Azərbaycanlı turistlərə koronavirusdan sığorta tələbi - onu almaq mümkündürmü?

Azərbaycanlı turistlərə koronavirusdan sığorta tələbi - onu almaq mümkündürmü?Koronavirus pandemiyası ilə əlaqədar olaraq son zamanlar bir sıra ölkələr visa məsələlərini sərtləşdirib. Belə ki, artıq visa müraciətləri zamanı təqdim edilən səyahət sığortalarında COVID-19 təminatı ilə bağlı maddənin mövcud olması, təminat məbləğinin maksimum həddə olması tələb olunur.

Azərbaycan ərazisində fəaliyyət göstərən sığorta şirkətlərinin təqdim etdiyi sığorta sənədində bu barədə müdəaların olmaması və COVID-19-la bağlı təminatın 1000-1500 manat civarında olması Azərbaycandan həmin ölkələrə uçmaq istəyənlərə müəyyən problem yaradır. Bir çox hallarda isə vətəndaşlarımız bu problemi həll etmək üçün xarici sığorta şirkətlərinin xidmətlərindən istifadə etməyə məcbur olur.

"Report"a açıqlaması zamanı məsələnin bu gün gündəmdə olan əsas problemlərdən biri olduğunu qeyd edən sığorta məsələləri üzrə ekspert Əli Bayramov bildirir ki, bu sığorta şirkətlərinin qeyri-peşəkar olması ilə əlaqədardır:

"Bütün Avropa ölkələri olmasa da dövlətlərin böyük əksəriyyəti, hətta qonşu Gürcüstan belə COVID-19 təminatı olmadan xarici vətəndaşları öz ərazilərinə buraxmırlar.

Bundan əlavə tələblər arasında limitlərlə bağlı də şərtlər var. Belə ki, bir sıra ölkələr bu xəstəlik üzrə təminatın maksimal həddə olmasını istəyirlər. Bu da tam anlaşılandı. Çünki Azərbaycan vətəndaşı o ölkədə olduğu zaman koronavirusa yoluxa bilər və bu da müəyyən xərclər əmələ gətirər. Bəzi ölkələrdə bu xərclərin qarşılanması öz vətəndaşları üçün ödənişsiz olsa belə, xarici vətəndaşlar üçün pulsuz deyil. Nəticədə isə problem yaranır. Bu səbəbdən də ölkələr viza müraciəti zamanı belə bir tələb qoyublar.

Azərbaycana gəldikdə isə, həmişə olduğu kimi bizim sığorta şirkətləri qərar qəbul etməkdə gecikir. Əslində burda ciddi problem yoxdur. Sığorta şirkətlərimiz mövcud təkrarsığortaçılar, yaxud digər mötəbər təkrarsığortaçılar vasitəsi ilə bu təminatı əldə edib müvafiq qaydada öz müştərilərinə təklif edə bilərlər. Koronavirusa yoluxma halların çox olması sığortaçılarımızın bu məsələdən çəkinməsinin səbəbidir. Məsələn Avropada koronavirusun müalicəsi baha olduğu üçün sığorta şirkətləri böyük vəsait itirəcəklərindən ehtiyat edirlər. Bu səbəbdən də onlar belə bir limit [1000-1500 manat civarında] qoyublar. Çünki böyük risk olduğunu düşünürlər. Amma bu əsas vermir ki, belə bir addımı atsınlar. Çünki bizim sığorta bazarında müasir dövrdə olan sığorta risklərinə qarşı da addımsızlıqları var.

İndi bütün dünyada ən böyük risklərdən biri kiber risklərdir. Artıq ölkəmizdə də tez-tez sadə vətəndaşlara qarşı "fishing" hücumlarının həyata keçirildiyini və bu üsulla onların kartlarından pul oğurlandığını görürük. Sual olunur ki, bəs Azərbaycan bazarı bu risklə bağlı təminat verirmi? Təbii ki, yox!

