"Sus, cavab qaytarma" – Ailəni məhv edən doğru bildiyimiz yanlışlar

"Sus, cavab qaytarma" – Ailəni məhv edən doğru bildiyimiz yanlışlar"Evlilikdə kəramət var", Evlənən zaman düzələcək"... Məhz buradan başladı mübahisələr, göz yaşları, həsrət, boşanmalar, ölümlər...

Bu günə qədər çox mübahisələr, ayrılıqlar, "üzdən nümunəvi görünən" əslində isə daxildə xoşbəxt ailə qavramı qalmayan insanlar, boşanmalar oldu, bundan sonra da təəssüf ki, olacaq. Hər şeyə dözüb, "Əsl ailə tərbiyəsi" görən qız rolunu oynayan, əslində isə içi qan ağlayan gənclər az deyil cəmiyyətimizdə. Səbəblər fərqli olsa da nəticələr eynidir. Gözü yaşlılar, kaşlar, heyiflər... Ailə tərbiyəsini çox yanlış anlayır bəzilərimiz. Qeyrət, şərəf, ağıl, namusun, hər növ təhqiredici, alçaldıcı, göz yaşı yaradacaq davranışların, ifadələrin olduğunu bəziləri qızlarına, oğullarına illərlə "tərbiyə" adı altında qanlarına yeritdi və ən acınaqlısı budur ki. davam da edir.. "Keçmişdə nə zülmlər, çətinliklər olub, indikilər..." deyə-deyə xoşbəxtliyin deyil, əsəbin, stresin təməl daşını atdılar.

Övladının göz yaşını görə-görə qarışmayıb, "döz, sus, aman cavab vermə" deyənlər... Övladının xoşbəxt olmadığını görüb övladını tərk etməyib, qoruyan və səbəbini araşdıraraq düzgün yol tapmağa çalışanlar... Hər şey yolunda getdiyi halda "artıq tamah baş yarar" misalına arxalanaraq, mübahisə yaradıb ayrılıq yaşadanlar...
Məhz bu qədər fərqli düşüncəli ailələr bir araya gələndə başlayır tufanlar, fırtınalar...

Psixoloqlara görə, bəzi ailələrdə kişi öz ailəsindən görmədiyi davranışı, eqonu yoldaşını əzərək, öz "ucalığ"ını,
hökmranlığını elan edərək yaşamağı normal bilir. Buradan da qarşı tərəfi əzmək, əmrlər, oxunan hökmlər yaranır. Nəticəsini isə uşaqlar çəkir. Təəssüf ki, gördüklərini düz bilərək ailələrinin güzgüsü kimi onlar da bunu gələcəkdə davam etdirir.

Bəs düzgün tərbiyə əslində necə olmalıdır? Ailədə qadına münasibət necə qurulmalıdır?

Psixoloq Zeynəb Eyyubovanın sözlərinə görə, hər bir kəsin özünəməxsus qırmızı xətti olmalıdır:

"Bunun fərqi yoxdur. Adı qızdır, gəlindir, oğuldur, yeznədir və s. Bunun üçün əvvəla qızlarımıza özünə hörmət etməyi və qırmızı xətlərinin olmasını aşılamaq lazımdır. Heç kəsin haqqı hüququ yoxdur ki, hansısa bir şəxsi təhqir etsin və ya haqqına girsin və ya problem yaşatsınlar. Qızlar uzun illərdir tanımadığı ailəyə gəlin köçürlər.

Nəzərə almaq lazımdır ki bu səbəbdən ailəyə öyrəşmək ilk bir ildə çox çətin olur. Çünki artıq sənin anan, atan, sənin qoyduğun tərz orda yoxdur.

Öyrəşmək müddətində öz hüquqlarını, haqqlarını mülayim tərzdə qorumalıdır. Əgər haqsız yerə təhqir olunarsa, əzilərsə bu həm dünyəvi dövlət olaraq hüquqlara ziddir, həm də dini –mənəvi istiqamətdən də baxsaq insan öz haqqını qorumalıdır. İnsanın canı ona verilmiş əmanətdir. Əmanətinə xəyanət edən şəxs hər kəsə xəyanət edər. Yəni həqiqətən görürsünüzsə ki, bu cana ziyan gəlir, o zaman bu məsələni ailə böyükləri ilə danışıb birmənalı olaraq həll etmək lazımdır".

Psixoloq deyir ki, hamının alt şüurunda bu var ki, qaynana ilə gəlin münasibətləri kəskin və pis formada olur. Buna aid deyimlər, hətta film də var:

"Ailədə qaynana gəlin münasibətləri vacibdir. Tövsiyə edərdim ki, gəlinlər qaynana ilə rəqabət etməsinlər, ola bilər o yoldaşınızı sizin arzu etdiyiniz tərzdə sevmir, amma heç kim valideynini seçə bilmədiyi kimi o da yoldaşınızın valideynidir.

Qaynanalar isə gəlinlərə qızları kimi yanaşsalar, problem yaşanmaz. Hansısa problem olduğu zaman gəlin etdi kimi deyil də qızım etdi kimi yanaşılsa, səhvlərinə də qızınız kimi baxsanız yaxşı olar. Onların ailəsində problem olduğu zaman sizə bu nə qazandırır ki? Bəlkə sizə də yaxşı həyat yaşatmayıblar, qaynananız yaxşı olmayıb,sizi incidib, amma artıq evinizdə ailə var, onun da övladları var. Haqqınız yoxdur ki, övladlarının yanında onu alçaldasınız. Gəlinin səhvi ola bilər, haqlı olmaya bilər. Amma hər haqqı olmayan əzilməlidirmi, düzü sərt formada demək mütləqdirmi? Ailə daxili münasibətlərdə dağıdıcı deyil, yaradıcı olmaq lazımdır. Stəkanın dolu tərəfindən baxın. Həqiqi sevmək o bunu niyə etdi demək deyil, etdisə bir bildiyi vardır deməkdir".

Sevgi nədir?

"Sevgi əməkdir, əməyə verilən dəyərdi, gəlini qul etmək niyyəti deyil və ya həyat yoldaşını pul kisəsi kimi görmək deyil. İki nəfərin bir canda birləşməsidir ailə, sevgi. Bu sevgini ürəkdə yaşaya bilməyənlər isə evlənməməlidir. Əks halda sonu uçurumdur"-deyə Eyyubova qeyd edib./Medicina.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2463   Tarix: 02 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 234
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11:54 243
.

Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı

Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi

10.11.2026 355
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

17:22 106
.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn

10:37 195
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 213
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 229
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11:05 238
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

12:14 224
.