DYP sürücülərə müraciət edib: "Bu halda 50 AZN cərimə ediləcəksiniz"

DYP sürücülərə müraciət edib: "Bu halda 50 AZN cərimə ediləcəksiniz"Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin nasazlıqları ilə bağlı sürücülərə müraciət edib.

BiG.AZ-ın məlumatına görə, İdarənin baş inspektoru Araz Əsgərli report-a bildirib ki, "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı müəyyən edilib.

O deyib ki, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsində bu nasazlıqlar şəxsin iradəsindən aslı olmadan, yəni vaxtında, düzgün texniki qulluq edilmədən aşkarlanarsa, sürücünün 50 manat məbləğində cərimə olunması nəzərdə tutulur: "Lakin sürücü nəqliyyat vasitəsinin istehsalçı tərəfindən müəyyən edilmiş konstruksiyasına əlavə və dəyişikliklər edərsə, ona İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsinə uyğun olaraq, 150 manat cərimə tətbiq edilir.

Hər bir sürücünün "Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsinə uyğun olaraq, vəzifələri var. Bu vəzifələrin içərisində avtomobilini tam saz vəziyyətində idarə etməsi də onun məsuliyyətidir. Əks təqdirdə, nəqliyyat vasitəsini nasaz vəziyyətdə idarə olunması inzibati xəta tərkibi yaratmaqla yanaşı yol-nəqliyyat hadisələrində baş vermiş hadisənin ağırlıq dərəcəsinə, yəni xəsarətin az ağır və ağır, eyni zamanda, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrində başlanılan cinayət işlərində avtotexniki ekspertiza müəyyən edildikdən sonra avtomobilin nasaz vəziyyətdə idarə olunmasına görə sürücü cinayət tərkibli əməldə təqsirli hesab oluna bilər".

"Sürücülərimizdən xahiş edirik ki, nəqliyyat vasitələrini idarə edərkən onun sazlığına mütəmadi şəkildə diqqət yetirsinlər. İnzibati xəta ilə yanaşı daha ağır məsuliyyətin yarandığı hallarda avtomobilin nasaz vəziyyətdə olması faciələri qaçılmaz edir və şəxsin məsuliyyətinin daha da ağırlaşmasına səbəb olur. Bu baxımdan bir daha sürücülərə avtomobilləri saz vəziyyətdə saxlamağı və qanunvericiliyin tələblərinə riayət etmələrini xahiş edirik. Qarşıdan gələn istirahət günlərində sazlığına əmin olmadığınız avtomobillərlə uzaq məsafələrə səfər etməməyi və bu müddət ərzində fürsətdən istifadə edib istismar etdiyiniz avtomobillərin nasazlıqlarının aradan qaldırılmasını da xahiş edirik!" - idarə rəsmisi vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3723   Tarix: 28 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 414
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 344
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 164
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

10:26 178
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 199
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 146
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 312
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 279
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 339
.