Burada çətin bir iş yoxdur. Əslində COVID-19-la bağlı təminat verə bilən böyük şirkətlər var. Sığorta şirkətlərimiz qorxursa, öz risklərini təkrarsığorta şirkətləri ilə ilə bölüşə bilərlər. Nəticədə ölkə vətəndaşlarına lazım olan təminatı təqdim edə bilərlər. Bu sadəcə sığorta şirkətlərinin qeyri-peşəkarlığı və dünyada baş verənlərlə ayaqlaşmamasıdır".

Ekspert hesab edir ki, vətəndaşların xarici sığorta şirkətlərinə müraciət etməsi ölkədən valyuta axınına səbəb olur:

"Bu səbəbdən də Şengen zonasına gedən Azərbaycan vətəndaşı məcbur olur AXA kimi qlabal şirkətlərin sistemindən onlayn şəkildə həmin təminatı alsın. Bu isə qanunvericiliyin tələbinin kobud şəkildə pozulması deməkdir. Çünki qanunvericiliyə görə, Azərbaycanla bağlı sığorta predmeti, sığorta marağı yalnız yerli şirkətlərdə sığortalanmalıdır. Əgər Azərbaycan vətəndaşı xarici sığorta şirkətindən bu təminatı alırsa bu ölkədən valyuta axını deməkdir və itirən də Azərbaycan iqtisadiyyatı olur.

Onu da qeyd edim ki, uzun illər Səyahət sığortası portfelləri Azərbaycan sığorta şirkətləri üçün ən mənfəətli sığorta sahəsi olub. Bu baxımdan da sığorta şirkətləri zərərli olmaqla bağlı iddia edə bilməzlər. Bu da bir növ absurd vəziyyəti göstərir. Əgər zərərlilik aşağıdırsa sən niyə oturmusan yerində və heç bir təşəbbüs göstərmirsən?

Bu məsələlərin qaldırılması ilə Azərbaycan Sığorta Assosiasiyası (ASA) və problemin həlli isə Azərbaycan Mərkəzi Bankının öhdəsinə düşür. ASA oturub müzakirə aparmalıdır və konkret təkliflər verməlidir".

Ölkədə fəaliyyət göstərən sığorta şirkətlərindən birinin Direktorlar Şurasının sədrinin müşaviri Turabxan Turabxanov da problemin mövcudluğunu qeyd edir. Sığorta şirkətinin rəsmisi hesab edir ki, COVID-19 üzrə təminatın yüksək olması komissiya haqlarının da artmasına səbəb olur:

"COVID-19 xəstəliyi ilə bağlı, ölkədə vaksin vurduranların sayı artdıqca, səfər sığortası üçün müraciətlərin də sayı artır. Şengen ölkələrinə bağlı olan ölkələrin səfirlikləri COVID-19 xəstəliyinə qarşı tam təminat istəyirlər. Amma bizdə yerli şirkətlər müəyyən bir məbləğə qədər təminat verirlər. Bu təminat təxminən 1500-2000 manat arasında olur və ona görə də çox vaxt səfirliklər bu müqaviləni qəbul etmirlər. Vətəndaşlar da məcbur qalıb xarici şirkətlərdən alırlar sığortanı və bu da çox baha qiymətə başa gəlir.

Bu təminatın xaricdən alınması da təxminən 250 avroya başa gəlir. Təbii ki, bu bizim şirkətlərdən cüzi fərq qiyməti ilə fərqlənir. O qədər də böyük fərq olmur. Azərbaycanda bu təminatın verilməsi daha yaxşı olar. Bu sahədə böyük boşluq var. Hamı kimi mən də narazıyam. Yəqin ki, bizim özümüzdə bu təminatın nəyə görə olmaması ilə bağlı müəyyən problemlər var ki, bundan da bizim xəbərimiz yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 764   Tarix: 25 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 177
.

Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə

10.11.2026 309
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 48
.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn

10:37 171
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

10:20 179
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

10:34 228
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 353
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 358
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 294
.