Atası aktyor olmağına qarşı çıxdı, onun üçün bir gecədə yüz min manat yığıldı...

Atası aktyor olmağına qarşı çıxdı, onun üçün bir gecədə yüz min manat yığıldı...Kulis.az dekabrın 25-də dünyasını dəyişən aktyor Məmməd Zeynalov haqqında maraqlı məlumatları təqdim edir.

Məmməd Eldəniz oğlu Zeynalov 1978-ci ildə Bakı şəhərində Xalq artisti Eldəniz Zeynalovun ailəsində dünyaya gəlib. Özündən başqa Elbrus adlı bir qardaşı, Gülbəniz adlı bacısı olub. Atasının birinci xanımından olan Aybəniz adlı bacısı isə Londonda yaşayıb.

Ögey bacısı Məhəmmədi dəfələrlə Londona yanına dəvət etsə də, maddi imkan olmadığından bacısının yanına gedə bilməyib.

Məmməd Zeynalov aktyor olmaq istəyəndə atası Eldəniz Zeynalov bərk əsəbləşib, oğlunun üstünə qışqırıb deyir, get, işinlə məşğul ol, otur yerində. Neynirsən aktyor olmağı. Mən bu sənətdə o qədər əziyyətlər görmüşəm ki, istəmirəm siz də həmin əziyyətləri çəkəsiniz.

Məmməd atası ilə bağlı müsahibələrinin birində deyir:
"Uşaqlıqdan həmişə aktyorluq sənətinə həvəsim olub. Atam deyirdi ki, Məmməddən yaxşı aktyor olacaq. Bu yəqin ki, gendən gəlir. Çünki atamın dayısı Həsənağa Salayev də məşhur aktyor idi. Amma atam mənim aktyor olmağımı istəmirdi, həmişə bizi başqa sahəyə yönəldirdi".

Ancaq atası dünyasını dəyişəndən sonra Məmməd İncəsənət Universitetinə daxil olur. Vaxtaşırı KVN teatrının tərkibində epizodik rollarla çıxış edir. İncəsənət universitetini bitirəndən sonra vaxtilə atasının işlədiyi Akademik Milli Dram Teatrında "İmzanın hökmü", "Körpüdən mənzərə" tamaşalarında rollar ifa edir. Atasının dostları Yaşar Nuri, Telman Adıgözəlovla tərəf müqabili olur.

Bir il teatrda ştatdankənar fəaliyyət göstərəndən sonra ailəsini dolandırmaq məcburiyyətində qaldığından teatrdan uzaqlaşıb tikintidə gözətçi kimi işləməyə başlayır. Bir ildən keçir, onu yenidən Azdramaya işə dəvət edirlər. O, isə imtina edib getmir. Məmməd Zeynalov 2014-cü ildən İrəvan Dram Teatrında fəaliyyətini davam etdirir.

Aktyor 2018-ci ildə İrəvan teatrının tərkibində "Sərhədsiz teatr" III Şəki Beynəlxalq teatr festivalında dramaturq Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesi əsasında hazırlanan tamaşada aparıcı rollardan birini ifa edir.

Lakin, ömrünün ən gözəl illərində, gənclik çağında Məmməd qəfildən insult keçirir. Bir müddət müalicə olunub sağalandan sonra böyrəklərində problem yaranır. Uzun müddət müalicə alan Məmmədə böyrək donoru lazım olur. Buna maddi gücü çatmayan Məmməd bacısı ilə efirə çıxıb müalicəsi üçün kömək istəyir. Məmmədin müraciətindən sonra onun adına açılmış hesaba bir gecədə yüz min manat vəsait toplanır.

Ailəli olan Məmməd Zeynalov 2017-ci ilin noyabr ayında ata olur. Onun bir oğlu dünyaya gəlir. Məmməd atasına hörmət əlaməti olaraq oğlunun adını Eldəniz qoyur.

Xəstəliyinin ən pis dövrlərində belə nikbin ovqatını itirməyən Məmməd müsahibələrində keçmiş günlərini, atasını xatırlayaraq deyir:

"Balaca vaxtı uşaqlar arasında ən dəcəli mən idim. Buna görə də atam ən çox məni cəzalandırırdı. Hirsləndirəndə məni bloka çıxardardı. Atam kimi aktyor olsam da, heç vaxt onun kimi məşhur ola bilmərəm. Eldəniz, Eldəniz idi. Atam dünyasını dəyişəndən sonra mən doyunca yaşaya bilmədim. Mən hələ o illərdə, uşaqlığımda qalmışam. İndi də aktyorluqla məşğul olmağa xəstəliyim imkan vermir. Hər gün xəstəxanaya gedib gəlirəm. Elə bil ki, işə gedirəm. Xəstəliyimlə bağlı zülm çəkirəm. Sənət heç yadıma düşmür. Ümidim var ki, sağalıb yenə də sənətimlə məşğul olaram. Atamı itirəndən sonra ailədə maddi çətinliklərlə üzləşdik. Eldənizin sağlığında süfrəmizin başında olan insanlar bizi tərk etdilər. Halbuki o bütün sənət yoldaşlarına yaxşı olub. O özü əziyyəti görmüşdü. Mənə xəstəlik imkan vermədi ki, sənətimlə məşğul olum. Akademik Milli Dram teatrında qalsaydım bəlkə də indiyə qədər fəxri adım var idi. Məni səhnədə görənlər deyirdi ki, elə bil Eldənizin cavanlığıdır".

Böyrək xəstəliyi ilə yanaşı Məmməd Zeynalova ağ ciyər xərçəngi diaqnozu qoyulur. Uzun müddətli müalicələr heç bir nəticə vermir. Aktyor 2021-ci il dekabrın 25-də səhər vaxtı yaşadığı evdə 43 yaşında dünyasını dəyişir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2526   Tarix: 27 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 414
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 344
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 164
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

10:26 178
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 199
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 146
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 312
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 279
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 339
.