Öskürək: Koronavirusa yoluxma əlaməti, yoxsa orqanizmin müdafiə refleksi? – ARAŞDIRMA

Öskürək: Koronavirusa yoluxma əlaməti, yoxsa orqanizmin müdafiə refleksi? – ARAŞDIRMAMütəxəssislər deyirlər ki, öskürəyin olması, əsasən, mövsümi xarakter daşıyır. Amma bununla yanaşı, öskürək olduğu halda, koronavirus testi verilməsini də məsləhət görürlər.

Bu barədə "Kaspi" qəzetində dərc olunan məqalədə deyilir.

Son zamanlar havaların kəskin dəyişməsi nəticəsində insanlarda öskürək, boğaz ağrıları artıb. Koronavirusun da davam etdiyi bu dövrdə belə halların baş verməsi insanları narahat edir. Öskürək olan kimi koronavirusa yoluxduğunu düşünüb həkimə müraciət edirlər, test verməyə gedirlər. Testin cavabı da çox zaman mənfi olur. İnsanlara maraqlı gəlir ki, niyə öskürək halları artıb? Ümumiyyətlə, öskürək orqanizmdə daha çox nə zaman müşahidə olunur?

Terapevt Fəxriyyə Əhmədova deyir ki, yayılan xəstəliklər mövsümi xarakter daşıyır: "Yaz-payız aylarında kəskin tənəffüs infeksiyaları koronavirus epidemiyasından əvvəl də mövcud olub. Mövsümi qriplər, adi koronavirus infeksiyaları yaz-payız və havaların soyuması ilə əlaqədar aktivləşirlər".

F.Əhmədova bildirir ki, mövsümi xəstəliklə bağlı müraciət edən xəstələrin də "korona" testi verməsi məsləhətdir: "Mövsümi xəstəliklər koronavirus pandemiyası ilə eyni vaxta düşür deyə, kəskin tənəffüs xəstəlikləri ilə bağlı müraciət ediləndə də, koronavirus infeksiyası ola biləcəyini nəzərə alırıq. Çünki koronavirus digər tənəffüs infeksiyalarından daha təhlükəli xarakter daşıyır. Ona görə də, kataral əlamətləri olan, öskürən, asqıran xəstələrə də məsləhət görürük ki, koronavirus testi versinlər".

F.Əhmədovanın sözlərinə görə, koronavirus testlərinin dəqiqliyi yüz faiz deyil. Ona görə, testin cavabı mənfi çıxdığı hallarda "koronavirus yoxdur" demək olmaz: "Adamda öskürək və digər koronavirus əlamətləri var, test verir, ancaq cavabı mənfi çıxır. Düşünür ki, "korona" deyil. Ancaq koronavirus testlərinin cavablarının 100 faiz dəqiq olmadığı da bəllidir. Yəni adam virusa yoluxub, əlamətlər var, amma testin cavabı mənfi olur. Testin cavabı mənfi olsa belə, öskürək koronavirus əlaməti ola bilər. Adi kəskin respirator xəstəliyi olanlar da mütləq bir həftə ərzində nəzarətdə olur, xəstəliyin gedişinə baxılır. Çünki bir həftə ərzində digər klinik variantlar formalaşa, pnevmoniya inkişaf edə, bronxit və digər əlamətlər çıxa bilər".

Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov deyir ki, havaların soyuması ilə əlaqədar olaraq insanlar arasında müxtəlif xəstəliklərin, həmçinin öskürəklə müşahidə olunan bronx-ağciyər xəstəliklərinin artması müşahidə olunur: "Bronx-ağciyərlərlə bağlı 800-ə yaxın xəstəlik var ki, bunların da 200-ə qədəri ağciyərlərin səpələnmiş xəstəlikləridir. Bronx-ağciyər xəstəliklərinə tutulmuş şəxslərin yarıdan çoxunda ilk 6 ayda heç bir əlamət olmur. Tənəffüs orqanlarının xəstəlikləri üçün xarakterik sayılan öskürək əlaməti isə xəstələrin bir qismində uzun müddət, ümumiyyətlə, müşahidə olunmur".

R.Bayramov bildirir ki, öskürək orqanizmin müdafiə refleksidir: "Hava axınının ağciyərlərdən sürətlə xaric olması və bununla da tənəffüs yollarının yad hissəciklərdən təmizlənməsi prosesidir. Öskürək, əsasən, tənəffüs orqanlarının patologiyalarına xas əlamət sayılsa da, tənəffüs orqanlarında heç bir problem olmayan şəxslərdə də öskürək müşahidə oluna bilər".

R.Bayramov deyir ki, öskürək quru və yaş (bəlğəmli) olur: "Quru öskürək yuxarı tənəffüs yollarının xəstəliklərinin başlanğıc mərhələsində, bəzi dərman preparatlarının qəbulu, plevrit zamanı və s. hallarda daha çox müşahidə olunur. Bəlğəmli öskürək isə əsasən, bronx-ağciyər aparatının iltihabı xəstəlikləri, o cümlədən ağciyər vərəmi zamanı müşahidə olunur".

R.Bayramov bildirir ki, öskürək 3 həftəyədək kəskin, 3 həftədən – 3 ayadək yarımkəskin və əgər 3 aydan çox davam edərsə xroniki olur: "Kəskin öskürək, adətən yuxarı tənəffüs yollarının virus və bakterial infeksiyaları, pnevmoniya, yad cisim ilə nəfəs aldıqda, bronxial astma zamanı müşahidə olunur. Yarımkəskin öskürək isə keçirilmiş kəskin tənəffüs infeksiyalarından sonra, LOR orqanları xəstəliklərində, vərəm, plevrit, bronxial astma, tənəffüs orqanlarının yeni törəmələri, tütünçəkmə və s. zamanı olur. ÜST-nın tövsiyələrində qeyd olunur ki, əgər xəstə 3 həftədən çox öskürərsə, onun ağciyər vərəminə görə müayinə olunması mütləq məsləhətdir. Xroniki öskürək isə daha çox ürək, qan-damar sistemi (ürək çatışmazlığı), mədə-bağırsaq sistemi xəstəlikləri, birləşdirici toxumanın diffuz xəstəlikləri, bəzi dərman preparatlarının qəbulu, tütünçəkmə, vərəm və s. zamanı müşahidə olunur".

R.Bayramovun sözlərinə görə, öskürək bəzi səbəblərdən ola bilər: "Kəskin respirator virus infeksiyaları, bronx və ağciyər zədələnməsi ilə gedən xəstəliklər - bronxial astma, vərəm və s. LOR orqanları xəstəliklərində, müxtəlif qıcıqlandırıcı maddələrlə - qazlar, toz, siqaret tüstüsü ilə nəfəs aldıqda, ürək-damar sisteminin ürək çatışmazlığı, mədə-bağırsaq xəstəlikləri, dərman preparatlarının arzuolunmaz effekti, psixoemosional, metabolik pozğunluqlarda müşahidə olunur".

Fəxriyyə Əhmədova deyir ki, xəstəlikdən qorunma koronavirus infeksiyasında olduğu kimidir: "Maska, məsafə, dezinfeksiyaedici məhlullardan istifadə mövsümi qriplərdə də, "korona" infeksiyasında da qorunma qaydası hesab olunur. Otaqların havası tez-tez dəyişdirilməli, meyvə-tərəvəz çox yeyilməli, C vitamini qəbul olunmalıdır. Bunlar hamısı qoruyucu vasitələrdir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1305   Tarix: 19 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.