Mərhum jurnalistin xanımı: "Kaş Elnurun son halını görməyəydim" - FOTO

Mərhum jurnalistin xanımı: "Kaş Elnurun son halını görməyəydim" - FOTOElnur Əşrəfoğlu - bu ilin oktyabrında koronavirusun sevdiklərindən ayırdığı peşəkar jurnalist...

Bütün arzuları övladları ilə bağlı idi. Zöhrənin, Mətinin universitetə daxil olmasını arzulayırdı. "Qocalanda nəvələrimizi saxlayarıq, uşaqlar da özləri üçün yaşayarlar", - deyirmiş çox sevdiyi həyat yoldaşı İlahə xanıma. Nəvələrinə necə baxacağının xəyalını qururmuş…

Mərhum jurnalistin həyat yoldaşı İlahə Şükürova Modern.az-ın əməkdaşına Elnurlu xatirələrindən, onunla birlikdə xəyalını qurduğu bitib-tükənməyən arzularından danışıb.

Çətin də olsa, İlahə xanım o günləri xatırlayır. Deyir, heç bilmir Elnur virusa harada yoluxdu, necə oldu:

"Özünü həddindən artıq qoruyurdu. Maşına oturanda sükanı, oturacağı, hətta qapının hər yerini, tutacaqları dezinfeksiya edirdi. Hər yerə maska ilə gedirdi. Amma avqust ayından başlayaraq səhlənkar yanaşdı, demək olar ki, maska taxmırdı. Özünü əvvəlki kimi gözləmirdi".

Səyahət etməyi xoşlayan Elnur Əşrəfoğlunun son səfəri Yaponiyaya olub. Və elə hər şey bu səfərdən sonra başlayıb:

"Yaponiyaya Olimpiadaya getmişdi. İqlim dəyişikliyi olanda immunitet aşağı düşür. Qayıdanda immuniteti aşağı düşmüşdü və virusa yoluxdu. Böyrəyinin biri də yox idi. Çox ağır gün idi, çox... Xəstələnməzdən iki gün öncə halsız, narahat olduğunu dedi. İki gündən sonra hərarəti qalxdı. İlk gündən xəstəliyi çətin keçirdi. Hərarəti yüksək oldu. Altı gün evdə müalicə aldı. Baxmayaraq ki, ilk gündən müalicələrə başlanıldı, amma ciyərlərində 60 faiz buzlaşma yarandı.

Test verdik pozitiv çıxdı. Amma mən testdən qabaq hiss etmişdim ki, koronavirusa yoluxub.

Ən yaxşı Həkimlər Elnuru həyata qaytarmaq üçün çalışdılar. Saturasiyası düşəndə təcili xəstəxanaya yerləşdirdik. Gündən-günə vəziyyəti pisləşdi. 50 gün koronavirusla mübarizə apardı Elnur. Çox mübariz adam idi, amma bu dəfə alınmadı".

İlahə xanım Elnur reanimasiyada olanda cəmi bir dəfə həyat yoldaşını görə bilib. Amma indi ona da peşmandır...

"Sözün açığı hələ də peşmanam. Elnuru heç vaxt o cür görmək istəməzdim. Kaş ki, yaddaşımda necə qalmışdısa, evdən xəstəxanaya necə yola salmışdımsa, o cür də qalardı. Məndən əlavə, qardaşı da 3 dəfə yanına gedib onu gördü.

Yanında olanda çağırdım, gözlərini açdı. Həkim soruşdu ki, tanıdın? Gözlərini "hə" mənasında yumub-açdı. Özümü cəmləşdirib, 1-2 kəlmə ancaq nəsə deyə bildim.

Mənə ən çox təsir edən o oldu ki, heç bir son söz deyə bilmədi. Ağlının ucundan belə keçirmirdi ki, xəstəxanaya gedəndən sonra aqibəti bu cür olacaq".

İlahə Şükürova özü həkim olduğundan vəziyyətin heç də yaxşı olmadığını anlayırmış. Amma ümidini üzmürmüş:

"Reanimasiyaya götürüləndən sonra vəziyyətində dəyişiklik olmadı. Əksinə, günü-gündən ağırlaşırdı. Həkim olduğumdan hər şeyi aydın görə bilirdim. Amma son dəqiqəyə kimi ümidim var idi. Allahın bir möcüzə edəcəyini gözləyirdim. Elnuru balalarına, mənə, yaşlı ata-anasına, özünün yarım qalan arzularına bağışlaması üçün Allaha dua edirdim. Təəssüf ki, olmadı... Səsimiz, dualarımız bu dəfə Allaha çatmadı...".

Çətin günlər İlahə xanımı Elnur vəfat edəndən sonra da izləyib. İtirməyə qorxduğu, virusdan qorumağa çalışdığı atası, anası, bacısı da koronavirusa yoluxubmuş:

"Şükür ki, onlar problemsiz sağaldılar. Elnur həmişə atasına görə çox narahat olurdu. Əşrəf dayı ağır şəkər xəstəsidir və yüksək təzyiqdən əziyyət çəkir. Koronavirus başlayandan həmişə anasına tapşırırdı ki, atanı gözlə, qoyma çölə çıxsın, harasa getsin... Atasına görə həmişə narahat olurdu".

Övladlarından danışan İlahə xanım qızının tamam başqa bir istiqamət seçdiyini, oğlu Mətinin isə israrla atasının yolunu davam etdirəcəyini deyir.

Çətin günündə ailənin yanında olan dostları da unutmur İlahə xanım:

"Elnurun nə yaman çox dostu var imiş, hamısı sağ olsunlar. Dostları, həmkarlarının hamısına "çox sağ olun", - deyirəm. Həm xəstə olanda onunla maraqlandılar, həm də yas mərasimlərində iştirak etdilər. Onunla bağlı xatirələrini paylaşdılar, süjetlər hazırladılar. Hər birinə təşəkkür edirəm. Elnurdan sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Sadıq Sadıqov əlaqə saxladı, maraqlandı, gəldi. Bu çətin günlərimizdə mənim yanımda olan ailəmə minnətdarlığımı bildirirəm. Mənim ailəm, Elnurun ailəsi - biz hamımız birik. Hamısı mənim övladlarımın arxasındadılar".

Mərhum jurnalistin xanımı: "Kaş Elnurun son halını görməyəydim" - FOTOMərhum jurnalistin xanımı: "Kaş Elnurun son halını görməyəydim" - FOTOMərhum jurnalistin xanımı: "Kaş Elnurun son halını görməyəydim" - FOTOMərhum jurnalistin xanımı: "Kaş Elnurun son halını görməyəydim" - FOTOMərhum jurnalistin xanımı: "Kaş Elnurun son halını görməyəydim" - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1782   Tarix: 04 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 378
.

Prezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirməsi dərin siyasi və rəmzi məna daşıyır. Vaxtilə silahlı separatçı idarəetmənin mərkəzi olmuş şəhərdən xalqa müraciət edilməsi Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətini

10:32 207
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 250
.

Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir

8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ

10:24 191
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

14:30 203
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

17:22 95
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 229
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

10:43 258
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 230
.