Maskalı gənc Kraliça Elizabeti öldürməklə hədələdi - FOTO-VİDEO
Vindzor qəsri ərazisinə girdiyi üçün saxlanılan şəxs bir müddət əvvəl əlində arbaletlə çəkilmiş videosunu dostlarına göndərib.
BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, kadrlarda o, 1919-cu ildə Hindistanda Britaniya müstəmləkə qoşunları tərəfindən Amritsarda törədilən qətliamın qisasını almaq üçün Kraliça II Elizabeti öldürmək niyyətini bildirib.
19 yaşlı silahlı şəxsi dekabrın 26-da kraliça II Elizabet və ailəsinin Milad bayramını qeyd etdiyi Vindzor ərazisində saxlanılıb. Bildirilib ki, həmin şəxs əraziyə girsə də, heç bir binaya daxil olmayıb. Axtarış zamanı onun üzərindən arbalet tapılıb.
Qeyd edilir ki, polis şübhəli şəxsi saxlamazdan 24 dəqiqə əvvəl o, "Snapchat" hesabından dostlarına qara kapüşonlu və maskalı halda, həmçinin əlində arbaletlə kameranı nişan aldığı vəziyyətdə əks olunduğu videonu göndərib.
"Təəssüf edirəm. Etdiklərimə və edəcəyim işlərə görə üzr istəyirəm. Mən kraliça Elizabeti öldürməyə çalışacağam", - deyə o, səsi dəyişmiş şəkildə deyib.
Videoda o, həmçinin bildirir ki, onun hərəkəti 1919-cu ildə Amritsar qırğını zamanı həlak olanların qisasıdır (1919-cu il aprelin 13-də Britaniya İmperiyasının müstəmləkə qoşunları tərəfindən Şimali Hindistanın Pəncab əyalətinin Amritsar şəhərində mülki əhali gülləbaran edilmişdi).
"Bu, həm də irqinə görə öldürülən, alçaldılan və məzlum olanların qisasıdır. Mən hind siqhiyəm. Mənim adım Casvant Sinq Çali idi, adım Dart Consdur", - deyə videoda deyilir.
Saxlanılan şəxs psixi sağlamlıq müayinəsindən sonra tibb işçilərinin nəzarətinə verilib.


BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1401 Tarix: 28 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15.09.2021 1181 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946