Rusiyada işləməyə gedən 101 nəfərə saxta COVID pasportu veriblər
Vətəndaşlara saxta "COVID-19" vaksin sertifikatı təqdim edən şəxslər barəsində olan cinayət işi məhkəməyə göndərilib.
BiG.AZ xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, saxta "COVID-19" testinin neqativ nəticələrini özündə əks etdirən arayışların verilməsi ilə məşğul olan bir qrup şəxslərin qanunazidd əməlləri ifşa edilib.
Belə ki, 101 nəfər şəxsin tikinti prosesinə cəlb edilməsi məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmələri üçün saxta "COVID-19" testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar ilə 18 may 2021-ci il tarixdə Gəncə Beynəlxalq Hava Limanından həmin istiqamətə uçmaq istədikləri zaman yoxlanışdan keçərkən test nəticələrinin saxta olması faktına görə araşdırılmış cinayət işinin istintaqı tamamlanıb.
Müəyyən edilib ki, Seymur Mürsəlov müəyyən məbləğdə pul vəsaitini təqdim etməklə "ƏSR TRAVEL" MMC-nin direktoru Əsgər Bayramov və "ARKAN GROUP" MMC-nin direktoru Tünzalə Əliyevanı 101 nəfər şəxsin adına saxta "COVID-19" testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar hazırlamağa və bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Seymur Mürsəlovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rəsmi sənədləri saxtalaşdırmaya təhrik etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, Cinayət Məcəlləsinin 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 320.1 (rəsmi sənədləri saxtalaşdırmaya təhrik etmə) və 32.4, 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1198 Tarix: 09 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada anomal istilər 13 nəfərin həyatına son qoydu
Fransada müşahidə olunan güclü istilər ciddi fəsadlara yol açıb. Ölkədə havaların kəskin isti keçməsi fonunda son günlər 13 nəfər suda boğularaq həyatını itirib. Həlak olanlar arasında iki yeniyetmənin də olduğu bildirilir. Məlumata görə, yüksək temperatur səbəbindən insanlar sərinləmək üçün daha ço
22.06.2026 166 Azərbaycanda direktor müəllimlərin kartlarını mənimsədi: 71 min manatlıq yeyinti
Xocavənd rayon Əmirallar kənd tam orta məktəbinin direktoru Mərkəz Hüseynovun büdcədən müəllimlərə ayrılmış külli miqdarda vəsaiti ələ keçirdiyi məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıtda məskunlaşmış məktəb direktorunun 2023-cü ilədək ümumilikdə 71 301 manat vəsaiti mənimsədiy
22.06.2026 193 Əli Xameneinin anım mərasimləri İranla yanaşı İraqda da təşkil ediləcək
İranın ali lideri Əli Xameneinin vəfatından sonra keçiriləcək anım və vida tədbirlərinin coğrafiyası genişləndirilir. Məlumata görə, mərasimlər yalnız İran şəhərlərində deyil, İraqın dini mərkəzləri hesab olunan Kərbəla və Nəcəfdə də baş tutacaq. BİG.AZ Bild-ə istinadən xəbər verir ki, dəfn mərasimini
22.06.2026 182 Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr
Yeni Android smartfonu ilk dəfə işə salarkən əksər istifadəçilər Wi-Fi şəbəkəsinə qoşulur, hesablarını əlavə edir və sistem yeniləmələrini quraşdırır. Lakin mütəxəssislər bildirirlər ki, bununla iş bitmir. xarici mediaya istinadla xəbər verir ki, ekspertlər telefonun daha rahat, sürətli və təhlükəsi
22.06.2026 158 Aİ Böyük Britaniya ilə sammitin taleyini müzakirə edir
Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefa qərarı Londonla Brüssel arasında planlaşdırılan yüksək səviyyəli görüşlərin gələcəyi ilə bağlı suallar yaradıb. Avropa İttifaqı iyulun 22-nə nəzərdə tutulan Aİ-Böyük Britaniya sammitinin keçirilməsinin məqsədəuyğun olub-olmadığını qiymətləndirir. BİG.A
22.06.2026 157 Bakıda əsən külək nə zaman səngiyəcək?
Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləyin sürəti gecəyə doğru zəifləyəcək. AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib
22.06.2026 180 Auditorlar Palatasının İŞİ: 5 aylıq hamilə olduğu üçün hakimdən xahiş etdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, təqsirləndirilə
22.06.2026 142 Bakıda binanın zirzəmisində çürümüş kişi meyiti tapıldı
Bakıda çürümüş meyit tapılıb. xəbər verir ki, hadisə Nəsimi rayonuCavadxan küçəsi ev 29-un zirzəmisində qeydə alınıb. Orada çürüməyə məruz qalmış 55-60 yaşlı kişi meyiti aşkar edilib. Faktla bağlı araşdırma aparılır
22.06.2026 208 Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü
Bakıda gənc qız faciəli şəkildə ölüb. xəbər verir ki, hadisə Xətai rayonu, G.Mehmandarov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 24 yaşlı Əfsanə Quliyeva qonaq gəldiyi qardaşı, 27 yaşlı Məhərrəmə məxsus 8-ci mərtəbədə yerləşən evin eyvanından yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfində
22.06.2026 344