Sağlamlıq imkanları məhdud şagirdlərlə bağlı YENİ QƏRAR

Sağlamlıq imkanları məhdud şagirdlərlə bağlı YENİ QƏRARNazirlər Kabineti "Sağlamlıq imkanları məhdud şəxslərin stasionar müəssisələrdə olduqları dövrdə təhsilinin təşkili Qaydası"nı təsdiq edib.

BiG.AZ xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, bu Qayda sağlamlıq imkanları məhdud şəxslərin stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində (stasionar müəssisələrdə) olduqları dövrdə təhsilinin təşkili ilə əlaqədar məsələləri tənzimləyir.

Sağlamlıq imkanları məhdud şəxslər stasionar müəssisələrdə uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarkən, həmin şəxslərin Təhsil Nazirliyinin ərazi üzrə psixoloji-tibbi-pedaqoji komissiyalarının qərarı əsasında müvafiq tədris proqramlarına uyğun təhsil almaları təşkil edilir.

Stasionar müəssisələrdə təhsilin təşkilinə ümumi metodik rəhbərlik və keçirilən dərslərə nəzarət müvafiq olaraq Təhsil Nazirliyin Bakı şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri (yerli idarəetmə orqanları) tərəfindən həyata keçirilir. Stasionar müəssisələrdə 21 gündən artıq qalması nəzərdə tutulan sağlamlıq imkanları məhdud şəxslər barədə məlumatlar müəssisənin rəhbərliyi tərəfindən ərazi üzrə Nazirliyin yerli idarəetmə orqanlarına təqdim olunur.

Stasionar müəssisələrdə təhsilin təşkili və ona rəhbərlik stasionar müəssisələrin yaxınlığında yerləşən ümumi təhsil müəssisələri (məktəb) tərəfindən həyata keçirilir. Stasionar müəssisələrdə pedaqoji fəaliyyətə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslər buraxılırlar. Stasionar müəssisələrdə ümumi təhsil proqramı ilə tədrisi həyata keçirən müəllimlərin dərs saatına mütənasib olaraq vəzifə maaşına 15 faiz, xüsusi təhsil proqramı ilə tədrisi həyata keçirən müəllimlərin vəzifə maaşına isə 50 faiz əlavə ödənilir.

Sağlamlıq imkanları məhdud şəxslərlə təhsil qrup şəklində və ya fərdi formada təşkil edilir. Qrup dərsi eyni sinifdən olan 4-15 nəfər sağlamlıq imkanları məhdud şəxs olduqda aparılır. Müalicə aparılan şöbədə 4 nəfərdən 15 nəfərədək I-IV sinif şagirdləri olarsa, komplekt sinif təşkil edilir. V-XI sinif şagirdləri üçün qrup dərsi iki sinfin birləşdirilməsi yolu ilə aparılır (V-VI, VI-VII, VII-VIII, VIII-IX, IX-X, X-XI).

Stasionar müəssisələrdə sağlamlıq imkanları məhdud şəxslərlə dərslərin başlanması vaxtı və təhsilin təşkili forması xəstənin səhhətindən asılı olaraq, müalicə həkiminin yazılı rəyi əsasında baş həkim tərəfindən bu Qayda nəzərə alınmaqla müəyyən edilir. Bu barədə xəstəlik tarixində qeyd aparılır. Müəllimlər sağlamlıq imkanları məhdud şəxslərlə dərsləri onların vəziyyətini nəzərə alaraq baş həkimlə razılaşdırılmış cədvəl üzrə təşkil edir. Hər bir sağlamlıq imkanları məhdud şəxsin gündəlik dərs yükü I-IV siniflərdə 2 saatdan, V-IX siniflərdə 3 saatdan, X-XI siniflərdə 3,5 saatdan çox olmamalıdır. Stasionar müəssisələrdə baş həkim təhsilin bu Qaydaya uyğun təşkili üçün müvafiq şərait yaradır və dərs cədvəlini təsdiq edir.

Stasionar müəssisələrdə sağlamlıq imkanları məhdud şəxslərlə aparılan həftəlik dərs saatlarının miqdarı aşağıdakı kimidir:

Sağlamlıq imkanları məhdud şagirdlərlə bağlı YENİ QƏRARStasionar müəssisələrdə sağlamlıq imkanları məhdud şəxslər müvafiq sinif proqramlarına uyğun dərslərə cəlb edilirlər. Sağlamlıq imkanları məhdud şəxslərlə aparılan dərslərin qeydiyyatı üçün sinif jurnalı ayrılır. Bu jurnalda dərsi aparan müəllim stasionar müəssisəyə daxil olmuş sağlamlıq imkanları məhdud şəxslər haqqında məlumatları (soyadı, adı, atasının adı, doğulduğu il, məktəbin nömrəsi, sinfi, stasionar müəssisəyə daxil olduğu tarix, dərslərin başlanması və bitməsi vaxtı, keçirilən dərs saatlarının miqdarı, keçilmiş mövzular və şagirdlərin biliyinin qiymətləndirilməsinin nəticələri) qeyd edir.

Stasionar müəssisələrdən evə yazılandan sonra sağlamlıq imkanları məhdud şəxslər haqqında bu Qaydada qeyd olunan məlumatlar həmin uşağın təhsil aldığı məktəbə göndərilir. Stasionar müəssisələrdə tədrisin təşkili ilə bağlı tələb edilən dərs ləvazimatları dövlət tərəfindən təmin olunur.

Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Yeni Qaydanın təsdiqlənməsi ilə əlaqədar "Stasionar şəraitdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında" 29 may tarixli qərar ləğv edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1060   Tarix: 27 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 414
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 344
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 164
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

10:26 178
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 199
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 146
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 312
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 279
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 339
.