Ərəb ölkələrinin KİV-lərində Mehriban Əliyeva haqqında məqalə gündəm olub - FOTO
Şərqşünas Həşim Məmmədovun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqaləsi ərəb ölkələrinin KİV-lərində gündəm olub.
Belə ki, Həşim Məmmədovun "Mehriban Əliyeva: Avrasiyanın nadir şəxsiyyəti" adlı məqaləsi Misir (elalmelarby.com, alqraralaraby.com, aldiplomasy.com, almsaey.akhbarelyom.com), İordaniya (alanbatnews.net, nayrouz.com, shaabnews.co), Mərakeş (alqalamlhor.com) və Əlcəzair (dzayerinfo.com) saytlarında dərc olunub.
Müəllif yazıda qeyd edib ki, Mehriban Əliyeva azərbaycanlılar üçün fenomenal şəxsiyyətdir:
"İstər Birinci vitse-prezident kimi fəaliyyətində, istər həyata keçirdiyi sosial layihələrdə, istər təşkilatçılıqda Mehriban Əliyeva həmişə uğurlu olur. Onun bu uğurunun sirri isə bütün fəaliyyətində insan faktorunun ön planda olmasıdır.
Mehriban Əliyeva uğurlu diplomatdır, vətəndaşların daim yanında olan şəxsdir, mədəniyyətin qoruyucusu, təbliğatçısıdır, vətəninin dünyada tanıdılması üçün nəhəng layihələrin təşəbbüskarı və müəllifidir. Mehriban Əliyevanı fenomenal edən xüsusiyyətləri saysız-hesabsızdır.
Lakin onun fəaliyyəti təkcə Azərbaycanın sərhədləri ilə məhdudlaşmır, əksinə, bir çox hallarda Azərbaycanı məhz Mehriban Əliyevanın gördüyü işlərlə dünyada tanıyırlar".
Məqalədə bildirilir ki, Mehriban Əliyeva fəaliyyəti boyunca həmişə öz sadəliyi, eləcə də dəqiq və səlisliyi ilə seçilib:
"İnam həyatın bütün sahələrində əsas amildir, siyasətdə isə onsuz nəyəsə nail olmaq çətindir. Lakin hər bir siyasətçi bunu qazanmalı, öz əməli ilə əldə etməlidir. Mehriban Əliyeva bu inamı Azərbaycan naminə, Azərbaycan insanının yaxşı yaşaması və xoşbəxt gələcəyə sahib olması naminə Prezident İlham Əliyevlə çiyin-çiyinə addımlayarkən qazanıb.
Mehriban Əliyevanın fəaliyyətinə, gördüyü işlərin kiçik bir qisminə nəzər saldıqda hər şey əyani şəkildə ortaya çıxır".
Yazıda Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan tarixinin, mədəniyyətinin qorunmasını, xaricdə təbliğ edilməsi, həmçinin ölkənin müxtəlif sferalarında həyata keçirdiyi layihələr haqqında məlumat verilib.(oxu.az)

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1240 Tarix: 05 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10.11.2026 378 Prezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirməsi dərin siyasi və rəmzi məna daşıyır. Vaxtilə silahlı separatçı idarəetmənin mərkəzi olmuş şəhərdən xalqa müraciət edilməsi Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətini
10:32 207 PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?
Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl
00:58 250 Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir
8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ
10:24 191 Sabah 16° isti olacaq
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ
14:30 203 Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video
Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on
17:22 95 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11:29 229 Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir
10:43 258 Prezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
12:32 230