinlərimizin sevimli isrirahət yerlərinə çevrilən 46 abad məhəllədəki hər cür şəraiti olan mini stadionlarda keçirilir. Yarışların birinci turu dekabrın 8-nə kimi paytaxt rayonlarında baş tutacaq, daha sonra isə rayon yarışlarının qalibləri Bakı şəhər mərhələsində yarışacaqlar. Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə dekabrın 20-24-ü tarixlərində final oyunları ilə yekun vurulacaqdır.
Yarışların qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Turnirin açılışı ilə bağlı tədbir və ilk oyun Nizami rayonunda Əli Vəliyev küçəsindəki abad məhəllədə təşkil edilib. Açılış mərasimində çıxış edən rəsmilər, idman mütəxəssisləri yarışlar barədə məlumat verib və yeniyetmələrə turnurdə uğurlar arzulayıblar.
İlk oyun günü Nizami rayonunun "Dəmir yumruq" və "Zəfər" komandaları qarşılaşıb və oyun 11:8 hesabı ilə "Dəmir yumruq" komandasının qələbəsi ilə başa çatıb.
Paytaxtın digər rayonlarında da turnir çərçivəsində keçirilən yarışlara start verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti








BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 910 Tarix: 02 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11:48 234 Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir
Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin
11:54 243 Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı
Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi
10.11.2026 355 Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video
Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on
17:22 106 Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb
Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn
10:37 195 Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır
Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər
10:55 213 Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər
Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər
10:58 229 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11:05 238 Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy
12:14 224