Sumqayıtda sərnişindaşımada kartdan istifadə dayandırılıb - AÇIQLAMA

Sumqayıtda sərnişindaşımada kartdan istifadə dayandırılıb - AÇIQLAMA"Bildiyiniz kimi, Sumqayıtda ötən ayın 22-dən ictimai nəqliyyatda kartla ödəniş sistemi müvəqqəti olaraq dayandırılıb. Validatorlarda və kart sistemində texniki problemlər yarandığından yenidən nağd ödəniş sisteminə keçilib. Qeyd olunan problemlər aradan qaldırılanadək bu proses davam edəcək".

Bu sözləri APA-nın yerli bürosuna açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsinin rəis müavini Tofiq Saydumov deyib.

O, əhalidə olan kartların hesabında olan vəsaitin taleyinə də aydınlıq gətirib: "Sərnişinlərdə olan kartlara və balansında olan vəsaitə gəldikdə isə bununla bağlı narahat olmağa ehtiyac yoxdur. Həmin kartlar qüvvədədir. Kartın hesabında nə qədər məbləğ varsa, ictimai nəqliyyatda yenidən kartla ödəniş sistemi tətbiq olunduğunda həmin kartlardan problemsiz istifadə edə biləcəklər. Bu məsələ ilə bağlı bizə də müraciət olunub. Bir daha qeyd edirəm ki, sərnişinlərə satılan kartlar və onların balansında olan məbləğlə bağlı heç bir narahatlıq yoxdur".

Sumqayıtda ictimai nəqliyyatda yenidən kart sisteminin nə vaxt tətbiq olunacağına gəldikdə isə T. Saydumov bununla bağlı dəqiq tarix deyə bilməyəcəyini qeyd edib: "Hazırda müasir kartlar və validatorlar nəzərdən keçirilir. Bu sahədə mövcud olan problemlər tam aradan qaldırılandan sonra Sumqayıtda ictimai nəqliyyatda yenidən nağdsız ödəniş sistemi tətbiq olunacaq".

Xatırladaq ki, bu ilin sentyabrın 28-dən Sumqayıtda ictimai nəqliyyatda kartla ödəniş sisteminə keçilmişdi. Validatorlarda və kart sistemində yaranan problemlər səbəbindən isə noyabrın 22-dən nağdsız ödəniş sistemi müvəqqəti dayandırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1468   Tarix: 27 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 414
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 344
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 164
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

10:26 178
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 199
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 146
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 312
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 279
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 339
.