"Media haqqında" yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilib

"Media haqqında" yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilibMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələri "Media haqqında" yeni qanun layihəsinin üçüncü oxunuşda ictimai müzakirəsini keçirib.

BiG.AZ-ın xəbərinə görə, iclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, Agentliyin digər rəsmi şəxsləri, media orqanlarının rəhbərləri, deputatlar və jurnalistlər iştirak ediblər.

Onlayn iclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, Agentliyin digər rəsmi şəxsləri, Mətbuat Şurasının sədri Əflatun Amaşov və media orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli açıb. O bildirib ki, məqsəd üçüncü oxunuşdan əvvəl qanun layihəsinin yenə də geniş müzakirəsini təşkil etməkdir.

"APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı çıxışında qeyd edib ki, bu qanun layihəsi, ümumiyyətlə, media sahəsini əhatə etmir, media subyektləri üçün hüquqi bazadır: "Qanun layihəsinin geniş ictimai müzakirəsi keçirilib. Açığı, son illərdə hansısa qanun layihəsinin bu qədər müzakirə olunduğunu xatırlamıram. Hesab edirəm ki, sosial mediada cəmiyyətin bütün tərəfləri qanun layihəsinə fikrini bildirib, müzakirələrdə iştirak etdilər".

"Real TV"nin rəhbəri Mirşahin Ağayev isə Əli Həsənovun yaratdığı media ənənəsindən qurtulmağı zəruri sayıb: "Media haqqında" yeni qanun layihəsi əvvəlki qanundan qat-qat liberaldır. Burada söhbət təkcə qanun layihəsindən deyil, çox ciddi informasiya təhlükəsizliyindən gedir. Bu qanun layihəsi təkcə Azərbaycan mediasının müstəqilliyini yox, Azərbaycan dövlətinin müstəqilliyini müdafiə edən bir qanun olmalıdır. Bəziləri bu qanun haqqında yanlış fikir formalaşdırmağa çalışırlar. Onlar istəmirlər ki, biz güclü olaq. Onlar istəyirlər ki, köhnə mühitdə qalaq. Onlar bilirlər ki, bu qanun qəbul olunduqdan sonra meydanda at oynada bilməyəcəklər".

Oxu.az saytının baş redaktoru Pərvin Abbasov qeyd edib ki, 77.2-ci maddənin əhatə dairəsinin genişləndirilməsinə ehtiyac var: "77.2-ci maddədə mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalistin məsuliyyət daşımadığı hallar yer alıb. Düşünürəm ki, bu halların siyahısı genişləndirilməlidir. Məsələn, bəzi sənədlər Milli Məclisə daxil olur, həmin sənəd parlament müzakirəsinə çıxarılmadan onu bəzi bacarıqlı jurnalistlər əldə edərək xəbərlər hazırlayırlar. Jurnalist həmin sənəddə yer alanlara görə məsuliyyət daşıya bilməz".

MEDİA-nın icraçı direktoru isə bu cür sənədlərin, hesabatların açıq olduğunu, jurnalistin buna görə məsuliyyətə cəlb edilə bilməyəcəyini söyləyib.

Sonra tədbirdə çıxış edən "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev həmkarlarının qanun layihəsi ilə bağlı çıxışları ilə həmfikir olduğunu söyləyib: "Həmkarlarım da çıxışlarında vurğuladılar ki, bu qanun layihəsinin çox geniş şəkildə müzakirəsi keçirilib. Bir çox səsləndirilən fikirlərin qanun layihəsinin yenilənmiş variantında əksini tapacağı qeyd edilib. Ona görə də hesab edirəm ki, bu qanunun qəbul edilməsinə ehtiyac var. Ancaq gələcəkdə hər hansı bir məsələlər ortaya çıxarsa, o zaman bu qanuna hər hansı dəyişiklik və ya əlavələr edilə bilər".

Müzakirələrin gedişi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli diqqətə çatdırıb ki, "Media haqqında" qanunla bərabər digər normativ-hüquqi aktlara da müvafiq dəyişikliklər olmalıdır.

Çıxış edən jurnalistlərdən bəzilərinin suallarını cavablandırarkən isə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov media subyektləri və jurnalistlərə veriləcək imtiyazlar paketi ilə bağlı müzakirələrin getdiyini vurğulayıb: "İmtiyazlar paketi ilə bağlı müzakirələr gedir. Sadəcə bizə sual verirlər ki, güzəştlər nə qədər adama şamil ediləcək? Bu qanun qəbul edildikdən sonra güzəştlərlə bağlı qanunvericilik layihəsi hazırlanacaq və daha sonra müzakirəyə təqdim olunacaq".

Tədbir daha sonra çıxışlarla davam etdirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 700   Tarix: 28 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 414
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 344
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 164
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

10:26 178
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 199
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 146
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 312
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 279
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 339
.