Bina evində yaşayanlar üçün VACİB XƏBƏR - Bu şəxslərə pul verməyin - VİDEO

Bina evində yaşayanlar üçün VACİB XƏBƏR - Bu şəxslərə pul verməyin - VİDEOBakıda sovet dövründən qalmış çoxmənzilli yaşayış binalarının bir qismini hələ də Mənzil Kommunal İstismar Sahələri idarə edirlər. Müəyyən xidmətlər müqabilində onlara ödəniş edilir. Millət vəkilləri və ekspertlər bildirirlər ki, Mənzil İstismar Sahələrinin ödəniş toplamaq hüququ yoxdur. Bir neçə il bundan əvvəl müvafiq qanunvericiliyə edilmiş dəyişikliklə bu səlahiyyət ləğv edilib. Bəs görəsən hazırda fəaliyyət göstərən Mənzil İstismar Sahələri bu məsələni necə şərh edirlər?

BAKU.WS xəbər verir ki, sovet dövründə tikilib istifadəyə verilmiş çoxmənzilli binaların bir hissəsi hələ də Mənzil Kommunal İstismar Sahələrinin balansındadır. Vətəndaşlar binaların həyətlərinin təmizlənməsinə görə bu qurumlara ödəniş etdiklərini deyirlər.

Millət vəkili Nurlan Həsənov deyir ki, sakinlər Mənzil İstismar Sahələrinə ödəniş etmələri qanuni deyil. Onun sözlərinə görə bir neçə il bundan əvvəl qanunvericiliyə edilmiş dəyişiklikdən sonra onların bu səlahiyyəti aradan qaldırılıb.

Ekspertlər bildirirlər ki, ''dövlət və ictimai mənzil fondun özəlləşdirilməsi haqqında'' qanunda edilən dəyişikliyə əsasən mənzil istismar sahələri yalnız sahə mükiyyətçilərinin bununla bağlı qərarı əsasında idarəetməni həyata keçirə bilərlər. Yaşayış sahəsinin saxlanması üçün hansısa vəsaitin ödənilməsi idarəetməni həyata keçirən qurumla müvafiq xidmət müqaviləsində öz əksini tapmalıdır. Əgər müqavilə yoxdursa, vəsaitin toplanması qanunsuzdur.

Məsələyə münasibət bildirən Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov deyir ki, Mənzil İstismar Sahələrinin başlıca vəzifəsi sovet dönəmindən qalan binaların idarə olunmasıdır. Bildirib ki, bina sakinləri Müştərək Cəmiyyət yaratmadıqları üçün hazırda bu proses Mənzil İstismar Sahələri tərəfindən həyata keçirilir.

Elçin Həşimov qeyd edib ki, vətəndaşlar müştərək cəmiyyət yaratsalar, onda Mənzil İstismar Sahələri fəaliyyətini dayandıracaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4855   Tarix: 09 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ötən gün borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 149 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

16:50 136
.

ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü

ABŞ-ın Florida ştatının Hillsboro dairəsində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub. Aidiyyəti qurumlar qəzanın səbəblərini müəyyənləşdirmək üçün təhqiqata başlayıblar

04.09.2026 236
.

Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır

Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib. O, həmçinin qonşu ölkələrl

18:30 78
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

14:46 243
.

Ən populyar dərmanı üstələyən yeni xərçəng preparatı hazırlandı

"Akeso" və "Summit Therapeutics" biotexnologiya şirkətləri onların hazırladığı yeni ivonesimab preparatının qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzatdığını açıqlayıb. xəbər verir ki, klinik sınaqların üçüncü mərhələsində preparat təxminə

04.09.2026 253
.

Tanınmış kinooperator vəfat etdi

Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb. O, 79 yaşında dünyasını dəyişib. Qeyd edək ki, uzun illər quruluşçu operator kimi fəaliyyət göstəriən Amin Novruzov müxtəli

14:11 161
.

İsrail HƏMAS-ın daha bir komandirini məhv etdi

İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Mahmud Mirşad əl-Qadini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ordusunun Sufa postuna hücuma rəhbərlik edib

04.09.2026 265
.

Xark adasında partlayışlar baş verib

Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın Körfəzdəki əsas neft terminalı olan Xarq adası yaxınlığında partlayış səsləri eşidilir, lakin onların mənşəyi məlum deyil. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Fars xəbər agentliyi müxbirinin partlayış səslərini eşitdiyini

11:28 294
.

Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?

Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye

04.09.2026 238
.