Paşinyan nəhayət etiraf etdi: Qarabağ Azərbaycandır - VİDEO
Azərbaycanla hərtərəfli sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu deyən Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha etiraf edib. Özü də qısa və konkret şəkildə. Paşinyandan daha bir etiraf isə Qarabağın son statusunun dəqiqləşdirilməsi ilə bağlı olub. Ermənistanın baş naziri bu məsələnin Azərbaycan Konstitusiyası əsasında baş verməli olduğunu bildirib.
"Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda və bununla bağlı danışıqlara başlamaqda maraqlıdır".
Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə ötən gün keçirdiyi mətbuat konfransında danışıb.
Ermənistanın baş naziri bir daha Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib. Paşinyan danışıqlar prosesi ilə rəqiblərinin ona qarşı irəli sürdüyü ittihamlarla bağlı bir sıra mətləblərə aydınlıq gətirib. Paşinyan xüsusilə 2016-cı ildə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Qarabağa aralıq statusu verilməsi təklifinə aydınlıq gətirərək deyib ki, erməni tərəfi bunu fəal şəkildə təbliğ və reklam etdi.
Paşinyan deyib ki, Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir və bu imkanı onun sələfləri yaradıb. Baş nazir qeyd edib ki, Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi əzəldən erməni tərəfinin xeyrinə getməyib və o bunda öz sələflərini günahlandırıb. Nikol Paşinyan deyib ki, Qarabağ tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin hələ 2016-cı ildə irəli sürdüyü təkliflər erməni tərəfi üçün "faciəvi" olub.
Nikol Paşinyan qeyd edib ki, dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. O, sammit çərçivəsində Prezident İlham Əliyevlə qeyri-rəsmi görüş keçirmək niyyətində olduğunu bildirib.
Ermənistanın baş naziri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mümkün görüşü barədə də danışıb. Bildirib ki, görüşün baş tutması xüsusi nümayəndələr tərəfindən aparılan danışıqlar prosesinin nə dərəcədə uğurlu keçməsindən asılıdır.(xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1340 Tarix: 26 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11:29 177 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə
10.11.2026 309 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
14:13 48 Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb
Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn
10:37 171 "Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi
Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr
10:20 179 Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır
Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric
10:34 228 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10.11.2026 353 84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi
ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna
10.11.2026 358 Zelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 294