Azərbaycanda 15 yaşlı qız onunla intim əlaqədə olan şəxsin həbs edilməməsini istədi: "Ailə quracam"

Azərbaycanda 15 yaşlı qız onunla intim əlaqədə olan şəxsin həbs edilməməsini istədi: "Ailə quracam"Azərbaycanda dövlət qurumunun əməkdaşı məhkəmə tərəfindən 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi üzrə təqsirli bilinib.

BiG.AZ oxu.az-a istinadən məhkəmə istintaqının materiallarına əsasən, həmin hadisənin motivlərini təqdim edir.

Təqsirləndirilən şəxs 2002-ci il təvəllüdlü Aydın.Z (dövlət qurumunda çalışır) və zərərçəkən 2005-ci il təvəllüdlü Bəsti.T (adlar şərtidir) 03 iyul 2018-ci ildə Bakı şəhərində tanış olublar. Tərəflər arasında dostluq zəminində davam edən münasibət sonradan sevgiyə çevrilib. Aydın və Bəsti iki ilə yaxın müddətdə bir-biriləri ilə əlaqə saxlayıb, görüşsələr də, bu müddət ərzində aralarında heç nə olmayıb.

Lakin 28 iyul 2020-ci il tarixində onlar Aydının dostunun evində görüşüblər. Bu zaman qeyri-təbii yolla cinsi əlaqədə olublar. Bundan sonra onlar arasında görüşlər davam edib. Sonuncu görüş isə 6 yanvar 2021-ci il tarixinə təsadüf edib. Bütün bu görüşlər zamanı isə ünvan dəyişilməz olaraq qalıb.

Məhkəməyə ifadəsində Aydın görüş təklifinin Bəsti tərəfindən verildiyini bildirib.

Lakin işlə bağlı daha çox maraq oyadan məqamlar məhz zərərçəkmiş Bəstinin ifadəsi zamanı ortaya çıxıb.

Bəsti ifadəsində bildirib ki, Aydınla əlaqə saxlayan zaman o onunla cinsi əlaqədə olmaq və seksual xarakterli hərəkətlər etmək fikrində olmasını bir neçə dəfə bildirib bunu ona təklif etsə də, həmişə onun təklifini rədd edib. 27 iyul 2020-ci il tarixdə Aydınla mobil telefonla danışan zaman ona kiminsə evində görüşmələrini təklif edəndə, o, əvvəlcə təklifi qəbul etməyib. Lakin Aydının təkidindən sonra təklifi qəbul edib və növbəti gün onunla görüşməsinə razılıq verib.

Bundan sonra, ayrı-ayrı vaxtlarda həmin evdə Aydınla təxminən 10-15 dəfə görüşmüş və hər ikisinin razılığı ilə qeyri-təbii yolla, cinsi əlaqədə olublar. Üstəlik Bəsti bildirib ki, Aydınla tanış olduqları müddət ərzində öz təşəbbüsü ilə köməklik etmək məqsədilə ayrı-ayrı vaxtlarda ona ümumilikdə 1000 manata yaxın pul vermişdir.

Aydın və Bəstinin münasibətləri barədə fikirlərində demək olar ki, təzadlar müəyyən edilməyib. Ancaq Bəstinin ifadəsində daha sonra yeni simalar peyda olub.

Belə ki, Bəsti 2019-cu ilin yayında Mahir (ad şərtidir) adlı şəxslə tanış olub. Anası və yaxın qohumları ilə birlikdə istirahət mərkəzlərinin birində olarkən tanış olduğu Mahir həmin məkanda musiqiçi kimi fəaliyyət göstərib. Mahirlə danışan zaman sonuncu onunla görüşmək istədiyini bildirsə də, Bəsti təklifdən imtina edib. 2019-cu ilin noyabrında isə növbəti görüş təklifini təkidlərdən sonra qəbul edərək saat 17:00 radələrində Mahirin musiqi dərsi keçdiyi ərazi yaxınlığında görüşüblər.

Aradan təxminən 2 həftə keçdikdən sonra yenidən eyni ərazidə Mahirlə görüşən Bəsti onun cinsi əlaqədə olmaq təklifini qəbul etməyib və ərazini tərk edib. Lakin 2020-ci ilin martında Bəsti Mahirin təklifini qəbul edərək onunla "20 yanvar" metro stansiyasının yaxınlığında görüşüb.

Bu zaman Mahir Bəstini geyimini dəyişmək üçün yaxınlıqda kirayə yaşadığı mənzilə dəvət edib. Bəsti Mahirlə birlikdə evə daxil olarkən orada Mahirin dostu ilə qarşılaşıb. Sonuncu çayını bitirdikdən sonra evi tərk edib. Bundan sonra Mahir və Bəsti həmin evdə qeyri-təbii yolla cinsi əlaqədə olublar.

İş üzrə məhkəmə iclasında zərərçəkmiş kimi iştirak edən Bəsti sonradan Mahirlə münasibətlərinin sadəcə telefon əlaqəsi ilə məhdudlaşdığını söyləyib. Bu zaman Mahir ondan ehtiyacı olduğunu bildirərək 100 manat pul istəyib. Lakin Bəsti həmin vəsaiti verə bilməyəcəyini qeyd edərək, Mahirə 50 manat pul göndərib. Mahir bir neçə gün sonra yenidən Bəstidən kirayə pulunu ödəyə bilmədiyini söyləyərək pul istəsə də, qız bundan imtina edib. Lakin təkid edən Mahir Bəstidən atasından pul alaraq ona verməsini istəyib, bunun mümkün olmadığını bildirən Bəsti Mahiri telefonunun qara siyahısına salıb və bununla da münasibətlərinə son qoyulub.

Bəstinin məhkəməyə danışdığı münasibətləri isə təkcə bununla məhdudlaşmır. 15 yaşlı qız ifadəsində bildirib ki, 14 fevral 2021-ci ildə başqa bir şəxslə də tanış olub:

Bakıdakı restoranların birində anası, azyaşlı bacısı, qonşuları Səidə və onun azyaşlı oğlu ilə birlikdə yemək sifariş ediblər. Bu zaman yan masada əyləşən Məcid və Rüstəm (adlar şərtidir) adlı şəxslərlə sonradan tanış olub.
Sözügedən tarixdə restoranda olarkən Bəstinin anası Leyla Rüstəm adlı şəxsin onu diqqətlə nəzərdən keçirdiyini deyib.

Restoranı tərk edən zaman sonradan adının Mehman (adlar şərtidir) olduğunu öyrəndiyi şəxs anasına yaxınlaşaraq ondan mobil telefon nömrəsini istəyəndə, anası mobil telefon nömrəsini həmin şəxsə vermiş və oradan çıxaraq yaşadıqları evə gediblər. Yolla gedən zaman anasının nə səbəbdən mobil telefon nömrəsini verməsini soruşanda, anası həmin şəxslə əlaqə saxlayıb danışacağını söyləyir.

Bu zaman qonşuları olan Səidə ondan yan masada oturanlardan birini (Rüstəm) işarə edərək onu necə tapa biləcəyini maraqlanıb. Bu işdə Bəsti Səidəyə sosial şəbəkə hesablarını axtarmaqda yardım edib və uğurlu alınsa da, sonda Səidə Mehmana tanışlıq üçün yazmaq fikrindən daşınıb. Lakin Rüstəmi tapmaq üçün Məcidin sosial şəbəkə hesabına yönələn Bəsti sonda onunla tanış olub.

Daha sonra hadisənin baş verdiyi restoranda növbəti dəfə əyləşən zaman Məcid və Rüstəm də həmin məkana gəliblər. Bu zaman Məcid onlara yaxınlaşıb birlikdə əyləşməyi təklif etsə Bəstinin anası Leyla bundan imtina edib.

Restorandan çıxanda isə Məcid yenidən onlara yaxınlaşıb və Elvinin adlı şəxsin avtomobili onları evə aparmağı təklif edib. Bu təklifdən xanımlar imtina etməyib. Ünvana çatdıqda isə Elvin adlı şəxs Bəstinin anası Leylanın nömrəsini alıb.

9 mart 2021-ci ildə yenidən eyni restoranda tərəflər yenidən eyni məkanda olublar. Bu zaman Elvinin təklifi ilə Bəsti, anası Leyla, qonşuları Səidə və Məcid bir yerdə kabinetlərdən birində yemək yeməyə razılaşıblar. Daha sonra Səidənin istəyi ilə Rüstəm də həmin məkana dəvət olunub.

Məhkəməyə ifadəsində Bəsti anası Leylanın həm Elvin, həm də Mehmanla görüşdüyünü sonradan öyrəndiyini, lakin aralarında konkret hansı münasibətin olmasını bilmədiyini söyləyib. O, eyni zamanda anasının Rüstəmlə də bir dəfə görüşdüyünü bildiyini vurğulayıb.

2021-ci ilin martın 25-26-da anası ilə arasında narazılıq yaranan Bəsti evi tərk edib. Vəziyyəti Məcidə danışdıqdan sonra onunla görüşməyə qərar veriblər. "Gənclik" metro stansiyası yaxınlığında görüşdükdən sonra Məcidin avtomobilinə əyləşib Nərimanov rayonunda yerləşən otellərdən birinə gediblər. Oteldə Məcidlə Bəsti qeyri-təbii yolla cinsi əlaqədə olublar.

Bu hadisənin üzərindən bir həftə keçdikdən sonra aprelin 2-də axşam saatlarında Məcid Bəstiyə zəng vurub. O, Bəstinin anasının rəfiqəsi Səidə və dostu Rüstəmlə birlikdə rayonlardan birinə getmək istədiklərini söyləyib. Bəsti imtina etmək istədikdə isə Məcid bu halda Səidənin də getmək istəmədiyini bildirib. Səidənin zəngindən sonra razı salınan Bəsti digər üç nəfərlə birgə istirahətə yollanıb. Qalacaqları otelə çatdıqdan sonra Məcid iki otaq sifariş edib. Əvvəlcə Səidə ilə birgə qalacağı deyilsə də, sonradan bəlli olub ki, Məcidlə Bəsti bir, Səidə və Rüstəm isə digər otaqda gecələyəcək.

Otel otağında Məcid Bəstiyə ilə yaxınlığa cəhd göstərsə də, qızın imtinasından sonra yatmağa qərar verib. Səhər oyananda isə gəncin bu istəyi daha da artıb. Məcidin əl çəkməyib onun əl-qolunu tutmasından sonra məcbur olub onunla razılaşaraq qeyri-təbii yolla onunla cinsi əlaqədə olub.

İfadəsi zamanı Bəstinin anası qızının sözügedən şəxslərlə yaşadığı hadisələrdən əvvəlcə xəbərsiz olduğunu, münasibətin sadəcə dostluq xarakteri daşıdığını düşündüyünü bildirib.

Leyla və Bəstinin ifadələrinin sonluğu isə mahiyyətcə eyni olub. Məhkəmədə çıxışı həm Bəsti, həm də Leyla Aydından şikayətçi olmaqdıqlarını bildiriblər. Elə təqsirləndirilən şəxs Aydın.Z-da son olaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə ailə quracağını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Sonda Aydın.Z barəsində məhkəmə hökmü oxunub.

Məhkəmə Cinayət Məcəlləsinin 152.1-ci - 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi təqsirli bilərək ona ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Məhkəmə qərarında qeyd olunub ki, təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2923   Tarix: 04 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 378
.

Prezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirməsi dərin siyasi və rəmzi məna daşıyır. Vaxtilə silahlı separatçı idarəetmənin mərkəzi olmuş şəhərdən xalqa müraciət edilməsi Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətini

10:32 207
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 250
.

Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir

8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ

10:24 191
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

14:30 203
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

17:22 95
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 229
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

10:43 258
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 230
.